Browsing by Issue Date, starting with "2025"
Now showing 1 - 20 of 74
- Results Per Page
- Sort Options
Item type:Item, Əbubəkr ibn Xosrov əl-Ustadın «Munisnamə» əsəri(Azərbaycan Milli Elmlər Akademiyası Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, 2025)Rzayeva, RənaKitabda dahi Nizami Gəncəvinin müasiri Əbubəkr ibn Xosrov əl-Ustadın «Munisnamə» əsəri ilk dəfə olaraq geniş ədəbi-mədəni kontekstdə və müasir elmi səviyyədə araşdırılmışdır. «Munisnamə»nin janr səciyyəsi və mənbələri tədqiq olunmuş, əsərə daxil olan süjetlərin təkamülü və yayılması zəngin ədəbi material əsasında nəzərdən keçirilmişdir. Bununla da “Munisnamə”nin ədəbi-tarixi dəyəri aydınlaşdırılmış, abidənin farsdilli ədəbiyyat tarixində yeri müəyyənləşdirilmişdir. Monoqrafiya şərqşünaslar, filoloqlar, eləcə də klassik Şərq ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.Item type:Item, Əli Sərkarovun “Əlvahi-həyat” hekayələr toplusu: maarifçilik ədəbi fikrinin davamı kimi(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Səfərzadə, GülüşMəqalədə XX əsrin əvvəlləri Azərbaycan maarifçi nəsrinin nümayəndələrindən olan Əli Sərkarovun “Əlvahi-həyat” hekayələr toplusu tədqiq edilir. Yazıçının hekayələri ideya-məzmun baxımından xalqın cəhalətdən xilasını, elm və maarifin əhəmiyyətini önə çəkir. Məqalədə “Bağladılar”, “Mələksima”, “Şərifə bacı” və “Məişətimizdən bir nəbzə” hekayələri maarifçi realizm kontekstində təhlil olunur. Əsərlərinin bədii-estetik xüsusiyyətləri, obrazlar sistemi və dil-üslub xüsusiyyətləri araşdırılır. Nəticə olaraq göstərilir ki, Ə.Sərkarovun yaradıcılığı Azərbaycan ədəbiyyatında pedoqoji və humanist ideyaları birləşdirən maarifçi nəsrin davamı kimi mühüm əhəmiyyətə malikdir.Item type:Item, Qırx batır haqqında dastan silsiləsində “Müxtəlif batırlar haqqında dastanlar”(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Şəhriyar, QumruSilsilə dastanlar bu günə qədər geniş tədqiq olunmamışdır. “Koroğlu” dastanının özbək variantı, qırğızların “Manas” dastanı, qaraqalpaqların “Tulumbi” dastanı və s. bu kimi dastanların silsilə yaratdığına baxmayaraq, onun haqqında ətraflı araşdırmalar yoxdur. Bu məsələ, əslində, silsilələrin əsas mahiyyətinin dərindən öyrənilməməsi ilə bağlıdır. Qırx batır haqqında dastanlar silsiləsi daxilində daha dörd irihəcmli silsiləni ehtiva edir: “Anşıbay və onun nəsli”, “Karadön və onun nəsli”, “Kıdırbay və onun nəsli” və “Müxtəlif batırlar haqqında dastanlar”. Bəzən yanlış olaraq “Kıdırbay və onun nəsli” silsiləsi “Müxtəlif batırlar haqqında dastanlar”a aid edilir. Əslində Qırx batır haqqında dastan qəhrəmanlarının hər biri Qızıl Orda tarixində adını qızıl hərflərlə yazdırmış sərkərdə, Noqay Ordasının qurucusu Edigeyin şəcərəsinə aiddirlər. Ona görə də şəcərənin əsas bağı məhz onun haqqında yaranan “Edigey” dastanıdır. Bu o deməkdir ki, orta ərslərdə Qızıl Ordada və ondan sonrakı Ordaların (Böyük Orda, Noqay Ordası və s.) süqutunaqədərki dövrdə yaranan bütün qəhrəmanlıq dastanları bu silsiləyə daxildir. Qeyd edək ki, “Müxtəlif batırlar haqqında dastanlar” silsiləsinə daxil olan epik mətnlər ayrı-ayrılıqda alimlər tərəfindən tədqiqata cəlb olunmuşdur.Item type:Item, Camal ağa Dilbazinin “Divani-fəsahət”inin dili. I hissə(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Şahverdiyeva, SevincAzərbaycan dilinin çoxəsrlik tarixini öyrənmək baxımından ayrı-ayrı yazılı abidələrin