<link rel="stylesheet" href="styles.f3b1fba60ec7970c.css">

Elmin yeni səviyyəsi: multidissiplinar əlyazmaların tədqiqi

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

DOI

10.59849/2410-5600.2025.1.32

Abstract

Multidissiplinar əlyazmalar müasir elmi tədqiqatlarda müxtəlif elm sahələrinin birləşdirildiyi və qarşılıqlı təsir nəticəsində yeni yanaşmaların ortaya çıxardığı əlyazmalardır. Bu tədqiqat, təkcə bir elm sahəsi ilə məhdudlaşmayan, müxtəlif sahələrdən gələn bilikləri və metodları birləşdirərək daha geniş və əhatəli nəticələr əldə etməyə imkan verir. Əlyazma kitablarının multidissiplinar tədqiqi, müasir dövrün mürəkkəb problemlərinin həlli üçün ən effektiv yollardan biridir və bu məqalə tədqiqata cəlb etdiyimiz hər hansı bir əlyazmanın elm sahələrindəki rolunu, əhəmiyyətini və gələcək inkişafını araşdırmaq məqsədi daşıyır. Multidissiplinar yanaşmaların müasir elmdəki rolu yalnız tədqiqatların nəticələrini deyil, həm də elmi metodologiyaların tətbiqini də dəyişdirməkdən ibarətdir. Həmçinin bu araşdırmalar həm elmi tədqiqatın əhatə dairəsini genişləndirir, həm də cəmiyyətin müxtəlif problemlərinə kompleks həllər təqdim edir. Bir sözlə, multidissiplinar əlyazmaların araşdırılması gələcək elmi tədqiqatlar üçün böyük əhəmiyyətə malikdir və elmin yeni səviyyəsi kimi qiymətləndirilir.

Description

Citation

Endorsement

Review

Supplemented By

Referenced By