Monoqrafiyalar (Monographs)

Permanent URI for this collectionhttps://hdl.handle.net/20.500.14684/33

Browse

Recent Submissions

Now showing 1 - 20 of 45
  • Item
    Mehmed Akif Ərsoy yaradıcılığında ictimai problemlərin bədii təcəssümü
    (Azərbaycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunur., 2012) Səriyyə Gülağa qızı Gündoğdu
    Mehmed Akif türk xalqının adət-ənənəsinə, dininə, psixologiyasına və yaşadığı sosial problemlərə yaxından bələd olduğu üçün əsərləri da böyük təsir gücünə malik olmuşdur. O bütün Türkiyə gəncliyini, vətənpərvər və ziyalı kütləsini öz yaradıcılığı ilə ciddi şəkildə təsir göstərmişdir. Bununla yanaşı, şairin şöhrəti Türkiyə sərhədlərini aşmış və digər türk xalqları arasında da böyük nüfuz qazanmışdır. Monoqrafiyada Azərbaycanda Mehmed Akif Ərsoyun sosial mövzulu şeirlərinin təqdimi məsələsinə həsr olunmuş ilk tədqiqat əsəridir.
  • Item
    Füzulinin ərəbcə poetik irsi
    (Azərbaycan Milli Elmlər Akademiyası akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 2024) Ruhəngiz Aydın qızı Cümşüdlü; Elmi redaktor: Akademik Gövhər Baxşəliyeva
    Monoqrafiyada ilk dəfə olaraq Məhəmməd Füzulinin ümumi yaradıcılığı üçün xarakterik olan bir sıra məsələlərin – Füzulinin fəlsəfi-dini görüşləri, etik-estetik qənaətləri, sufizmə münasibəti, məhəbbət konsepsiyası və s. kimi mövzuların dahi söz ustadının ərəbcə poetik irsindəki təcəssüm və bədii təfsiri araşdırılır. Füzulinin ərəbcə şeirləri ərəb poetik ənənələri zəminində tədqiq edilərək mövzu seçimində ənənə və varislik əlaqələri, poetik ifadə tərzi və leksik fonddakı ümumi müştərəklik üzə çıxarılır.
  • Item
    Erkən islam tarixi məsələləri (VI-VII əsrlər) azərbaycanlıtədqiqatçıların əsərlərində
    (Azərbaycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu. Bakı - 2022, 2022) ƏMMAR ABBASOV
    Kitabda azərbaycanlı tədqiqatçıların erkən islam tarixi haqda tədqiqatları ümumiləşdirilmiş, ərəb dilində olan əsərlərlə müqayisəli şəkildə araşdırılmışdır.
  • Item
    MUNİSNAMƏ
    (Azərbaycan Milli Elmlər Akademiyası Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu. Bakı – 2021, 2021) ƏBUBƏKR İBN XOSROV ƏL-USTAD
    AZƏRBAYCAN ƏDƏBİYYATININ NADİR İNCİLƏRİNDƏN BİRİ: «MUNİSNAMƏ» Son onilliklərdə elm aləminə məlum olmuş qiymətli ədəbi abidələrdən biri də XII əsr müəllifi Əbubəkr ibn Xosrov əl-Ustadın «Munisnamə» əsəridir. Uzun illər boyu yeganə əlyazma nüsxəsi başqa bir ad altında Londondakı Britaniya muzeyində saxlanmış bu abidənin xüsusi əhəmiyyəti bundadır ki, onun təkcə özü deyil, müəllifinin şəxsiyyəti də farsdilli ədəbiyyat tarixi üçün tamamilə yeni faktdır. «Munisnamə»nin ilk tədqiqatçısı və tərcüməçisi, görkəmli Azərbaycan şərqşünası, əməkdar elm xadimi, professor Rüstəm Əliyevin parlaq xatirəsinə ithaf olunur.
