Əlyazmalar yanmır (Manuscripts don't burn)
Permanent URI for this collectionhttps://hdl.handle.net/20.500.14684/134
Browse
Now showing 1 - 20 of 71
- Results Per Page
- Sort Options
Item type:Item, 20. yüzyılın ilk yarısında Türkiye'de Azerbaycan sözlü halk edebiyatı (ortak edebiyat örnekleri) araştırmaları ve yayınları(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Mammadhanlı, ArzuBu çalışma, 20. yüzyılın ilk yarısında Türkiye'de Azerbaycan sözlü halk edebiyatının ortak edebi örnekler temelinde araştırılması ve yayımlanması konusuna ışık tutmaktadır. Başlangıçta teorik açıdan Türkiye'de Azerbaycan sözlü halk edebiyatının iki yönde araştırılmasının uygun olduğu belirlenmiştir. Birincisi, ortak edebi örneklerin araştırılması ve yayımlanması, ikincisi ise Azerbaycan folklor alanına ait örneklerin araştırılması ve yayımlanması araştırmanın kapsamına alınmalıdır. Adından da anlaşılacağı üzere bu araştırma çalışması, Türkiye'de ortak edebi örneklerin araştırılması ve yayımlanmasına odaklanmıştır. Bu ortak edebi örneklerden, olgusal malzeme olarak "Oğuznameler", bir Oğuzname olmakla birlikte ayrı bir alan haline gelen “Dede Korkut Kitabı”, "Köroğlu" destanı, halk oyunları ve temsilleri, Molla Nasreddin fıkraları ve türküler gibi edebi örnekler araştırmanın nesnesini ve konusunu oluşturmuştur. Amacımız, 20. yüzyılın ilk yarısında Türkiye'de yaygın edebi örneklerin araştırılması ve yayınlanmasına odaklanmaktır. Ancak, tüm türleri tek bir araştırma cildine dahil etmek mümkün değildir. Bu nedenle, sunduğumuz edebi örnekleri araştırma ve yayın açısından incelemeye çalıştık. Bununla birlikte, yaygın edebi örneklerin yalnızca araştırma ve yayın bağlamında incelendiği ve Türkiye'deki bu örneklerin de nitelendirildiği unutulmamalıdır.Item type:Item, Ədəbiyyat dərslərində informasiya-kommunikasiya texnologiyasının tətbiqi(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Əhmədova, SəidəMəqalədə ədəbiyyat dərslərində informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin məqsədəuyğunluğu məsələsi nəzərdən keçirilir. Dərsin məzmunu və forması bədii əsərdə və İKT-də şagirdlərin mürəkkəb qurulmuş mənaları qavramasının ənənəvi üsullarının sintezi yolu ilə yenilənir. Alqoritmik öyrənmə və tələbələrin yaradıcı potensialının birləşməsi müəllimə bədii mətnin rəqəmsal texnologiyalar formatında öyrənilməsi ilə bağlı özünün pedaqoji konsepsiyasını həyata keçirməyə kömək edir. Əsas diqqət müasir tədris texnologiyalarından səmərəli istifadəyə, bilik və bacarıqların gənc mütəxəssislərin tələbatına cavab verən səviyyədə tətbiqinə, müəllimlərin peşə fəaliyyəti üçün müvafiq kompetensiyaların formalaşdırılmasına yönəldilməlidir ki, bu da şagird şəxsiyyətinin müəllimə çevrilməsində mühüm rol oynamalıdır.Item type:Item, Əli Sərkarovun “Əlvahi-həyat” hekayələr toplusu: maarifçilik ədəbi fikrinin davamı kimi(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Səfərzadə, GülüşMəqalədə XX əsrin əvvəlləri Azərbaycan maarifçi nəsrinin nümayəndələrindən olan Əli Sərkarovun “Əlvahi-həyat” hekayələr toplusu tədqiq edilir. Yazıçının hekayələri ideya-məzmun baxımından xalqın