Monoqrafiyalar (Monographs)
Permanent URI for this collectionhttps://hdl.handle.net/20.500.14684/33
Browse
Browsing Monoqrafiyalar (Monographs) by Title
Now showing 1 - 20 of 45
- Results Per Page
- Sort Options
Item ABDULLAH HATİFİ HƏFT MƏNZƏR(Elm, 2021) Nəşrə hazırlayan: Aygün ƏlizadəƏsəri dilimizə Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Əlizadə filoloji tərcümə edib, eyni zamanda əlyazmanı köçürərək, ön söz və izahlar yazıb. “Həft mənzər”in Azərbaycan dilində nəzmə çəkilməsi isə Aygün Əlizadə ilə birgə Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəşid Təhməzoğluna aiddir. Görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə onlarla nəzirələrdə hər bir şair Nizaminin qoyduğu ideyaları öz düşüncələrinə uyğun olaraq təqdim edib. Belə nəzirə müəlliflərindən biri olan Abdullah Hatifinin Nizami Gəncəvinin “Yeddi gözəl”indən təsirlənərək yazdığı “Həft mənzər” əsərində gözəllər üçün tikilmiş yeddi imarətdən bəhs edilir. Burada cərəyan edən hekayələrin hər biri ibrətamiz mövzuya həsr olunub. Əsərin fars dilindən Azərbaycan dilinə həm filoloji, həm də nəzmlə tərcüməsi Azərbaycan oxucusuna Nizami dühasının təkcə öz əsərlərində deyil, həm də yaratdığı məktəbdə də əks olunduğunu göstərmək məqsədi daşıyır. Abdullah Hatifinin “Həft mənzər” əsəri 2224 beytdən ibarətdir. Fars dilində olan orijinal mətnin qarşısında tərcümələri verilib. Kitabın çapı Nizami ənənələrinin digər şairlərin yaradıcılığına təsirini müşahidə etməkdə oxuculara kömək edəcək.Item ƏBUBƏKR İBN XOSROV ƏL-USTADIN «MUNİSNAMƏ» ƏSƏRİ(Azərbaycan Milli Elmlər Akademiyası Akademik Ziya Bünyadov adına. Bakı Şərqşünaslıq İnstitutu, 2025) Rəna RzayevaKitabda dahi Nizami Gəncəvinin müasiri Əbubəkr ibn Xosrov əl-Ustadın «Munisnamə» əsəri ilk dəfə olaraq geniş ədəbi-mədəni kontekstdə və müasir elmi səviyyədə araşdırılmışdır. «Munisnamə»nin janr səciyyəsi və mənbələri tədqiq olunmuş, əsərə daxil olan süjetlərin təkamülü və yayılması zəngin ədəbi material əsasında nəzərdən keçirilmişdir. Bununla da “Munisnamə”nin ədəbi-tarixi dəyəri aydınlaşdırılmış, abidənin farsdilli ədəbiyyat tarixində yeri müəyyənləşdirilmişdir. Monoqrafiya şərqşünaslar, filoloqlar, eləcə də klassik Şərq ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.Item Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri(Papirus NP, 2016-05-24) Rəna RzayevaKitabda dahi Nizami Gəncəvinin müasiri Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri ilk dəfə olaraq geniş ədəbi-mədəni kontekstdə və müasir elmi səviyyədə araşdırılmışdır. “Munisnamə”nin janr səciyyəsi və mənbələri tədqiq olunmuş, əsərə daxil olan süjetlərin təkamülü və yayılması zəngin ədəbi material əsasında nəzərdən keçirilmişdir. Bununla da “Munisnamə”nin ədəbi-tarixi dəyəri aydınlaşdırılmış, abidənin farsdilli ədəbiyyat tarixində yeri müəyyənləşdirilmişdir. Monoqrafiya şərqşünaslar, filoloqlar, eləcə də klassik Şərq ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.Item “Ədəb” janrı və ət-Tənuxinin “Nişvar əl-muhadara va əxbər əl-muzəkəra” əsəri(Adiloğlu, 2015-06-17) Kərimova Xanımzər Əli