Süleyman xan Dərgah. “Səfərnamə”. Fars dilindən tərcümə.
No Thumbnail Available
Date
2014-07-04
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Zərdabi
Abstract
Tarixi Azərbaycanla bağlı 500-dən artıq səfərnamənin olduğu təxmin edilir. Onlardan çox az qismi (barmaqla sayıla biləcək qədər) Azərbaycan dilinə tərcümə edilmişdir. Halbuki səfərnamə ədəbiyyatı tarixə işıq tutması baxımından çox böyük maraq doğurur və ən etibarlı mənbələrdən biri hesab olunur. Çünki o, hal, hadisə və prosesləri özündən sonrakı nəsillərə daha dolğun şəkildə çatdırır. Düzdür, səfərnamədə müəllifin subyektiv fikir və münasibətləri də ifadə edilə bilər. Lakin, bununla belə, səfərnaməni yazan şəxs özü o hadisələri görmüş, eşitmiş, bir çox hallarda isə şəxsən yaşamışdır. Ona görə də tarixi, o tarixdə baş verən hadisələri, xalqın həyat tərzi, məişəti, inancını, bütövlükdə mədəniyyəti və ədəbiyyatını, dövrün idarəçilik sistemini, fərdi və ictimai münasibətləri, müəyyən elmləri və s.-nin öyrənilməsində səfərnamələrin əhəmiyyəti və rolunun sübuta ehtiyacı yoxdur. Bu baxımdan Süleyman xan Dərgahın “Səfərnamə” əsəri də istisna deyildir. Əsərin yazılma tarixi çox da uzaq olmayan bir keçmişə -1881-ci ilə təsadüf etsə də o, öz dövrünün idarəçilik, maarif və təhsil, pul-maliyyə və mühasibat sistemi, mürəkkəb şəxsi və ictimai münasibətlər, əsərdə adıçəkilmiş şəhər və kəndlərin o vaxtkı vəziyyəti, yollar, aşırımlar, dağlar, çaylar, bağlar, tarixi abidələr, kommunikasiya və rabitə vasitələri, xalqın məişəti, əxlaqı, inancı, adət və ənənələri və bir çox digər məsələlər barəsində ilkin mənbə kimi maraqlı məlumatlar verir.
Mövcud tərcümənin Süleyman xan Dərgahın İran Milli Şura Məclisinin Kitabxanasında 2311 saylı şifrə ilə qorunub saxlanan “Səfərnamə” əlyazmasının orijinalından (8) tərcümə edilməsi onun dəyərini daha da artırır. Əsər mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Description
səh.136