  • Item
    ƏBUBƏKR İBN XOSROV ƏL-USTADIN «MUNİSNAMƏ» ƏSƏRİ
    (Azərbaycan Milli Elmlər Akademiyası Akademik Ziya Bünyadov adına. Bakı Şərqşünaslıq İnstitutu, 2025) Rəna Rzayeva
    Kitabda dahi Nizami Gəncəvinin müasiri Əbubəkr ibn Xosrov əl-Ustadın «Munisnamə» əsəri ilk dəfə olaraq geniş ədəbi-mədəni kontekstdə və müasir elmi səviyyədə araşdırılmışdır. «Munisnamə»nin janr səciyyəsi və mənbələri tədqiq olunmuş, əsərə daxil olan süjetlərin təkamülü və yayılması zəngin ədəbi material əsasında nəzərdən keçirilmişdir. Bununla da “Munisnamə”nin ədəbi-tarixi dəyəri aydınlaşdırılmış, abidənin farsdilli ədəbiyyat tarixində yeri müəyyənləşdirilmişdir. Monoqrafiya şərqşünaslar, filoloqlar, eləcə də klassik Şərq ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
  • Item
    ЛИТЕРАТУРНЫЕ ВЗГЛЯДЫ ТАУФИКА АЛ-ХАКИМА
    (Национальная Академия Наук Азербайджана Институт Востоковедения имени ак. З.М.Буниятова, 2012) Гёвхар Бахшалиева
    Книга посвящена исследованию литературных взглядов выдающегося египетского писателя, драматурга, публициста и мыслителя ХХ века Тауфика ал-Хакима, внесшего неоценимый вклад в развитие современной арабской литературы. В приложении к книге напечатаны переводы некоторых образцов творчества Тауфика ал-Хакима. Книга может представлять интерес для востоковедов, филологов и всех, кто интересуется теоретическими вопросами развития восточных литератур, а также художественной литературой в широком смысле слова.
  • Item
    شوشا عاصمة للثقافة الآذربيجانية (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa)
    (Elm, 2022) AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
    Bukletdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixindən ətraflı bəhs edilir. Burada həmçinin Şuşa toponiminin etimologiyası, şəhərin təsərrüfat sahələri, tarixi abidələri haqqında məlumat verilir. Daha sonra Şuşanın mədəniyyət tarixinə, görkəmli mədəniyyət xadimlərinə aid məlumatlarla tanış olmaq olar. Bukletdə həmçinin Şuşanın işğal edilməsindən, işğal zamanı şəhərdə ermənilər tərəfindən dağıdılan binalardan, tarixi abidələrdən, talan edilən mədəniyyət nümunələrindən bəhs edilir. Oxucuların nəzərinə 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində erməni işğalı altında olan Azərbaycan torpaqlarının, o cümlədən müharibənin yekununda noyabrın 8-də Şuşanın azad edilməsi, bu zaman Azərbaycan hərbçilərinin göstərdiyi rəşadət haqqında məlumat da çatdırılır. Sonda Şuşa şəhərinin bərpası istiqamətində görülən işlər haqqında məlumat verilir və bukletin hazırlanmasında istifadə edilən ədəbiyyatın siyahısı diqqətə çatdırılır.