qızıMonoqrafiyada ilk dəfə olaraq ərəb nəsrinin görkəmli nümayəndələrindən olan Əbu Əli əl-Muhassin ət-Tənuxinin “Nişvar əl-muhadara va əxbər əl-muzəkəra” əsəri əsasında “ədəb” janrı tədqiq olunur. Ət-Tənuxinin “Nişvar əl-muhadara va əxbər əl-muzəkəra”əsəri tədqiqata cəlb edilməklə yanaşı, ədibin həyat və yaradıcılığı ilk dəfə olaraq, geniş şəkildə araşdırılır. Xüsusilə, əsərin Azərbaycan tarixi ilə bağlılığı, həmçinin xürrəmilər hərəkatının başçısı, torpaqlarımızın qəsbkarlardan xilası uğrunda həyatını qurban vermiş xalqımızın mərd oğlu Babək obrazı işıqlandırılır.Item Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi və müqayisəli mətni(Elm, 2020) İnci Təvəkgül qızı QasımlıMonoqrafiyada Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin dövrü, mühiti, həyatı, yaradıcılığı təhlil olunmuş, klassik türk ədəbiyyatında nəsr və “Kitabi-taci-ədəb” əsəri geniş şəkildə araşdırılmış, əsər tekstoloji tədqiq olunmuşdur. “Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi Azərbaycanda bu mövzuda yazılmış ilk elmi araşdırmadır.Item Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi və müqayisəli mətni(Elm, 2020) İnci Təvəkgül qızı QasımlıMonoqrafiyada Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin dövrü, mühiti, həyatı, yaradıcılığı təhlil olunmuş, klassik türk ədəbiyyatında nəsr və “Kitabi-taci-ədəb” əsəri geniş şəkildə araşdırılmış, əsər tekstoloji tədqiq olunmuşdur. “Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi Azərbaycanda bu mövzuda yazılmış ilk elmi araşdırmadır.Item Əmin Ər-Reyhani yaradıcılığında Ərəb Şərqi(Zərdabi, 2014-09-19) Fatma MəcidovaMonoqrafiya ərəb məhcər ədəbiyyatının korifeylərindən biri olan, Livanda ana¬dan olmuş, Amerikada böyüyüb təhsil almış, lakin Şərq ruhuna daim sadiq qala¬raq bütün yaradıcılığı boyu Şərq dəyərlərini tərənnüm etmiş Əmin ibn Faris ər-Rey¬haninin (1876-1940) Ərəb Şərqi ilə bağlı ədəbi düşüncələrinin tədqiqinə həsr olunmuşdur. Əsərdə ədibin ərəb ölkələrinə səyahəti zamanı qələmə aldığı poeziya nümunələri, esse, hekayə və oçerkləri, habelə publisist məqalələri şərqşünaslıq baxımından araşdırılıb tədqiq olunmuşdur. Əsər “Qərb-Şərq ədəbi əlaqələrinin öyrənilməsi” kontekstində mühüm əhə¬miyyət daşıyır. Əmin ər-Reyhaninin ədəbi irsinin Azərbaycanda ilkin tədqiqatçısı olmuş görkəmli şərqşünas alim prof. Aida İmanquliyeva əsasən ədibin yaradıcılığında ərəb romantizminin təşəkkülünü ətraflı və dərindən araşdırmışdır. Ərəb mütəfəkkirinin bədii irsinin bilavasitə Ərəb Şərqi ilə bağlı realist motivləri isə məhz bu monoqrafiyada yetərincə araşdırılıb tədqiq olunmuşdur.Item “Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz”(Elm, 2021) Xumar ƏləkbərovaMonoqrafiyada ərəb dünyasının Nobel mükafatına layiq görülmüş ilk yazıçısı Nəcib Məhfuzun həyat və zəngin yaradıcılıq yolu izlənilmişdir. Bu xüsusda dünya şöhrətli yazıçının əsərləri dövrünün tarixi, siyasi-ictimai fonunda tədqiq edilmiş, insan psixologiyasının ən dərin qatlarını özündə əks etdirən bədii qəhrəmanları və onların taleləri müxtəlif prizmalardan təhlil olunmuşdur. Monoqrafiyanın sonunda