cəhalətdən xilasını, elm və maarifin əhəmiyyətini önə çəkir. Məqalədə “Bağladılar”, “Mələksima”, “Şərifə bacı” və “Məişətimizdən bir nəbzə” hekayələri maarifçi realizm kontekstində təhlil olunur. Əsərlərinin bədii-estetik xüsusiyyətləri, obrazlar sistemi və dil-üslub xüsusiyyətləri araşdırılır. Nəticə olaraq göstərilir ki, Ə.Sərkarovun yaradıcılığı Azərbaycan ədəbiyyatında pedoqoji və humanist ideyaları birləşdirən maarifçi nəsrin davamı kimi mühüm əhəmiyyətə malikdir.Item type:Item, Əlyazmalardan sətirlərə: Nuşirəvan Kərimovun ədəbi irsinin yenidən doğuluşu(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Haqverdiyeva, ZərifəMəqalədə “Molla Nəsrəddin” jurnalının yaradıcı mühitində fəaliyyət göstərmiş şair və publisist Nuşirəvan Kərimov ədəbi irsi və onun müasir tədqiqi məsələləri araşdırılmışdır. Tədqiqatda müəllifin satirik yaradıcılığının ideya-bədii xüsusiyyətləri və milli düşüncəni ifadə edən mövzuları təhlil edilir. AMEA Əlyazmalar İnstitutunda qorunan Nuşirəvan Kərimovun şəxsi əlyazmalarının təsviri tədqiq olunaraq onların elmi və ədəbi əhəmiyyəti göstərilir.Item type:Item, Əlyazmaşünaslıq tədqiqatlarının yerli və xarici elmi bazalar əsasında informasiya təminatı(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Babaxanova, NigarMəqalədə elmi fəaliyyətin informasiya təminatından bəhs olunmuşdur. Müəllif milli əlyazmaşünaslıq tədqiqatlarının informasiya təminatına, onun cari vəziyyətinə və problemlərinə nəzər salmışdır. Məqalədə informasiya təminatı fəaliyyətinin institusional və fərdi qaydada yerinə yetirilmə imkanları təhlil edilmişdir.Item type:Item, Aşıq poeziyasının dil xüsusiyyətləri(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Cəfərova, FəxriyyəBildiyimiz kimi, Aşıq poeziyasının dili özünə məxsus xüsusiyyətlərə malikdir. Bu dilin mayasında xalqın ruhu və deyim tərzi dayanır. Aşıq poeziyasının dili, ilk növbədə, sadəlik və düzgünlüyü ilə diqqəti çəkir. Bu poeziya dilin mürəkkəbliyindən uzaq olan bir üsluba malikdir. Aşıq üslubunun sadəliyi müxtəlıif yaş qrupuna daxil olan insanların asanlıqla qəbul edə biləcəyi axıcı bir dilin yaranmasına imkan verir. Diqqətədəyər faktlardandır ki, ən mürəkkəb və dərin düşüncələr belə, aşıqların dili ilə sadə və təsirli şəkildə bizlərə çatdırılır. Onu da qeyd edək ki, aşıqlar çox vaxt öz bölgələrinin xüsusiyyətlərini və dialektlərini poetik dilə daxil etməklə onu zənginləşdirirlər. Bu, bədii dilə xüsusi bir rəng qatır və xalqın özəl xüsusiyyətlərini ifadə etməyə imkan yaradır. Aşıq poeziyasının linqvistik xüsusiyyətlərindən olan adlardan istifadə məqamları da diqqəti cəlb edən cəhətlərdəndir. Bu poeziyanın mifik və tarixi xarakteri onun onomastikasının da araşdırılması üçün imkanlar açır. Bu cəhətdən, aşıq poeziyası vacib bir sahədir. Məqalədə də məhz aşıq poeziyasının linqvistik xüsusiyyətləri nümunələr əsasında təhlilə cəlb edilmişdir.Item type:Item, Azərbaycan kitab mədəniyyətinin inkişaf mərkəzləri(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Yarməmmədov, NazimYaxın Şərqdə, o cümlədən Azərbaycanda əlyazma kitablarının aşağıdakı növləri geniş yayılmışdı: divan, məcmuə, dərslik, səlnamə, ziyc, cüng, risalə, xabnamə, təzkirə və b. mövzu baxımından, fəlsəfə, təbabət, nücum, riyaziyyat, musiqi, tarix, coğrafiya, əxlaq, bədii ədəbiyyat və s. dair kitablara rast gələ bilərik. Əlyazmaların böyük qismini Quran və islam elmləri (təfsir, hədis, kəlam, fiqh, irfan) təşkil edir. Azərbaycanda xalqın maariflənməsi, klassik elmlərin yayılmasında mədrəsə aparıcı rol oynayırdı. Azərbaycanda hələ orta əsrlərdə elmin və tədris prosesinin təşəkkül və təkamülündə məktəb-mədrəsələrin fəaliyyəti böyük önəm kəsb edir. Təbriz və Marağa kimi böyük şəhərlərin məktəb-mədrəsələrindən söhbət açsaq, bu şəhərlərin məktəb-mədrəsələrində zəngin şəxsi kolleksiyası olan tanınmış alim və müəllimlərin olduğunu görərik. XV əsrin sonu XVI əsrin əvvəllərində Şeyx Səfi məqbərəsində məşhur “Dar əl-irşad” mədrəsəsi fəaliyyət göstərirdi. Mədrəsə ənənəsi XIX əsrdə də davam edirdi. Müsəlman məktəbləri səviyyəsinə görə iki tip olurdu. Bunlardan biri məktəb, digəri isə mədrəsə adlandırılırdı. Məna etibarilə məktəb təhsilin ibtidai, mədrəsə isə ali dərəcəsi hesab olunurdu. Məktəb bir növ mədrəsəyə hazırlıq mərhələsi idi. Mədrəsə xalqı maarifləndirməklə yanaşı, həm də onun dünyagörüşünün genişləndirilməsi və bilik səviyyəsinin yüksəldilməsi işinə xidmət edirdi. Şagirdlərin xəttini təkmilləşdirmək üçün onlara, əsasən “Gülüstan”, “Leyli və Məcnun”, “Yusif və Züleyxa” əsərləri üzərində işləmək tapşırılırdı ki, bunda da məqsəd nüsxələrin sayını artırıb, bütün Azərbaycana yaymaq idi. Mədrəsə hücrələrindən biri kitabxana üçün ayrılır, kitablar rəflərə və ya həsir döşənmiş döşəmə üzərinə yığılırdı.Item type:Item, Azərbaycan musiqi mədəniyyətinin parlaq günəşi Üzeyir bəy Hacıbəyli – 140(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Hacıyeva, BriliantZaman ötüb-keçdikcə xatirələr, təsəvvürlər tədricən sönükləşir. Hadisələrin əhəmiyyəti sanki kiçilir. Azərbaycan tarixində elə adlar olub ki, onların qarşısında zaman belə gücsüzdür. Zamanın fövqündə dayanmış, həmişə də fəxrlə yad edilən belə adlardan biri də Üzeyir bəy Hacıbəylidir. Bəli, vaxt ötdükcə onun unudulmaz xatirəsi daha əziz, əhəmiyyəti isə daha mühüm görünür. Böyük bəstə-kar, müasir musiqimizin banisi, Azərbaycan bəstəkarlıq məktəbinin atası, nadir istedadlı sənətkar, ictimai xadim... Budur Üzeyir bəyin doğma xalqın mədəni inkişaf yolunda qoyduğu silinməz izlər.Item type:Item, Azərbaycan Respublikasının Konstitusiyası və suverenliyi toxunulmazdır(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Ağayeva, GülnarəAzərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinə və Azərbaycan Respublikasının dövlət suverenliyinin prinsiplərinə əməl olunması nəticəsində Azərbaycan Respublikası tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, öz müstəqillik və dövlətçilik əzmini sarsılmadan qorumağa nail olmuşdur. Belə ki, Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyünə və suverenliyinə sahibdir. Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi və suverenliyinin tam təmin olunması nəticəsində Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü bərpa olundu və bütün dünyaya sübut olundu ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.Item type:Item, Azərbaycan tarixi əlyazmalarda (Əlyazmalar İnstitutunun materialları əsasında)(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Həsənzadə, Tahirə14.000-dən artıq yazılı abidəni mühafizə edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Yaxın və Orta Şərq, Şimali Afrika, İspaniya və Hindistanadək ərazilərin ölkə və xalqlarının tarix və mədəniyyətinə aid əlyazmalara rast gəlmək olar. Bu səbəbdən xəzinəyə müraciət edən tədqiqatçıların coğrafiyası çox genişdir. Həmçinin Azərbaycan tarixi də burada qorunan bir çox əlyazmalarda öz əksini tapmışdır. İnstitut əməkdaşları xarici ölkələrdə ezamiyyətdə olarkən tariximizi əks etdirən yazılı abidələrin mikrofilmlərini əldə etməklə bu xəzinəni zənginləşdirməyə çalışırlar. Əldə edilən əlyazmalarda olan tarixi xəritələrdə “Azərbaycan”, “Qarabağ”, “Midiya”, “Şirvan”, “Arran” kimi coğrafi ərazilərin sərhədləri müəyyən edilir. Deməli, erməni “alim”lərinin uydurmaları aşkar olunur.Item type:Item, Azərbaycan və türk dillərində cəmlik şəkilçilərinin funksionallaşması(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Qəribova, PərvinHəm Azərbaycan, həm də türk dilində -lar şəkilçisi adların digər qrammatik kateqoriyalarının (hal və mənsubiyyət kateqoriyaları) şəkilçilərindən fərqlənir. Belə ki, hal və mənsubiyyət şəkilçiləri sözlər arasında qrammatik əlaqələrin yaranmasına xidmət edir. Dilçilikdə belə bir müddəa var ki, hal yalnız sözlər bir-biri ilə əlaqəyə girdiyi zaman meydana çıxır. Başqa sözlə desək, söz birləşməsi və cümlədən kənarda hal yoxdur. Mənsubiyyət şəkilçiləri də ikiüzvlü paradiqmanın (sahib şəxs və mənsub əşya) elementləri kimi özlərini aparır. Bunlardan fərqli olaraq -lar şəkilçisi yalnız artırıldığı sözlə əlaqədə olur və həmin sözün sərhədindən kənarda fəaliyyət göstərmir. Məqalədə oğuz qrupu türk dillərinə aid olan Azərbaycan və türk dillərində çoxluq, cəmlik bildirən şəkilçi morfemlərin funksionallaşma xüsusiyyətləri öyrəniləcək. Məqalənin yazılmasında müxtəlif elmi mənbələrdən istifadə olunmuşdur.Item type:Item, Azərbaycanın ilk Xalq rəssamı Əzim Əzimzadənin həyat və yaradıcılığı(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Salmanova, NuranəAzərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış Əzim Əzimzadə ölkənin ilk Xalq rəssamı, satirik qrafika və karikatura janrının banisi kimi tanınır. O, 1880-ci ildə Abşeronun Novxanı kəndində anadan olmuşdur. Əzimzadə yaradıcılığı boyu cəmiyyətin sosial problemlərini, savadsızlıq və ədalətsizlik kimi mənfi halları satirik prizmadan təqdim edərək, xalqın maariflənməsinə və ictimai düşüncənin formalaşmasına əhəmiyyətli töhfələr vermişdir. Onun sənət fəaliyyəti əsasən məşhur “Molla Nəsrəddin” jurnalı ilə bağlı olmuş, 1906–1931-ci illərdə jurnalın karikatura bölməsində çalışmış, 1922-ci ildən isə baş rəssam vəzifəsini icra etmişdir. Rəssamın əsərlərində milli mentalitet, sosial tənqid, modern düşüncə və maarifçilik ideyaları ustalıqla birləşmişdir. Əzimzadənin zəngin yaradıcılıq irsi, şəxsi məktubları, sənədləri və fotoşəkilləri 1951-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fonduna