tədqiqinin böyük əhəmiyyəti vardır. Dil tarixi qarşısında qoyulmuş vacib məsələlərdən biri də həmin abidələrin dil və üslub, leksik, morfoloji və sintaktik xüsusiyyətlərini araşdırmaqdır. Bu cəhətdən Azərbaycan ədəbi dilinin inkişafında müstəsna xidmətləri olan XIX əsr sənətkarı Camal ağa Dilbazinin “Divani-fəsahət”ində morfoloji xüsusiyyətlərin araşdırılması ən aktual problemlərdən biridir. Şairin əsərləri ədəbi-bədii dilimizin tarixi inkişafını izləmək üçün zəngin materialdır [9, s.3]. Belə ki, ədəbi dilin ümumi axarı həmişə xalq dili çeşməsindən qidalanaraq dolğunlaşmış və büllurlaşmışdır [10, s.47]. Araşdırmalar göstərir ki, şair Azərbaycan dilinin incəliklərini, onun ifadə vasitələrini hərtərəfli dərk edən, sözə yüksək qiymət verən, onun təsir qüvvəsini və qüdrətini duyan sənətkar olmuşdur [9, s.12]. Sənətkar və sənət xeyirin müttəfiqidir. Elə bu səbəbdən də o, irsə çevrilir, mənəvi sərvət yaradır və yaşayır [2, s.4]. Sözdən böyük ustalıq və məharətlə istifadə edib, hər sözü öz yerində, müxtəlif mənalarda işlətməyi bacaran şairin [9, s.12] əsərlərinin dili leksik və qrammatik kateqoriyalarla zəngindir. Məqalə divanda müfəssəl surətdə işlənən hal, mənsubiyyət, kəmiyyət və xəbərlik kateqoriyalarını oxucunun diqqətinə təqdim edir.Item type:Item, Təbrizdə yaradılmış kitabxanalar və təbrizli alimlər(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Şirinova, RübabəXIII əsrin sonu – XIV əsrin əvvəllərində Qazan xanın (1295-1304) hakimiyyəti dövründə Təbriz Yaxın və Orta Şərqin ən böyük elm və mədəniyyət mərkəzlərindən biri idi. Qazan xan dövlət fərmanlarını və qanunvericilik sənədlərini qorumaq məqsədilə “Beyt əl-Qanun” (“Qanun Evi”) adlı ixtisaslaşmış bir kitabxana təsis etmişdi. Bu kitabxanada rəsmi sənədlərin əsli saxlanılır, vilayətlərə isə surətləri göndərilirdi. Bundan əlavə, Qazan xan artan əlyazma kitab fondunu yerləşdirmək üçün “Beyt əl-Kutub” (“Kitablar Evi”) adlı daha bir kitabxana da inşa etdirmişdir. Eyni dövrdə Qazan xanın vəziri Fəzlullah Rəşidəddinin (1247-1318) inşa etdirdiyi və 600.000 kitab fondu olan Rəşidiyyə (Rəb-i Rəşidi) şəhərciyi də Təbrizin elmi potensialını daha da artırmışdı. Bu mərkəzlər yalnız yerli alimlərin deyil, həm də digər ölkələrdən gələn mütəxəssislərin fəaliyyətinə şərait yaratmışdı. Məqalədə Təbrizin bu zəngin mədəni mühitindən bəhrələnərək yetişən görkəmli alimlərdən, o cümlədən filoloq, Azərbaycanın ilk mətnşünas alimi Xətib Təbrizi (1030-1109), Qarabağda anadan olmuş filosof və ilahiyyatçı alimi Mövlana Muhiyiddin Məhəmməd Qarabaği (vəfatı 535-ci il) və onların Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan əsərləri təhlil olunur.Item type:Item, Azərbaycan və türk dillərində cəmlik şəkilçilərinin funksionallaşması(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Qəribova, PərvinHəm Azərbaycan, həm də türk dilində -lar şəkilçisi adların digər qrammatik kateqoriyalarının (hal və mənsubiyyət kateqoriyaları) şəkilçilərindən fərqlənir. Belə ki, hal və mənsubiyyət şəkilçiləri sözlər arasında qrammatik əlaqələrin yaranmasına xidmət edir. Dilçilikdə belə bir müddəa var ki, hal yalnız sözlər bir-biri ilə əlaqəyə girdiyi zaman meydana çıxır. Başqa sözlə desək, söz birləşməsi və cümlədən kənarda hal yoxdur. Mənsubiyyət şəkilçiləri də ikiüzvlü paradiqmanın (sahib şəxs və mənsub əşya) elementləri kimi özlərini aparır. Bunlardan fərqli olaraq -lar şəkilçisi