  • Item
    Mirzə Müslüm Qüdsi İrəvaninin türkcə əsərləri
    (Avropa, 2019-03-30) Şəmsi Pənahoğlu
    Bugünə qədər obyektiv və subyektiv səbəblərdən ədəbiyyat və mədəniyyət tariximizə düşməmiş çoxsaylı sanballı sənətkarlarımızdan biri də Mirzə Müslüm Qüdsi İrəvanidir (1755- 1822). O, Məhəmməd şahın hakimiyyəti dövründə 13 il (1835- 1848) İranın sədri-əzəmi olmuş Hacı Mirzə Ağası Fəxri İrəvaninin atasıdır. Hələlik elm aləminə onun “Divan”ı məlumdur. Bu “Divan”da şairin fars, türk və ərəb dillərində əsərləri toplanmışdır. Məlum olduğu kimi, orta əsrlərdə Yaxın və Orta Şərqdə üçdillilik (türk, fars, ərəb) mövcud olmuş, bir çox alim və şairlərimiz öz əsərlərinin ya hamısını, ya da bir hissəsini fars, yaxud da ərəb dillərində yaratmışlar. Ona görə də başqa dildə yazılmış ədəbiyyatımızın ana dilinə tərcüməsi, nəşri və təbliği, eləcə də ərəb qrafikası ilə ana dilində qələmə alınmış əsərlərin transfoneliterasiyası qarşıda duran dövlət əhəmiyyətli milli məsələlərdən biridir. Bu işdə azsaylı şərqşünaslarımızın üzərinə daha böyük vəzifələr düşür. Ölkəmiz müstəqillik əldə etdikdən sonra tarix və mədəniyyətimizin, eləcə də onun ayrılmaz hissəsi olan ədəbiyyatımızın öyrənilməsi üçün münbit və əlverişli şərait yaranmışdır. Bu çərçivədə tərəfimizdən “Mirzə Müslüm Qüdsi İrəvani və onun “Divan”ı” adlı monoqrafiya işıq üzü görmüşdür. Bununla belə, şairin türkcə yaradıcılığı xüsusi maraq doğurduğundan onun türkcə əsərlərinin transfoneliterasiya edilərək fotofaksimilesi ilə birlikdə elmi dövriyyəyə buraxılması məqsədəuyğun hesab olunur. Mövcud əsər Mirzə Müslüm Qüdsi İrəvaninin Təbriz Milli Kitabxanasında 2814 saylı şifrə ilə qiymətli abidə kimi qorunub saxlanan “Divan”ının yeganə əlyazmasının orijinalı əsasında işlənmiş, mütəxəssislər, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
  • Item
    Mirzə Müslüm Qüdsi İrəvani və onun “Divan”ı
    (Elnar-2016 MMC, 2017-08-07) Şəmsi Pənahoğlu
    Torpaqlarımızın 20 %-dən çoxunun işğal altında olduğu, ölkəmizə qarşı hər cür gizli və açıq əsassız iddiaların irəli sürüldüyü, dövlətimizin və dövlətçiliyimizin gün-gündən möhkəmlənməsini heç cür sindirə bilməyən bədxahlarımızı bəzi aparıcı dünya dövlətlərinin ikili standartları ucbatından yerlərinə oturtmaqda və ərazi bütövlüyümüzü bərpa etməkdə çətinlik çəkdiyimiz bir vaxtda M.M.Q.İrəvaninin “Divan”ının yeganə nüsxəsinin ortaya çıxarılması, tərcüməsi və tədqiqi həm də İrəvan şəhərinin və tarixi “Çuxursəəd” vilayətinin milli türk kimliyinin minlərlə təkzibolunmaz faktlarından biri kimi əhəmiyyətlidir. Bu mənada adıgedən “Divan”ın tədqiqi mühüm ədəbi-bədii və mədəni hadisə olmaqla yanaşı, həm də siyasi mahiyyət daşıyır və bədnam qonşularımıza tutarlı bir cavabdır. Mütəxəssislər, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
  • Item
    Süleyman xan Dərgah. “Səfərnamə”. Fars dilindən tərcümə.
