Əli Sərkarovun “Əlvahi-həyat” hekayələr toplusu: maarifçilik ədəbi fikrinin davamı kimi
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
DOI
10.59849/2410-5600.2025.2.59
Abstract
Məqalədə XX əsrin əvvəlləri Azərbaycan maarifçi nəsrinin nümayəndələrindən olan Əli Sərkarovun “Əlvahi-həyat” hekayələr toplusu tədqiq edilir. Yazıçının hekayələri ideya-məzmun baxımından xalqın cəhalətdən xilasını, elm və maarifin əhəmiyyətini önə çəkir. Məqalədə “Bağladılar”, “Mələksima”, “Şərifə bacı” və “Məişətimizdən bir nəbzə” hekayələri maarifçi realizm kontekstində təhlil olunur. Əsərlərinin bədii-estetik xüsusiyyətləri, obrazlar sistemi və dil-üslub xüsusiyyətləri araşdırılır. Nəticə olaraq göstərilir ki, Ə.Sərkarovun yaradıcılığı Azərbaycan ədəbiyyatında pedoqoji və humanist ideyaları birləşdirən maarifçi nəsrin davamı kimi mühüm əhəmiyyətə malikdir.