yalnız artırıldığı sözlə əlaqədə olur və həmin sözün sərhədindən kənarda fəaliyyət göstərmir. Məqalədə oğuz qrupu türk dillərinə aid olan Azərbaycan və türk dillərində çoxluq, cəmlik bildirən şəkilçi morfemlərin funksionallaşma xüsusiyyətləri öyrəniləcək. Məqalənin yazılmasında müxtəlif elmi mənbələrdən istifadə olunmuşdur.Item type:Item, Naxçıvan Muxtar Respublikası müstəqillik illərində(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Qəbulova, ÇinarəAzərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyev müstəqillik dövrünü dəyərləndirərək deyib: “Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət, Ulu Öndər Heydər Əliyevi bəxş etmişdir”. Ümummilli lider bütün dövrlərdə, həmçinin müstəqillik illərində Naxçıvana böyük diqqət göstərmişdir. O vaxt Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, Muxtar Respublika öz inkişaf dövrünü yaşayırdı. Müstəqillik illərində Naxçıvan hərtərəfli inkişafının ən yüksək zirvəsini yaşayırdı. Ulu Öndər Muxtar Respublikada görülən quruculuq işləri ilə həmişə yaxından tanış olub, tövsiyə və tapşırıqlarını əsirgəməyib. Məqalədə, həmçinin Böyük Qələbənin memarı Ali Baş Komandanımız İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının blokadadan azad edilməsi istiqamətində atdığı ən önəmli və vacib addımlardan da ətraflı söhbət açılır, o cümlədən Naxçıvanın ölkəmiz üçün, ümumilikdə, bütün Türk dünyası üçün çox böyük geostrateji əhəmiyyətə malik olması vurğulanır. Bütün bunlar Ali Baş Komandanımızın dəmir iradə nümayiş etdirməsinin nəticəsidir.Item type:Item, Mənsubiyyət kateqoriyasının ifadə formalarının tarixi və şivələrdə mühafizəsi(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Qəhrəmanova, RöyaQədim türk sözlərinin mənsubiyyət kateqoriyasının morfoloji əlamətlərin zənginliyi və rəngarəngliyi ilə diqqəti cəlb edir və buna türkcələrin tarixi inkişaf mərhələlərini izləmək və maraqlı elmi nəticələr əldə etmək üçün çoxlu faktlar verir. Belə ki, ədəbi dil norması sayılan mənsubiyyət kateqoriyasının morfoloji əlamətlərinin bəzisi çağdaş dövrdə ya tamamilə arxaikləşmiş, ya da yalnız dialekt və şivə areallarında mühafizə olunub qalmışdır. Məqalədə həmin türk sözlərində mənsubiyyət kateqoriyasının morfoloji əlamətlərinə ayrı-ayrılıqda nəzər salınır, onların ədəbi dil üçün arxaik, şivələr üçün işlək olan səciyyəvi cəhətlərindən danışılır. Burada əsasən Orxon-Yenisey abidələrindən tutmuş son yüzilliklərə qədər yaradılmış türkdilli abidələrə, yazılı dil mənbələrinə müraciət olunur və onlar dialekt və şivə materialları ilə tutuşdurulur, müqayislər aparılır.Item type:Item, Aşıq poeziyasının dil xüsusiyyətləri(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Cəfərova, FəxriyyəBildiyimiz kimi, Aşıq poeziyasının dili özünə məxsus xüsusiyyətlərə malikdir. Bu dilin mayasında xalqın ruhu və deyim tərzi dayanır. Aşıq poeziyasının dili, ilk növbədə, sadəlik və düzgünlüyü ilə diqqəti çəkir. Bu poeziya dilin mürəkkəbliyindən uzaq olan bir üsluba malikdir. Aşıq üslubunun sadəliyi müxtəlıif yaş qrupuna daxil olan insanların asanlıqla qəbul edə biləcəyi axıcı bir dilin yaranmasına imkan verir. Diqqətədəyər faktlardandır ki, ən mürəkkəb və dərin düşüncələr belə, aşıqların dili ilə sadə və təsirli şəkildə bizlərə çatdırılır. Onu da qeyd edək ki, aşıqlar çox vaxt öz bölgələrinin xüsusiyyətlərini və dialektlərini poetik dilə daxil etməklə onu