    (Zərdabi, 2014-07-04) Şəmsi Pənahoğlu
    Tarixi Azərbaycanla bağlı 500-dən artıq səfərnamənin olduğu təxmin edilir. Onlardan çox az qismi (barmaqla sayıla biləcək qədər) Azərbaycan dilinə tərcümə edilmişdir. Halbuki səfərnamə ədəbiyyatı tarixə işıq tutması baxımından çox böyük maraq doğurur və ən etibarlı mənbələrdən biri hesab olunur. Çünki o, hal, hadisə və prosesləri özündən sonrakı nəsillərə daha dolğun şəkildə çatdırır. Düzdür, səfərnamədə müəllifin subyektiv fikir və münasibətləri də ifadə edilə bilər. Lakin, bununla belə, səfərnaməni yazan şəxs özü o hadisələri görmüş, eşitmiş, bir çox hallarda isə şəxsən yaşamışdır. Ona görə də tarixi, o tarixdə baş verən hadisələri, xalqın həyat tərzi, məişəti, inancını, bütövlükdə mədəniyyəti və ədəbiyyatını, dövrün idarəçilik sistemini, fərdi və ictimai münasibətləri, müəyyən elmləri və s.-nin öyrənilməsində səfərnamələrin əhəmiyyəti və rolunun sübuta ehtiyacı yoxdur. Bu baxımdan Süleyman xan Dərgahın “Səfərnamə” əsəri də istisna deyildir. Əsərin yazılma tarixi çox da uzaq olmayan bir keçmişə -1881-ci ilə təsadüf etsə də o, öz dövrünün idarəçilik, maarif və təhsil, pul-maliyyə və mühasibat sistemi, mürəkkəb şəxsi və ictimai münasibətlər, əsərdə adıçəkilmiş şəhər və kəndlərin o vaxtkı vəziyyəti, yollar, aşırımlar, dağlar, çaylar, bağlar, tarixi abidələr, kommunikasiya və rabitə vasitələri, xalqın məişəti, əxlaqı, inancı, adət və ənənələri və bir çox digər məsələlər barəsində ilkin mənbə kimi maraqlı məlumatlar verir. Mövcud tərcümənin Süleyman xan Dərgahın İran Milli Şura Məclisinin Kitabxanasında 2311 saylı şifrə ilə qorunub saxlanan “Səfərnamə” əlyazmasının orijinalından (8) tərcümə edilməsi onun dəyərini daha da artırır. Əsər mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
  • Item
    Cemelli Kareri. Səfərnamə. Fars dilindən tərcümə.
    (2019-03-30) Şəmsi Pənahoğlu
    Tarixi Azərbaycana aid 500-dən artıq səfərnamənin olmasına baxmayaraq, təəssüf ki, onlardan çox cüzi bir hissəsi Azərbaycan dilinə tərcümə edilmişdir. Mövcud tərcümə bu boşluğun aradan qaldırılmasında əhəmiyyətli bir addımdır. Həm də tərcümə üçün çox uğurlu bir əsər seçilmişdir. Çünki Cemelli Karerinin “Səfərnamə” əsəri Azərbaycan və bütövlükdə İran tarixinin Səfəvilər dövrünə aid ən qiymətli mənbə və məxəzlərindən biridir. Cemelli Kareri milliyyətcə italyandır. O, XVII əsrin 90-cı illərində Şah Süleyman Səfəvi vaxtında Osmanlı yolu ilə İrana gəlib, Şah Sultan Hüseynin tacqoyma mərasimində iştirak edib. Güclü qələmə və təsvir qabiliyyətinə sahib olan C.Kareri, İranda gördüklərini və eşitdiklərini özünün “Səfərnamə” əsərində işıqlandırıb. Abbas Naxçıvani və Əbdüləli Karəng onu fars dilinə tərcümə edərək 1970-ci ildə çap etdiriblər. Mövcud tərcümə adıgedən çapın əsasında cüzi ixtisarla həyata keçirilmişdir. Əsər mütəxəssislər, eləcə də, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
  • Item
    Роль арабских масдаров в словообразовании персидского языка
    (Elnar-2016 MMC, 2017-08-16) Гюнай Вердиева
    В данной работе впервые даётся системное и целостное представление об одной из самых распространённых в лексике персидского языка групп арабских заимствований – масдаров, и в частности масдаров I и II породы. Впервые выявлен перечень моделей арабских масдаров I породы, используемых в персидском языке, впервые арабские масдары I и II породы рассматриваются в аспекте способов персидского словообразования. При этом в качестве источника при обнаружении арабо-персидских гибридных слов, в основном, используется толковый словарь современного персидского языка: امروز فارسی فرهنگ) Словарь современного персидского языка) под редакцией Г.С.Афшара.
