Naxçıvan Muxtar Respublikası müstəqillik illərində
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
DOI
10.59849/2410-5600.2025.1.162
Abstract
Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyev müstəqillik dövrünü dəyərləndirərək deyib: “Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət, Ulu Öndər Heydər Əliyevi bəxş etmişdir”. Ümummilli lider bütün dövrlərdə, həmçinin müstəqillik illərində Naxçıvana böyük diqqət göstərmişdir. O vaxt Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, Muxtar Respublika öz inkişaf dövrünü yaşayırdı. Müstəqillik illərində Naxçıvan hərtərəfli inkişafının ən yüksək zirvəsini yaşayırdı. Ulu Öndər Muxtar Respublikada görülən quruculuq işləri ilə həmişə yaxından tanış olub, tövsiyə və tapşırıqlarını əsirgəməyib. Məqalədə, həmçinin Böyük Qələbənin memarı Ali Baş Komandanımız İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının blokadadan azad edilməsi istiqamətində atdığı ən önəmli və vacib addımlardan da ətraflı söhbət açılır, o cümlədən Naxçıvanın ölkəmiz üçün, ümumilikdə, bütün Türk dünyası üçün çox böyük geostrateji əhəmiyyətə malik olması vurğulanır. Bütün bunlar Ali Baş Komandanımızın dəmir iradə nümayiş etdirməsinin nəticəsidir.