yazıçının zəngin əsərlər çələngindən bir neçə hekayənin tərcüməsi təqdim olunmuşdur. Bu, oxucuda N.Məhfuz dühası, onun bəşəri əhəmiyyətli ədəbi yaradıcılığı haqqında daha dolğun təəssürat yaratmağa imkan verir.Item Ərəb bədii nəsrində ilkin Abbasilər dövrünün təsviri(Adiloğlu, 2015-11-18) Səbinə Arif qızı SəlimovaMonoqrafiyada ilk dəfə olaraq ədəbi, elmi-mədəni, eləcə də xarici sahələrdə Azərbaycanla yaxından bağlı olan Abbasilər dövrünün ilk yüzilliyində mühüm qlobal məsələlərin ərəb folkloru və bədii nəsrində inikası əhatəli şəkildə araşdırılır. Abbasi xəlifələrinin dövlətin idarəçilik və mədəni sahələrdəki mühüm tədbirlərinin ölkənin çiçəklənməsindəki müsbət rolu real faktlar fonunda şərh edilərək təsbit edilir.Item “Əyyəmu-l-arab” Cahiliyyə dövrü ərəb ədəbiyyatının abidəsi kimi(Elm, 2021) Bayramova Lalə Məzahir qızı“Əyyəmu-l-arab” – “العرب أيام”) “ Ərəblərin günləri”) toplusunun “Əyyəmu-l-arab fi-l-cahiliyyə –"الجاهلية في العرب أيام”) "Cahiliyyə dövründə “Ərəblərin günləri”) adlı birinci hissəsi Azərbaycan şərqşünaslığında ilk dəfədir ki, ilkin mənbə əsasında ərəb dilindən Azərbaycan dilinə bədii tərcümə edilmiş, elmi tədqiqata cəlb olunmuşdurItem Cənubi Azərbaycanın türk (Azərbaycan) oykonimləri(Elm və təhsil, 2020-03-14) Aybəniz HəsənovaKitabda ilk dəfə olaraq, xalqımızın ən qədim yaşayış məskənlərindən olan Cənubi Azərbaycan ərazisindəki yaşayış məntəqə adları toplanmış və bunlar müasir toponimik səviyyədə tədqiq edilmişdir. Məlum olduğu kimi, bu və ya digər məqsədlə yazılmış bəzi əsərlərdəki epizodik məlumatlar müstəsna olmaqla, tədqiq etdiyimiz regionun toponimiyası, xüsusən onun oykonimiyası indiyə qədər nə Cənubi Azərbaycanda – İranda, nə də respublikamızda ayrıca tədqiq obyekti olmamışdır. Buna görə də, bu əsərdə ilk təşəbbüs olaraq Cənubi Azərbaycan oykonimiyası toplanmış və sistemləşdirilmiş, onların qeydə alındığı mənbə və məxəzlər nəzərdən keçirilmiş, ayrı-ayrı paleo və mezooykonimlərin, imkan daxilində ilkin forma və variantları bərpa edilmiş, oykonimik adların yaranma və törəmə, meydana gəlmə və normalaşma yolları müəyyənləşdirilmiş, leksik-semantik qrupları (etnooykonimlər, antropooykonimlər, zoooykonimlər, fitooykonimlər, orooykonimlər, hidrooykonimlər, əlamət və keyfiyyət bildirən sözlərdən düzələn oykonimlər və s.) aydınlaşdırılmışdır.Item Cemelli Kareri. Səfərnamə. Fars dilindən tərcümə.(2019-03-30) Şəmsi PənahoğluTarixi Azərbaycana aid 500-dən artıq səfərnamənin olmasına baxmayaraq, təəssüf ki, onlardan çox cüzi bir hissəsi Azərbaycan dilinə tərcümə edilmişdir. Mövcud tərcümə bu boşluğun aradan qaldırılmasında əhəmiyyətli bir addımdır. Həm də tərcümə üçün çox uğurlu bir əsər seçilmişdir. Çünki Cemelli Karerinin “Səfərnamə” əsəri Azərbaycan və bütövlükdə İran tarixinin Səfəvilər dövrünə aid ən qiymətli mənbə və məxəzlərindən biridir. Cemelli Kareri milliyyətcə italyandır. O, XVII əsrin 90-cı illərində Şah Süleyman Səfəvi vaxtında Osmanlı yolu ilə İrana gəlib, Şah Sultan Hüseynin tacqoyma mərasimində iştirak edib. Güclü qələmə və təsvir qabiliyyətinə sahib olan C.Kareri, İranda