  • Item
    Mahşərəf Məsturənin poeziyası
    (Elm, 2023) Zümrüd Rəhimova Şəfi
    Monoqrafiyada istedadlı şair, İranda ilk tarix kitabı yazan qadın, mahir xəttat kimi tanınan Mahşərəf Məsturənin həyat və yaradıcılığından bəhs olunur. Məsturənin müxtəlif janrlarda yazdığı əsərlər tematik və poetik baxımdan dəyərləndirilir, dil və üslub özəllikləri, dini-irfani görüşləri, sənətkarlıq xüsusiyyətləri və s. ilk dəfə olaraq araşdırmaya cəlb olunur. Şairin yaradıcılığının ənənəyə bağlılığını müəyyənləşdirmək niyyəti ilə farsdilli poeziyanın nümayəndələri ilə də müqayisələr aparılmış, irs-varislik münasibətləri təhlil edilmişdir.
  • Item
    “Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz”
    (Elm, 2021) Xumar Ələkbərova
    Monoqrafiyada ərəb dünyasının Nobel mükafatına layiq görülmüş ilk yazıçısı Nəcib Məhfuzun həyat və zəngin yaradıcılıq yolu izlənilmişdir. Bu xüsusda dünya şöhrətli yazıçının əsərləri dövrünün tarixi, siyasi-ictimai fonunda tədqiq edilmiş, insan psixologiyasının ən dərin qatlarını özündə əks etdirən bədii qəhrəmanları və onların taleləri müxtəlif prizmalardan təhlil olunmuşdur. Monoqrafiyanın sonunda yazıçının zəngin əsərlər çələngindən bir neçə hekayənin tərcüməsi təqdim olunmuşdur. Bu, oxucuda N.Məhfuz dühası, onun bəşəri əhəmiyyətli ədəbi yaradıcılığı haqqında daha dolğun təəssürat yaratmağa imkan verir.
  • Item
    “Ədəb” janrı və ət-Tənuxinin “Nişvar əl-muhadara va əxbər əl-muzəkəra” əsəri
    (Adiloğlu, 2015-06-17) Kərimova Xanımzər Əli qızı
    Monoqrafiyada ilk dəfə olaraq ərəb nəsrinin görkəmli nümayəndələrindən olan Əbu Əli əl-Muhassin ət-Tənuxinin “Nişvar əl-muhadara va əxbər əl-muzəkəra” əsəri əsasında “ədəb” janrı tədqiq olunur. Ət-Tənuxinin “Nişvar əl-muhadara va əxbər əl-muzəkəra”əsəri tədqiqata cəlb edilməklə yanaşı, ədibin həyat və yaradıcılığı ilk dəfə olaraq, geniş şəkildə araşdırılır. Xüsusilə, əsərin Azərbaycan tarixi ilə bağlılığı, həmçinin xürrəmilər hərəkatının başçısı, torpaqlarımızın qəsbkarlardan xilası uğrunda həyatını qurban vermiş xalqımızın mərd oğlu Babək obrazı işıqlandırılır.
  • Item
    Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi və müqayisəli mətni
    (Elm, 2020) İnci Təvəkgül qızı Qasımlı
    Monoqrafiyada Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin dövrü, mühiti, həyatı, yaradıcılığı təhlil olunmuş, klassik türk ədəbiyyatında nəsr və “Kitabi-taci-ədəb” əsəri geniş şəkildə araşdırılmış, əsər tekstoloji tədqiq olunmuşdur. “Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi Azərbaycanda bu mövzuda yazılmış ilk elmi araşdırmadır.
