<link rel="stylesheet" href="styles.f3b1fba60ec7970c.css">

Qırx batır haqqında dastan silsiləsində “Müxtəlif batırlar haqqında dastanlar”

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

DOI

10.59849/2410-5600.2025.1.54

Abstract

Silsilə dastanlar bu günə qədər geniş tədqiq olunmamışdır. “Koroğlu” dastanının özbək variantı, qırğızların “Manas” dastanı, qaraqalpaqların “Tulumbi” dastanı və s. bu kimi dastanların silsilə yaratdığına baxmayaraq, onun haqqında ətraflı araşdırmalar yoxdur. Bu məsələ, əslində, silsilələrin əsas mahiyyətinin dərindən öyrənilməməsi ilə bağlıdır. Qırx batır haqqında dastanlar silsiləsi daxilində daha dörd irihəcmli silsiləni ehtiva edir: “Anşıbay və onun nəsli”, “Karadön və onun nəsli”, “Kıdırbay və onun nəsli” və “Müxtəlif batırlar haqqında dastanlar”. Bəzən yanlış olaraq “Kıdırbay və onun nəsli” silsiləsi “Müxtəlif batırlar haqqında dastanlar”a aid edilir. Əslində Qırx batır haqqında dastan qəhrəmanlarının hər biri Qızıl Orda tarixində adını qızıl hərflərlə yazdırmış sərkərdə, Noqay Ordasının qurucusu Edigeyin şəcərəsinə aiddirlər. Ona görə də şəcərənin əsas bağı məhz onun haqqında yaranan “Edigey” dastanıdır. Bu o deməkdir ki, orta ərslərdə Qızıl Ordada və ondan sonrakı Ordaların (Böyük Orda, Noqay Ordası və s.) süqutunaqədərki dövrdə yaranan bütün qəhrəmanlıq dastanları bu silsiləyə daxildir. Qeyd edək ki, “Müxtəlif batırlar haqqında dastanlar” silsiləsinə daxil olan epik mətnlər ayrı-ayrılıqda alimlər tərəfindən tədqiqata cəlb olunmuşdur.

Description

Citation

Endorsement

Review

Supplemented By

Referenced By