<link rel="stylesheet" href="styles.f3b1fba60ec7970c.css">

Füzuli yaradıcılığında “Vəhdəti-vücud” fəlsəfəsi

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

DOI

10.59849/2410-5600.2026.1.53

Abstract

Təqdim edilən materialda Məhəmməd Füzuli yaradıcılığında təsəvvüf fəlsəfəsinin əsas istiqamətlərindən biri olan Vəhdəti-vücud ideyasının bədii-fəlsəfi təhlilinə həsr olunmuşdur. Tədqiqatın məqsədi Füzuli poeziyasında ilahi eşq konsepsiyasının mahiyyətini və onun insanın mənəvi kamilləşmə prosesində rolunu müəyyənləşdirməkdir. Məqalədə şairin qəzəl və qəsidələri əsasında eşq və elm münasibəti, “can və canan” anlayışları, eləcə də aşiqin mənəvi təkamül yolu – fəna və vüslət mərhələləri təhlil edilir. Araşdırma göstərir ki, Füzuli yaradıcılığında eşq yalnız poetik motiv deyil, kainatın ontoloji əsası və insanı Mütləq Həqiqətə aparan əsas idrak vasitəsi kimi təqdim olunur. Şairin poetik dünyagörüşündə kainatın hər bir zərrəsi ilahi varlığın təcəllisi kimi dərk edilir ki, bu da vəhdəti-vücud ideyasının bədii ifadəsini təşkil edir. Nəticə etibarilə müəyyən edilir ki, Füzuli poeziyası bəşəri sevgidən ilahi eşqə doğru yüksələn mənəvi təkamül yolunu əks etdirir və Şərq fəlsəfi-estetik düşüncəsində mühüm yer tutur. Bu baxımdan Füzulinin irfani irsi insanın mənəvi kamilləşməsi və ilahi həqiqətin dərk olunması baxımından əhəmiyyətli elmi-fəlsəfi mənbədir.

Description

Citation

Endorsement

Review

Supplemented By

Referenced By