  • Item
    Литературные взгляды Тауфика ал-Хакима
    (Elm, 2012-11-26) Гёвхар Бахшалиева
    Книга посвящена исследованию литературных взглядов выдающегося египетского писателя, драматурга, публициста и мыслителя ХХ века Тауфика ал-Хакима, внесшего неоценимый вклад в развитие современной арабской литературы. В приложении к книге напечатаны переводы некоторых образцов творчества Тауфика ал-Хакима. Книга может представлять интерес для востоковедов, филологов и всех, кто интересуется теоретическими вопросами развития восточных литератур, а также художественной литературой в широком смысле слова.
  • Item
    Ərəb bədii nəsrində ilkin Abbasilər dövrünün təsviri
    (Adiloğlu, 2015-11-18) Səbinə Arif qızı Səlimova
    Monoqrafiyada ilk dəfə olaraq ədəbi, elmi-mədəni, eləcə də xarici sahələrdə Azərbaycanla yaxından bağlı olan Abbasilər dövrünün ilk yüzilliyində mühüm qlobal məsələlərin ərəb folkloru və bədii nəsrində inikası əhatəli şəkildə araşdırılır. Abbasi xəlifələrinin dövlətin idarəçilik və mədəni sahələrdəki mühüm tədbirlərinin ölkənin çiçəklənməsindəki müsbət rolu real faktlar fonunda şərh edilərək təsbit edilir.
  • Item
    Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri
    (Papirus NP, 2016-05-24) Rəna Rzayeva
    Kitabda dahi Nizami Gəncəvinin müasiri Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri ilk dəfə olaraq geniş ədəbi-mədəni kontekstdə və müasir elmi səviyyədə araşdırılmışdır. “Munisnamə”nin janr səciyyəsi və mənbələri tədqiq olunmuş, əsərə daxil olan süjetlərin təkamülü və yayılması zəngin ədəbi material əsasında nəzərdən keçirilmişdir. Bununla da “Munisnamə”nin ədəbi-tarixi dəyəri aydınlaşdırılmış, abidənin farsdilli ədəbiyyat tarixində yeri müəyyənləşdirilmişdir. Monoqrafiya şərqşünaslar, filoloqlar, eləcə də klassik Şərq ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
  • Item
    Müasir Mərkəzi Asiyada təhlükəsizlik problemləri
    (Elm, 2021) Rauf Məmməd oğlu Qarayev
    Monoqrafiyada Azərbaycan ictimai elmində və ədəbiyyatında ilk dəfə sistemləşdirilmiş şəkildə Mərkəzi Asiya regionunda təhlükəsizlik problemləri tədqiq edilmişdir. Bu, müasir Mərkəzi Asiya regionunun böyük geosiyasi və geostrateji əhəmiyyəti ilə bağlıdır. Azərbaycan Respublikası ilə Mərkəzi Asiya regionu və bu regionda olan müstəqil dövlətlər arasında münasibətlərin qurulması və inkişafı, belə inkişafın strategiyası və taktikası, bu prosesdə baş verən qanunauyğunluqların elmi cəhətdən müəyyən edilməsi və bunun nəticəsində müəyyən təkliflərin və tövsiyələrin irəli sürülməsi Azərbaycan ictimai elminin qarşısında duran mühüm vəzifələrdən biridir. Həmçinin müasir Mərkəzi Asiya regionunda baş verən proseslərin elmi cəhətdən öyrənilməsi və tədqiqi əldə edilən nəticələrin Azərbaycan Respublikasının müvafiq orqanlarının (məsələn, diplomatik orqanların) və qurumlarının daha səmərəli praktiki fəaliyyət göstərməsi üçün istifadə oluna bilər. Monoqrafiya alimlər, tələbələr, müasir Mərkəzi Asiyada təhlükəsizlik problemləri ilə məşğul olan mütəxəssislər, ekspertlər, politoloqlar və ümumiyyətlə, Mərkəzi Asiya regionu ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.