gördüklərini və eşitdiklərini özünün “Səfərnamə” əsərində işıqlandırıb. Abbas Naxçıvani və Əbdüləli Karəng onu fars dilinə tərcümə edərək 1970-ci ildə çap etdiriblər. Mövcud tərcümə adıgedən çapın əsasında cüzi ixtisarla həyata keçirilmişdir. Əsər mütəxəssislər, eləcə də, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.Item Erkən islam tarixi məsələləri (VI-VII əsrlər) azərbaycanlıtədqiqatçıların əsərlərində(Azərbaycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu. Bakı - 2022, 2022) ƏMMAR ABBASOVKitabda azərbaycanlı tədqiqatçıların erkən islam tarixi haqda tədqiqatları ümumiləşdirilmiş, ərəb dilində olan əsərlərlə müqayisəli şəkildə araşdırılmışdır.Item Ethnic Identity of Nizami Ganjavi(Elm, 2022) Govhar BakhshaliyevaKitab böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi və Azərbaycanda “Nizami Gəncəvi İli”nə həsr olunmuşdur. Kitabda Nizaminin öz əsərlərindən əxz olunmuş təkzibolunmaz faktlar, şairin yaradıcılığının ideya-mövzu və bədii-estetik xüsusiyyətlərinin dərin elmi təhlili, şairin yaşadığı və yaratdığı dövr və mühitin reallıqları və mövcud elmi ədəbiyyatın hərtərəfli araşdırılması əsasında, Nizami Gəncəvinin Azərbaycan türkü olması bir daha təsdiq edilmişdir.Item Fəridəddin Əttarın “Təzkirətül-övliya” əsəri farsdilli sufi ədəbiyyatının mənbəyi kimi(Zərdabi, 2014-07-05) Aygün ƏlizadəKitab dörd fəsildən ibarətdir. Birinci fəsildə erkən farsdilli sufi nəsrinin formalaşması haqqında məlumat verilmişdir. Burada sufi nəsrinin yaranması, "Təzkirətül-övliya"nın mənbələri və Əttar yaradıcılığında "Təzkirətül-övliya"nın yeri müəyyənləşdirilmişdir. İkinci fəsildə "Təzkirətül-övliya" sufi ədəbiyyatı kontekstində araşdırılır. Bu fəsildə agioqrafik əsərlərin janr xüsusiyyətləri, "Təzkirətül-övliya"nın bəzi konseptual məqamları, əsərin personajlar sistemi və janr xüsusiyyətləri tədqiq edilmişdir. Əsərin bədii xüsusiyyətləri adlanan üçüncü fəsildə bədii ifadə vasitələrinin işlədilməsi, bədii zaman və məkan məsələləri araşdırılmışdır. Dördüncü fəsildə isə "Təzkirətül-övliya"nın sonrakı sufi nəsrinin inkişafına təsiri araşdırılmışdır.Item Fars dili qrammatikası terminləri(Bakı Çap Evi, 2010-10-20) Vüqar İnqilab oğlu MəmmədovKitabda fars dilinə aid fars, Azərbaycan və rus dillərində yazılmış elmi ədəbiyyatdan, dərslik, dərs vəsaitləri və lüğətlərdən toplanmış morfologiya və sintaksisə aid terminoloji material leksik-semantik baxımdan ilk dəfə olaraq müqayisəli şəkildə ətraflı təhlil edilir. Əsərdə fars dili qrammatikası terminlərinin yaranma yolları və mövcud vəziyyəti, bu sahədə olan nöqsanların aradan qaldırılması, terminlərin dəqiqləşdirilməsi, birmənalılığının təmin edilməsi yolları göstərilir. Nəzəri və təcrübi əhəmiyyətini nəzərə alaraq, kitaba fars dilinə aid qrammatik terminlər, onların Azərbaycan və rus dillərində qarşılıqları, işlədilməsi qeyri-məqbul sayılan, eləcə də müəllifin təklif etdiyi terminlər haqqında kompleks məlumat verən terminlər sözlüyü əlavə edilib. Monoqrafiyanın fars dilçiliyində anlayışların düzgün və dəqiq terminoloji ifadəsinin və yeni terminlərin yaradılmasının