<link rel="stylesheet" href="styles.f3b1fba60ec7970c.css">

Həbibi yaradıcılığının Füzuli poeziyasına təsiri

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

DOI

10.59849/2410-5600.2025.1.89

Abstract

XV əsrin axırı və XVI əsrin əvvəllərində yaşamış Həbibi orijinal bədii üslub xüsusiyyətləri ilə Azərbaycan şeir tarixində əhəmiyyətli yer tutur. Əsərlərini doğma Azərbaycan dilində, aydın üslubda yazan, hürufilik və təsəvvüf kimi mövzulardan bəhs edən, sənətkarlığı ilə Füzulini belə heyran edən, onu əsərinə nəzirə, təxmis yazmağa sövq edən Həbibinin şeirləri yüksək poetik işləmələri, həyatın incə duyğuların tərənnümü ilə fərqlənir. Lakin Həbibinin divanı dövrümüzədək gəlib çatmamışdır. Ədəbi irsindən yalnız 50-yə qədər şeiri (qəsidə, qəzəl, müsəddəs, tohid, qitə və sair) məlumdur. Şeirlərində insan ləyaqətini, mənəvi gözəlliyi, məhəbbəti tərənnüm etmişdir. Həbibinin şeirlərində hürufiliklə bağlı motivlər də öz yerini tapmışdır. O, aydın və canlı metaforalarla məhəbbət və sufilik mövzularında fəlsəfi şeirlər yazmışdır. Həbibinin yaradıcılığı Azərbaycan şeirinə, Füzuli və başqalarının yaradıcılığına, ümumiyyətlə, türkdilli poeziyaya güclü təsir göstərmişdir. Şeirlərinin xalq ifadə tərzinə yaxın olan dilində mürəkkəb ərəb və fars tərkibləri qismən azdır. Hələ uşaqlıqdan poeziyaya maraq göstərmiş Füzuli ilk poetik ilhamını məhz Həbibidən almışdır.

Description

Citation

Endorsement

Review

Supplemented By

Referenced By