Azərbaycan və türk dillərində cəmlik şəkilçilərinin funksionallaşması
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
DOI
10.59849/2410-5600.2025.1.131
Abstract
Həm Azərbaycan, həm də türk dilində -lar şəkilçisi adların digər qrammatik kateqoriyalarının (hal və mənsubiyyət kateqoriyaları) şəkilçilərindən fərqlənir. Belə ki, hal və mənsubiyyət şəkilçiləri sözlər arasında qrammatik əlaqələrin yaranmasına xidmət edir. Dilçilikdə belə bir müddəa var ki, hal yalnız sözlər bir-biri ilə əlaqəyə girdiyi zaman meydana çıxır. Başqa sözlə desək, söz birləşməsi və cümlədən kənarda hal yoxdur. Mənsubiyyət şəkilçiləri də ikiüzvlü paradiqmanın (sahib şəxs və mənsub əşya) elementləri kimi özlərini aparır. Bunlardan fərqli olaraq -lar şəkilçisi yalnız artırıldığı sözlə əlaqədə olur və həmin sözün sərhədindən kənarda fəaliyyət göstərmir. Məqalədə oğuz qrupu türk dillərinə aid olan Azərbaycan və türk dillərində çoxluq, cəmlik bildirən şəkilçi morfemlərin funksionallaşma xüsusiyyətləri öyrəniləcək. Məqalənin yazılmasında müxtəlif elmi mənbələrdən istifadə olunmuşdur.