təhvil verilmişdir. Bu arxiv materialları tədqiqatçılar üçün həm rəssamın yaradıcılığını, həm də XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi mühitin və mədəni proseslərin öyrənilməsi baxımından dəyərli mənbə rolunu oynayır. Əzim Əzimzadənin sənət mirası bu gün də Azərbaycan təsviri sənətində satira və qrafika ənənələrinin inkişafında ilham mənbəyi olaraq qalmaqdadır.Item type:Item, Bədii ədəbiyyatdakı onomastik vahidlərin sintaktik özəllikləri(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Babayeva, PüstəxanımSözlərin müxtəlif dillərdə yaranması da fərqli yollarla baş verir. Azərbaycan dilində sözlər leksik, semantik, morfoloji və sintaktik yolla yaranır. Bəzən xüsusi adların məzmununda çoxkomponentlik özünü göstərə bilir. Dilçilikdə onomastik vahidlərin analitik (sintaktik) yolla söz yaranmasına çox rast gəlinir. Burada iki və daha artıq dil vahidinin iştirakı nəzərdə tutulur. Bu cür onomastik vahidlər bədii ədəbiyyatda da yüksək poetik xüsusiyyətlərə malikdir. Məqalədə bu adların sintaktik xüsusiyyətlərinin təhlilinə yer verilmişdir.Item type:Item, Bəxtiyar Vahabzadə poeziyasında Azərbaycanın mənəvi xəritəsi(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Ələkbərova, İlahəBu məqalədə Bəxtiyar Vahabzadə poeziyasında coğrafi adların - hidronimlərin, oronimlərin və digər toponimlərin - bədii funksiyası araşdırılır. Şairin yaradıcılığında bu adlar sadəcə məkan göstəricisi deyil, milli yaddaşın, tarixi taleyin və mənəvi bütövlüyün simvolu kimi çıxış edir. Araz çayı, Savalan dağı, Şəki və Bakı şəhərləri, Qarabağ bölgəsi və digər toponimlər Vahabzadənin poeziyasında milli kimliyin, azadlıq mübarizəsinin və mənəvi dirənişin poetik sütunlarına çevrilmişdir. Şairin “mənəvi xəritəsi” Azərbaycanla məhdudlaşmır, Altaylardan İstanbuladək uzanan geniş türk coğrafiyasını əhatə edərək Turan ideologiyasının bədii ifadəsinə çevrilir. Beləliklə, Vahabzadə poeziyasında coğrafiya milli yaddaşın qorunmasına, vətənpərvərlik duyğusunun güclənməsinə və gələcək nəsillərə mənəvi irs ötürülməsinə xidmət edən poetik bir xəritə kimi təqdim olunur. Bu məqalənin məqsədi Bəxtiyar Vahabzadə poeziyasında coğrafi adların bədii funksiyasını, onların milli yaddaşın qorunmasındakı rolunu və şairin yaratdığı “mənəvi xəritə”nin mahiyyətini araşdırmaqdır. Tədqiqat göstərir ki, Vahabzadə üçün coğrafiya sadəcə fiziki məkan deyil, milli ruhun, tarixi yaddaşın və mənəvi dirənişin poetik daşıyıcısıdır.Item type:Item, Camal ağa Dilbazinin “Divani-fəsahət”inin dili. I hissə(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Şahverdiyeva, SevincAzərbaycan dilinin çoxəsrlik tarixini öyrənmək baxımından ayrı-ayrı yazılı abidələrin tədqiqinin böyük əhəmiyyəti vardır. Dil tarixi qarşısında qoyulmuş vacib məsələlərdən biri də həmin abidələrin dil və üslub, leksik, morfoloji və sintaktik xüsusiyyətlərini araşdırmaqdır. Bu cəhətdən Azərbaycan ədəbi dilinin inkişafında müstəsna xidmətləri olan XIX əsr sənətkarı Camal ağa Dilbazinin “Divani-fəsahət”ində morfoloji xüsusiyyətlərin araşdırılması ən aktual problemlərdən biridir. Şairin əsərləri ədəbi-bədii dilimizin tarixi