Seyid Əzim Şirvani irsinə multidissiplinar yanaşma
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
DOI
10.59849/2410-5600.2025.1.94
Abstract
Məqalə Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Seyid Əzim Şirvani yaradıcılığının multidissiplinar tədqiqinə həsr olunub. Seyid Əzim Şirvani ədəbiyyat, fəlsəfə, təhsil, estetika və mədəniyyət sahələrində dərin iz qoymuş şairlərdən biridir. Şairin irsinə multidissiplinar yanaşma, onun yaradıcılığının yalnız bədii dəyərinin deyil, həm də fəlsəfi, pedaqoji və mədəniyyət tarixindəki əhəmiyyəti qədər aktualdır. Şirvani, əsərlərində milli kimliyi, mənəvi və əxlaqi dəyərləri tərənnüm etmiş poeziyasında, gözəllik anlayışının insan mənəviyyatı ilə vəhdətini yaratmış, təhsilin cəmiyyətin və şəxsiyyətin formalaşmasında mühüm rol oynadığını daim vurğulamışdır. O, gözəllik və harmoniya anlayışlarını estetik və mənəvi tərbiyənin ayrılmaz tərkib hissəsi hesab edirdi. Seyid Əzim Şirvani irsinə multidissiplinar yanaşma, şairin irsini müxtəlif aspektlərdən araşdırmağa, onun dövrünə və müasirliyə təsirini dərk etməyə istiqamətləndirir. Həmçinin, onun yaradıcılığını daha dərin və hərtərəfli şəkildə təhlil etməyə, onun cəmiyyətin sosial, mədəni və mənəvi inkişafına verdiyi töhfələri müasir dövr üçün aktual kontekstdə yenidən qiymətləndirməyə imkan yaradır.