elmi əsaslarının işlənib hazırlanmasında nəzəri əhəmiyyətə malik bir elmi-tədqiqat işi, fars dilinin tədris edildiyi müəssisələrdə praktik əhəmiyyəti olan vəsait kimi xüsusi rolu ola bilər.Item Füzulinin ərəbcə poetik irsi(Azərbaycan Milli Elmlər Akademiyası akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 2024) Ruhəngiz Aydın qızı Cümşüdlü; Elmi redaktor: Akademik Gövhər BaxşəliyevaMonoqrafiyada ilk dəfə olaraq Məhəmməd Füzulinin ümumi yaradıcılığı üçün xarakterik olan bir sıra məsələlərin – Füzulinin fəlsəfi-dini görüşləri, etik-estetik qənaətləri, sufizmə münasibəti, məhəbbət konsepsiyası və s. kimi mövzuların dahi söz ustadının ərəbcə poetik irsindəki təcəssüm və bədii təfsiri araşdırılır. Füzulinin ərəbcə şeirləri ərəb poetik ənənələri zəminində tədqiq edilərək mövzu seçimində ənənə və varislik əlaqələri, poetik ifadə tərzi və leksik fonddakı ümumi müştərəklik üzə çıxarılır.Item IX-X əsrlər azərbaycanlı hədisşünas alim Əhməd Harun oğlu Əl-Bərdici (Bərdəli)(Araz, 2015-11-18) İlkin Ənvər oğlu ƏlimuradovƏhməd Harun oğlu əl-Bərdici (Bərdəli) hədisşünas alim, öz dəsti-xətti, elmi üslubu və metodu ilə hədis tarixinin “Qızıl dövrü” adlandırılan hicri III (miladi IX) əsrə yenilik gətirməyə nail olmuş azərbaycanlı din alimlərindən biridir. Monoqrafiyada ümumiyyətlə İslam, Qurani-Kərim və hədis tarixindən, xüsusilə isə əl-Bərdicinin həyatından, təhsilindən, elmi fəaliyyətindən, nüfuzundan bəhs edilmiş, onun əsərləri geniş şəkildə təhlil edilmiş, müxtəlif əlyazma nümunələri monoqrafiyaya əlavə edilmişdir. İslam ilahiyyatının hədis sahəsində kifayət qədər aktual mövzuları əhatə edən altı əsərin müəllifi olan Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli) hicrətin 301 (m.914)-ci ilinin ramazan ayında, Bağdad şəhərində vəfat etmişdir.Item Mahşərəf Məsturənin poeziyası(Elm, 2023) Zümrüd Rəhimova ŞəfiMonoqrafiyada istedadlı şair, İranda ilk tarix kitabı yazan qadın, mahir xəttat kimi tanınan Mahşərəf Məsturənin həyat və yaradıcılığından bəhs olunur. Məsturənin müxtəlif janrlarda yazdığı əsərlər tematik və poetik baxımdan dəyərləndirilir, dil və üslub özəllikləri, dini-irfani görüşləri, sənətkarlıq xüsusiyyətləri və s. ilk dəfə olaraq araşdırmaya cəlb olunur. Şairin yaradıcılığının ənənəyə bağlılığını müəyyənləşdirmək niyyəti ilə farsdilli poeziyanın nümayəndələri ilə də müqayisələr aparılmış, irs-varislik münasibətləri təhlil edilmişdir.Item Məqalələr, məruzələr, müsahibələr(Bakı Çap Evi, 2011-06-02) Gövhər BaxşəliyevaKitaba millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevanın 2003-cü ildə nəşr etdirdiyi “Hamıdan ucadır alimin yeri” kitabına daxil edilməyən və bu günəcən pərakəndə halda müxtəlif mətbu nəşrlərdə işıq üzü görmüş məqalə, məruzə, müsahibə və çıxışları, müxtəlif əsərlərə yazdığı ön söz və resenziyaları daxil edilmişdir. Eyni zamanda kitaba müəllifin bügünəcən çap olunmamış bir sıra məqalə və çıxışları da salınıb. Kitab elmi işçilər, tələbələr, eləcə də elmi və ictimai həyatın ümumi məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
- «
- 1 (current)
- 2
- 3
- »