Azərbaycanın ilk Xalq rəssamı Əzim Əzimzadənin həyat və yaradıcılığı
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
DOI
10.59849/2410-5600.2026.1.124
Abstract
Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış Əzim Əzimzadə ölkənin ilk Xalq rəssamı, satirik qrafika və karikatura janrının banisi kimi tanınır. O, 1880-ci ildə Abşeronun Novxanı kəndində anadan olmuşdur. Əzimzadə yaradıcılığı boyu cəmiyyətin sosial problemlərini, savadsızlıq və ədalətsizlik kimi mənfi halları satirik prizmadan təqdim edərək, xalqın maariflənməsinə və ictimai düşüncənin formalaşmasına əhəmiyyətli töhfələr vermişdir. Onun sənət fəaliyyəti əsasən məşhur “Molla Nəsrəddin” jurnalı ilə bağlı olmuş, 1906–1931-ci illərdə jurnalın karikatura bölməsində çalışmış, 1922-ci ildən isə baş rəssam vəzifəsini icra etmişdir. Rəssamın əsərlərində milli mentalitet, sosial tənqid, modern düşüncə və maarifçilik ideyaları ustalıqla birləşmişdir. Əzimzadənin zəngin yaradıcılıq irsi, şəxsi məktubları, sənədləri və fotoşəkilləri 1951-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fonduna təhvil verilmişdir. Bu arxiv materialları tədqiqatçılar üçün həm rəssamın yaradıcılığını, həm də XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi mühitin və mədəni proseslərin öyrənilməsi baxımından dəyərli mənbə rolunu oynayır. Əzim Əzimzadənin sənət mirası bu gün də Azərbaycan təsviri sənətində satira və qrafika ənənələrinin inkişafında ilham mənbəyi olaraq qalmaqdadır.