Camal ağa Dilbazinin “Divani-fəsahət”inin dili. I hissə
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
DOI
10.59849/2410-5600.2025.1.144
Abstract
Azərbaycan dilinin çoxəsrlik tarixini öyrənmək baxımından ayrı-ayrı yazılı abidələrin tədqiqinin böyük əhəmiyyəti vardır. Dil tarixi qarşısında qoyulmuş vacib məsələlərdən biri də həmin abidələrin dil və üslub, leksik, morfoloji və sintaktik xüsusiyyətlərini araşdırmaqdır. Bu cəhətdən Azərbaycan ədəbi dilinin inkişafında müstəsna xidmətləri olan XIX əsr sənətkarı Camal ağa Dilbazinin “Divani-fəsahət”ində morfoloji xüsusiyyətlərin araşdırılması ən aktual problemlərdən biridir. Şairin əsərləri ədəbi-bədii dilimizin tarixi inkişafını izləmək üçün zəngin materialdır [9, s.3]. Belə ki, ədəbi dilin ümumi axarı həmişə xalq dili çeşməsindən qidalanaraq dolğunlaşmış və büllurlaşmışdır [10, s.47]. Araşdırmalar göstərir ki, şair Azərbaycan dilinin incəliklərini, onun ifadə vasitələrini hərtərəfli dərk edən, sözə yüksək qiymət verən, onun təsir qüvvəsini və qüdrətini duyan sənətkar olmuşdur [9, s.12]. Sənətkar və sənət xeyirin müttəfiqidir. Elə bu səbəbdən də o, irsə çevrilir, mənəvi sərvət yaradır və yaşayır [2, s.4]. Sözdən böyük ustalıq və məharətlə istifadə edib, hər sözü öz yerində, müxtəlif mənalarda işlətməyi bacaran şairin [9, s.12] əsərlərinin dili leksik və qrammatik kateqoriyalarla zəngindir. Məqalə divanda müfəssəl surətdə işlənən hal, mənsubiyyət, kəmiyyət və xəbərlik kateqoriyalarını oxucunun diqqətinə təqdim edir.