Bəxtiyar Vahabzadə poeziyasında Azərbaycanın mənəvi xəritəsi
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
DOI
10.59849/2410-5600.2026.1.92
Abstract
Bu məqalədə Bəxtiyar Vahabzadə poeziyasında coğrafi adların - hidronimlərin, oronimlərin və digər toponimlərin - bədii funksiyası araşdırılır. Şairin yaradıcılığında bu adlar sadəcə məkan göstəricisi deyil, milli yaddaşın, tarixi taleyin və mənəvi bütövlüyün simvolu kimi çıxış edir. Araz çayı, Savalan dağı, Şəki və Bakı şəhərləri, Qarabağ bölgəsi və digər toponimlər Vahabzadənin poeziyasında milli kimliyin, azadlıq mübarizəsinin və mənəvi dirənişin poetik sütunlarına çevrilmişdir. Şairin “mənəvi xəritəsi” Azərbaycanla məhdudlaşmır, Altaylardan İstanbuladək uzanan geniş türk coğrafiyasını əhatə edərək Turan ideologiyasının bədii ifadəsinə çevrilir. Beləliklə, Vahabzadə poeziyasında coğrafiya milli yaddaşın qorunmasına, vətənpərvərlik duyğusunun güclənməsinə və gələcək nəsillərə mənəvi irs ötürülməsinə xidmət edən poetik bir xəritə kimi təqdim olunur. Bu məqalənin məqsədi Bəxtiyar Vahabzadə poeziyasında coğrafi adların bədii funksiyasını, onların milli yaddaşın qorunmasındakı rolunu və şairin yaratdığı “mənəvi xəritə”nin mahiyyətini araşdırmaqdır. Tədqiqat göstərir ki, Vahabzadə üçün coğrafiya sadəcə fiziki məkan deyil, milli ruhun, tarixi yaddaşın və mənəvi dirənişin poetik daşıyıcısıdır.