zənginləşdirirlər. Bu, bədii dilə xüsusi bir rəng qatır və xalqın özəl xüsusiyyətlərini ifadə etməyə imkan yaradır. Aşıq poeziyasının linqvistik xüsusiyyətlərindən olan adlardan istifadə məqamları da diqqəti cəlb edən cəhətlərdəndir. Bu poeziyanın mifik və tarixi xarakteri onun onomastikasının da araşdırılması üçün imkanlar açır. Bu cəhətdən, aşıq poeziyası vacib bir sahədir. Məqalədə də məhz aşıq poeziyasının linqvistik xüsusiyyətləri nümunələr əsasında təhlilə cəlb edilmişdir.Item type:Item, Görkəmli mətnşünas alim və tərcüməçi Kamandar Şərifov – 85(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Əbilova, ZəkiyyəBu ilin əvvəli mətnşünas alim, filologiya elmləri doktoru, professor Şərifov Kamandar Kazım oğlunun 85 illik yubileyini qeyd etdik. Ömrünün yarım əsrdən artıq bir müddətini ̶ 54 ilini Əlyazmalar İnstitutunun divarları arasında keçirmiş alimin milli sərvətimiz olan əlyazmalarımızın toplanması və elm aləminə təqdim edilməsində böyük əməyi vardır. Bu yazıda alimin mətnşünaslıq və tərcüməçilik fəaliyyətindən bəhs olunur.Item type:Item, Salman Mümtazın gizli imzaları(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Əliyeva, AfaqMəqalədə görkəmli ədəbiyyatşünas, mətnşünas, biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı, Azərbaycan klassik ədəbiyyatı və aşıq poeziyası nümunələrinin naşiri, şair, publisist Salman Mümtazın gizli imzalarından bəhs edilir. Antroponimlərin köməkçi ad kateqoriyasına aid olan gizli imzanın yaranma səbəbləri və üsullarına aydınlıq gətilirilmiş, müəllifin gizli imzaları əsasında təsnifat işi aparılmışdır. Həmçinin aparılan tədqiqat nəticəsində S.Mümtazın müştərək (koynonim) gizli imzaları müəyyən edilmiş və haqqında müfəssəl danışılmışdır.Item type:Item, Zəfər Gününün Azərbaycan Respublikasının milli ideologiyası sistemində yeri və funksiyası(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Məmmədova, FatmaMəqalədə 44 günlük Vətən müharibəsinin səbəbləri, gedişatı və Azərbaycanın tarixi Zəfəri haqqında məlumat verilir. Qəhrəman şəhidlərimizin və qazilərimizin rolu, eləcə də Ali Baş Komandanın qətiyyətli addımları vurğulanır. Məqalə xalqımızın birlik və iradəsinin ölkəmizin ərazi bütövlüyünü təmin etməsində həlledici rol oynadığını göstərir.Item type:Item, Elmin yeni səviyyəsi: multidissiplinar əlyazmaların tədqiqi(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Abdulzadə, ArzuMultidissiplinar əlyazmalar müasir elmi tədqiqatlarda müxtəlif elm sahələrinin birləşdirildiyi və qarşılıqlı təsir nəticəsində yeni yanaşmaların ortaya çıxardığı əlyazmalardır. Bu tədqiqat, təkcə bir elm sahəsi ilə məhdudlaşmayan, müxtəlif sahələrdən gələn bilikləri və metodları birləşdirərək daha geniş və əhatəli nəticələr əldə etməyə imkan verir. Əlyazma kitablarının multidissiplinar tədqiqi, müasir dövrün mürəkkəb problemlərinin həlli üçün ən effektiv yollardan biridir və bu məqalə tədqiqata cəlb etdiyimiz hər hansı bir əlyazmanın elm sahələrindəki rolunu, əhəmiyyətini və gələcək inkişafını araşdırmaq məqsədi daşıyır. Multidissiplinar yanaşmaların müasir elmdəki rolu yalnız tədqiqatların nəticələrini deyil, həm də elmi metodologiyaların tətbiqini də dəyişdirməkdən ibarətdir. Həmçinin bu araşdırmalar həm elmi tədqiqatın əhatə dairəsini genişləndirir, həm də cəmiyyətin müxtəlif problemlərinə kompleks həllər təqdim edir. Bir sözlə, multidissiplinar əlyazmaların araşdırılması gələcək