inkişafını izləmək üçün zəngin materialdır [9, s.3]. Belə ki, ədəbi dilin ümumi axarı həmişə xalq dili çeşməsindən qidalanaraq dolğunlaşmış və büllurlaşmışdır [10, s.47]. Araşdırmalar göstərir ki, şair Azərbaycan dilinin incəliklərini, onun ifadə vasitələrini hərtərəfli dərk edən, sözə yüksək qiymət verən, onun təsir qüvvəsini və qüdrətini duyan sənətkar olmuşdur [9, s.12]. Sənətkar və sənət xeyirin müttəfiqidir. Elə bu səbəbdən də o, irsə çevrilir, mənəvi sərvət yaradır və yaşayır [2, s.4]. Sözdən böyük ustalıq və məharətlə istifadə edib, hər sözü öz yerində, müxtəlif mənalarda işlətməyi bacaran şairin [9, s.12] əsərlərinin dili leksik və qrammatik kateqoriyalarla zəngindir. Məqalə divanda müfəssəl surətdə işlənən hal, mənsubiyyət, kəmiyyət və xəbərlik kateqoriyalarını oxucunun diqqətinə təqdim edir.Item type:Item, Elmin yeni səviyyəsi: multidissiplinar əlyazmaların tədqiqi(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Abdulzadə, ArzuMultidissiplinar əlyazmalar müasir elmi tədqiqatlarda müxtəlif elm sahələrinin birləşdirildiyi və qarşılıqlı təsir nəticəsində yeni yanaşmaların ortaya çıxardığı əlyazmalardır. Bu tədqiqat, təkcə bir elm sahəsi ilə məhdudlaşmayan, müxtəlif sahələrdən gələn bilikləri və metodları birləşdirərək daha geniş və əhatəli nəticələr əldə etməyə imkan verir. Əlyazma kitablarının multidissiplinar tədqiqi, müasir dövrün mürəkkəb problemlərinin həlli üçün ən effektiv yollardan biridir və bu məqalə tədqiqata cəlb etdiyimiz hər hansı bir əlyazmanın elm sahələrindəki rolunu, əhəmiyyətini və gələcək inkişafını araşdırmaq məqsədi daşıyır. Multidissiplinar yanaşmaların müasir elmdəki rolu yalnız tədqiqatların nəticələrini deyil, həm də elmi metodologiyaların tətbiqini də dəyişdirməkdən ibarətdir. Həmçinin bu araşdırmalar həm elmi tədqiqatın əhatə dairəsini genişləndirir, həm də cəmiyyətin müxtəlif problemlərinə kompleks həllər təqdim edir. Bir sözlə, multidissiplinar əlyazmaların araşdırılması gələcək elmi tədqiqatlar üçün böyük əhəmiyyətə malikdir və elmin yeni səviyyəsi kimi qiymətləndirilir.Item type:Item, Füzuli yaradıcılığında “Vəhdəti-vücud” fəlsəfəsi(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Əhmədova, SəbinəTəqdim edilən materialda Məhəmməd Füzuli yaradıcılığında təsəvvüf fəlsəfəsinin əsas istiqamətlərindən biri olan Vəhdəti-vücud ideyasının bədii-fəlsəfi təhlilinə həsr olunmuşdur. Tədqiqatın məqsədi Füzuli poeziyasında ilahi eşq konsepsiyasının mahiyyətini və onun insanın mənəvi kamilləşmə prosesində rolunu müəyyənləşdirməkdir. Məqalədə şairin qəzəl və qəsidələri əsasında eşq və elm münasibəti, “can və canan” anlayışları, eləcə də aşiqin mənəvi təkamül yolu – fəna və vüslət mərhələləri təhlil edilir. Araşdırma göstərir ki, Füzuli yaradıcılığında eşq yalnız poetik motiv deyil, kainatın ontoloji əsası və insanı Mütləq Həqiqətə aparan əsas idrak vasitəsi kimi təqdim olunur. Şairin poetik dünyagörüşündə kainatın hər bir zərrəsi ilahi varlığın təcəllisi kimi dərk edilir ki, bu da vəhdəti-vücud ideyasının bədii ifadəsini təşkil edir. Nəticə etibarilə müəyyən edilir ki, Füzuli poeziyası bəşəri sevgidən ilahi eşqə doğru