<link rel="stylesheet" href="styles.f3b1fba60ec7970c.css">

Təbrizdə yaradılmış kitabxanalar və təbrizli alimlər

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

DOI

10.59849/2410-5600.2025.2.3

Abstract

XIII əsrin sonu – XIV əsrin əvvəllərində Qazan xanın (1295-1304) hakimiyyəti dövründə Təbriz Yaxın və Orta Şərqin ən böyük elm və mədəniyyət mərkəzlərindən biri idi. Qazan xan dövlət fərmanlarını və qanunvericilik sənədlərini qorumaq məqsədilə “Beyt əl-Qanun” (“Qanun Evi”) adlı ixtisaslaşmış bir kitabxana təsis etmişdi. Bu kitabxanada rəsmi sənədlərin əsli saxlanılır, vilayətlərə isə surətləri göndərilirdi. Bundan əlavə, Qazan xan artan əlyazma kitab fondunu yerləşdirmək üçün “Beyt əl-Kutub” (“Kitablar Evi”) adlı daha bir kitabxana da inşa etdirmişdir. Eyni dövrdə Qazan xanın vəziri Fəzlullah Rəşidəddinin (1247-1318) inşa etdirdiyi və 600.000 kitab fondu olan Rəşidiyyə (Rəb-i Rəşidi) şəhərciyi də Təbrizin elmi potensialını daha da artırmışdı. Bu mərkəzlər yalnız yerli alimlərin deyil, həm də digər ölkələrdən gələn mütəxəssislərin fəaliyyətinə şərait yaratmışdı. Məqalədə Təbrizin bu zəngin mədəni mühitindən bəhrələnərək yetişən görkəmli alimlərdən, o cümlədən filoloq, Azərbaycanın ilk mətnşünas alimi Xətib Təbrizi (1030-1109), Qarabağda anadan olmuş filosof və ilahiyyatçı alimi Mövlana Muhiyiddin Məhəmməd Qarabaği (vəfatı 535-ci il) və onların Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan əsərləri təhlil olunur.

Description

Citation

Endorsement

Review

Supplemented By

Referenced By