elmi tədqiqatlar üçün böyük əhəmiyyətə malikdir və elmin yeni səviyyəsi kimi qiymətləndirilir.Item type:Item, Türkmanların şifahi ədəbiyyat nümunələri(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Nuriyeva, VüsaləMəqalədə İraq-türkman folklorunun qiymətli örnəkləri haqqında ətraflı məlumat verilir. Həm Azərbaycan şifahi xalq ədəbiyyatının, həm də Türkman xalq ədəbiyyatının janr oxşarlıqlarının görkəmli tədqiqatçılar tərəfindən araşdırılması da diqqəti cəlb edir. Hər iki xalqın eyni soykökə, adət-ənənəyə aid olması artıq uzun illərdir ki, öz təsdiqini tapmışdır. Bir xalqı nüfuz və dəyər sahibi edən onun dili, tarixi, keçmişi, adət-ənənələri, milli-mənəvi dəyərləridir. Türkman folklor nümunələri olan bayatılar, atalar sözü və məsəllər bu xalqın nə qədər dərin və qədim keçmişə aid olduğunun göstəricisidir.Item type:Item, Seyid Əzim Şirvani irsinə multidissiplinar yanaşma(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Salmanlı, NərminəMəqalə Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Seyid Əzim Şirvani yaradıcılığının multidissiplinar tədqiqinə həsr olunub. Seyid Əzim Şirvani ədəbiyyat, fəlsəfə, təhsil, estetika və mədəniyyət sahələrində dərin iz qoymuş şairlərdən biridir. Şairin irsinə multidissiplinar yanaşma, onun yaradıcılığının yalnız bədii dəyərinin deyil, həm də fəlsəfi, pedaqoji və mədəniyyət tarixindəki əhəmiyyəti qədər aktualdır. Şirvani, əsərlərində milli kimliyi, mənəvi və əxlaqi dəyərləri tərənnüm etmiş poeziyasında, gözəllik anlayışının insan mənəviyyatı ilə vəhdətini yaratmış, təhsilin cəmiyyətin və şəxsiyyətin formalaşmasında mühüm rol oynadığını daim vurğulamışdır. O, gözəllik və harmoniya anlayışlarını estetik və mənəvi tərbiyənin ayrılmaz tərkib hissəsi hesab edirdi. Seyid Əzim Şirvani irsinə multidissiplinar yanaşma, şairin irsini müxtəlif aspektlərdən araşdırmağa, onun dövrünə və müasirliyə təsirini dərk etməyə istiqamətləndirir. Həmçinin, onun yaradıcılığını daha dərin və hərtərəfli şəkildə təhlil etməyə, onun cəmiyyətin sosial, mədəni və mənəvi inkişafına verdiyi töhfələri müasir dövr üçün aktual kontekstdə yenidən qiymətləndirməyə imkan yaradır.Item type:Item, Poetik dildə köhnəlmiş sözlərin mövqeyi(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Həsənova, SədaqətMəqalədə poetik dildəki köhnəlmiş sözlərdən danışılır. Qeyd edilir ki, mədəniyyətin və cəmiyyətin inkişafı, yeni təcrübələr, dəyərlər və düşüncə tərzləri çoxaldıqca dilin leksik təbiəti də dəyişir. Bu dəyişmə yeni sözlərlə müşayiət oluna bilər. Çağdaş dilin leksikasını formalaşdıran güclü qüvvələrdən biri texnologiyadır. Yeni ixtiralar və cihazlar ortaya çıxdıqca onların adlandırılmasına ehtiyac duyulur. Həmin anlayışlar yeni sözlər tələb edir. Məsələn, internetin yaranması bir vaxtlar mövcud olmayan və ya gündəlik lüğətdə olmayan bir sıra terminlərin yaranmasına səbəb oldu. Bu yenilik heç nəyə toxunmadan baş vermir. Bu proses bir sıra sözlərin mövqeyini müəyyənləşdirilir, qədim sözləri sıxışdırır və zamanla dildən ayrılmasına səbəb olur. Lakin bu sözlərin çoxu poetik dildə yaşamını davam etdirir. Məqalədə həmin sözlərin poetik dildəki mövqeyindən bəhs olunur.Item type:Item, “Konstitusiya və Suverenlik İli”nin müstəqil Azərbaycan tarixindəki izi(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Murtuzayeva, NəsibəAzərbaycan Respublikasının Konstitusiyası dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, hüquqi, dünyəvi dövlət quruculuğunu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığının təmin edilməsini tənzimləyir. Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasında, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsində dövlət siyasətinin təmin olunmasını milli Konstitusiyamız nizamlayır. Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapan müddəaların böyük əksəriyyəti insan hüquqlarının qorunmasına həsr olunmuşdur. Konstitusiyamızın təsis olunması insan hüquqlarının qorunmasının prioritetliyini təsdiqləyir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan etməsi onun ərazi bütövlüyümüzə və suverenliyimizə diqqət və qayğısının göstəricisidir.Item type:Item, Azərbaycan Respublikasının Konstitusiyası və suverenliyi toxunulmazdır(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Ağayeva, GülnarəAzərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinə və Azərbaycan Respublikasının dövlət suverenliyinin prinsiplərinə əməl olunması nəticəsində Azərbaycan Respublikası tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, öz müstəqillik və dövlətçilik əzmini sarsılmadan qorumağa nail olmuşdur. Belə ki, Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyünə və suverenliyinə sahibdir. Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi və suverenliyinin tam təmin olunması nəticəsində Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü bərpa olundu və bütün dünyaya sübut olundu ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.Item type:Item, İlisuda yazılmış əlyazmalardan bəzilərinə qısa baxış(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)İslamova, NicabətHər bir ölkənin tarixinin, mədəniyyətinin, incəsənətinin tədqiqində əlyazmaların və tarixi binaların üzərində yazılmış kitabələrin mühüm rolu var. Bu baxımdan Azərbaycan tarixinin araşdırılmasında da əlyazmalar xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın, eləcə də dünya əlyazma xəzinələrində minlərlə belə yazılı abidələr mühafizə olunur. Bu əlyazmalar həmin dövrə işıq tutaraq bizi uzaq keçmişdə baş vermiş hadisələrdən xəbərdar edir. Məhz buna görə də alimlərimiz tərəfindən həmin əlyazmaların tədqiqi elmin qarşısında duran əsas məsələrdən biridir.Item type:Item, Ləzgi-İslam alimi Həsən əl-Əlqədari və onun avtoqraf əlyazma məcmuəsinin elmi-paleoqrafik xüsusiyyətləri(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Rəhnulla, YeganəAzərbaycanın ictimai həyatında öz yaradıcılığı ilə mühüm rol oynayan Azərbaycanlı olmayan alimlərindən biri, ləzgi xalqının görkəmli nümayəndəsi Mirzə Həsən əl-Əlqədaridir. Dağıstanda anadan olmasına, böyüyüb təhsil almasına baxmayaraq, Azərbaycan dilini öyrənmış, Azərbaycanda publisistika ilə məşğul olaraq yerli ictimai və elm xadimləri ilə sıx əlaqədə olmuşdur. Bu səbəbdən alim ərəb və fars dilləri ilə yanaşı, Azərbaycan dilində də əsərlər qələmə almış və məşhur əsərlərin bir neçəsinin üzünü köçürərək katiblik etmişdir. Həsən əl-Əlqədarinin zəngin yaradıcılığından olan nümunələr Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda avtoqraf əlyazmalar, əski çap kitabları, dövri mətbuat materialları, şəxsi arxivlər fondunda qorunmaqdadır. Əlyazmalar İnstitutunda saxlanılan avtoqraf kitablarından olan B-4156 şifrəli abidədə müəllifin vəfatına yaxın yazdığı fiqhi məzmunlu əsərin tarixi h. Rəcəb 1328/m.İyul 1910-cu il qeyd edilmişdir.