Türkmanların şifahi ədəbiyyat nümunələri
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
DOI
10.59849/2410-5600.2025.1.104
Abstract
Məqalədə İraq-türkman folklorunun qiymətli örnəkləri haqqında ətraflı məlumat verilir. Həm Azərbaycan şifahi xalq ədəbiyyatının, həm də Türkman xalq ədəbiyyatının janr oxşarlıqlarının görkəmli tədqiqatçılar tərəfindən araşdırılması da diqqəti cəlb edir. Hər iki xalqın eyni soykökə, adət-ənənəyə aid olması artıq uzun illərdir ki, öz təsdiqini tapmışdır. Bir xalqı nüfuz və dəyər sahibi edən onun dili, tarixi, keçmişi, adət-ənənələri, milli-mənəvi dəyərləridir. Türkman folklor nümunələri olan bayatılar, atalar sözü və məsəllər bu xalqın nə qədər dərin və qədim keçmişə aid olduğunun göstəricisidir.