yüksələn mənəvi təkamül yolunu əks etdirir və Şərq fəlsəfi-estetik düşüncəsində mühüm yer tutur. Bu baxımdan Füzulinin irfani irsi insanın mənəvi kamilləşməsi və ilahi həqiqətin dərk olunması baxımından əhəmiyyətli elmi-fəlsəfi mənbədir.Item type:Item, Görkəmli mətnşünas alim və tərcüməçi Kamandar Şərifov – 85(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Əbilova, ZəkiyyəBu ilin əvvəli mətnşünas alim, filologiya elmləri doktoru, professor Şərifov Kamandar Kazım oğlunun 85 illik yubileyini qeyd etdik. Ömrünün yarım əsrdən artıq bir müddətini ̶ 54 ilini Əlyazmalar İnstitutunun divarları arasında keçirmiş alimin milli sərvətimiz olan əlyazmalarımızın toplanması və elm aləminə təqdim edilməsində böyük əməyi vardır. Bu yazıda alimin mətnşünaslıq və tərcüməçilik fəaliyyətindən bəhs olunur.Item type:Item, Görkəmli şərqşünas Aida İmanquliyeva Şərq ədəbiyyatının tədqiqatçısı kimi(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Murtuzayeva, NəsibəAida İmanquliyevanın Azərbaycanda Şərq ədəbiyyatşünaslığının yeni mərhələyə qədəm qoymasında böyük xidmətləri danılmazdır. Belə ki, Əmir ər-Reyhaninin, Cübran Xəlil Cübranın, Mixail Nüaymənin yaradıcılığı ilə bağlı ilk tədqiqat aparan alimlərdən biri olaraq, Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkülü barədə 3 monoqrafiya və 70-dən artıq elmi məqalə yazmışdır. Onun yaradıcılığında Şərq ədəbiyyatının mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkülü geniş şəkildə tədqiq edilmişdir. Aida xanım Şərq və Qərb arasında elmi və mədəni əlaqələrin, ortaq mədəni dəyərlərin tədqiqini təkmilləşdirərək, səmərəli fəaliyyətində orijinallığı daim qorumuşdur. Alim Şərq ədəbiyyatının ənənələrinin sintezini təşkil etməsi, Şərqin neçə-neçə yazarlarının əsərlərini dilimizə tərcümə etməsi ilə bənzərsiz keyfiyyətli işlər görmüşdür.Item type:Item, Həbibi yaradıcılığının Füzuli poeziyasına təsiri(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Ələkbərova, İlahəXV əsrin axırı və XVI əsrin əvvəllərində yaşamış Həbibi orijinal bədii üslub xüsusiyyətləri ilə Azərbaycan şeir tarixində əhəmiyyətli yer tutur. Əsərlərini doğma Azərbaycan dilində, aydın üslubda yazan, hürufilik və təsəvvüf kimi mövzulardan bəhs edən, sənətkarlığı ilə Füzulini belə heyran edən, onu əsərinə nəzirə, təxmis yazmağa sövq edən Həbibinin şeirləri yüksək poetik işləmələri, həyatın incə duyğuların tərənnümü ilə fərqlənir. Lakin Həbibinin divanı dövrümüzədək gəlib çatmamışdır. Ədəbi irsindən yalnız 50-yə qədər şeiri (qəsidə, qəzəl, müsəddəs, tohid, qitə və sair) məlumdur. Şeirlərində insan ləyaqətini, mənəvi gözəlliyi, məhəbbəti tərənnüm etmişdir. Həbibinin şeirlərində hürufiliklə bağlı motivlər də öz yerini tapmışdır. O, aydın və canlı metaforalarla məhəbbət və sufilik mövzularında fəlsəfi şeirlər yazmışdır. Həbibinin yaradıcılığı Azərbaycan şeirinə, Füzuli və başqalarının yaradıcılığına, ümumiyyətlə, türkdilli poeziyaya güclü təsir göstərmişdir. Şeirlərinin xalq ifadə tərzinə yaxın olan dilində mürəkkəb ərəb və fars tərkibləri qismən azdır. Hələ uşaqlıqdan poeziyaya maraq göstərmiş Füzuli ilk poetik ilhamını məhz Həbibidən almışdır.