Monoqrafiyalar (Monographs)
Permanent URI for this collectionhttps://hdl.handle.net/20.500.14684/33
Browse
Browsing Monoqrafiyalar (Monographs) by Issue Date
Now showing 1 - 20 of 45
- Results Per Page
- Sort Options
Item Fars dili qrammatikası terminləri(Bakı Çap Evi, 2010-10-20) Vüqar İnqilab oğlu MəmmədovKitabda fars dilinə aid fars, Azərbaycan və rus dillərində yazılmış elmi ədəbiyyatdan, dərslik, dərs vəsaitləri və lüğətlərdən toplanmış morfologiya və sintaksisə aid terminoloji material leksik-semantik baxımdan ilk dəfə olaraq müqayisəli şəkildə ətraflı təhlil edilir. Əsərdə fars dili qrammatikası terminlərinin yaranma yolları və mövcud vəziyyəti, bu sahədə olan nöqsanların aradan qaldırılması, terminlərin dəqiqləşdirilməsi, birmənalılığının təmin edilməsi yolları göstərilir. Nəzəri və təcrübi əhəmiyyətini nəzərə alaraq, kitaba fars dilinə aid qrammatik terminlər, onların Azərbaycan və rus dillərində qarşılıqları, işlədilməsi qeyri-məqbul sayılan, eləcə də müəllifin təklif etdiyi terminlər haqqında kompleks məlumat verən terminlər sözlüyü əlavə edilib. Monoqrafiyanın fars dilçiliyində anlayışların düzgün və dəqiq terminoloji ifadəsinin və yeni terminlərin yaradılmasının elmi əsaslarının işlənib hazırlanmasında nəzəri əhəmiyyətə malik bir elmi-tədqiqat işi, fars dilinin tədris edildiyi müəssisələrdə praktik əhəmiyyəti olan vəsait kimi xüsusi rolu ola bilər.Item Məqalələr, məruzələr, müsahibələr(Bakı Çap Evi, 2011-06-02) Gövhər BaxşəliyevaKitaba millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevanın 2003-cü ildə nəşr etdirdiyi “Hamıdan ucadır alimin yeri” kitabına daxil edilməyən və bu günəcən pərakəndə halda müxtəlif mətbu nəşrlərdə işıq üzü görmüş məqalə, məruzə, müsahibə və çıxışları, müxtəlif əsərlərə yazdığı ön söz və resenziyaları daxil edilmişdir. Eyni zamanda kitaba müəllifin bügünəcən çap olunmamış bir sıra məqalə və çıxışları da salınıb. Kitab elmi işçilər, tələbələr, eləcə də elmi və ictimai həyatın ümumi məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.Item Məqalələr, məruzələr, müsahibələr...(Bakı Çap Evi, 2011-06-02) Gövhər BaxşəliyevaKitaba millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevanın 2003-cü ildə nəşr etdirdiyi “Hamıdan ucadır alimin yeri” kitabına daxil edilməyən və bu günəcən pərakəndə halda müxtəlif mətbu nəşrlərdə işıq üzü görmüş məqalə, məruzə, müsahibə və çıxışları, müxtəlif əsərlərə yazdığı ön söz və resenziyaları daxil edilmişdir. Eyni zamanda kitaba müəllifin bügünəcən çap olunmamış bir sıra məqalə və çıxışları da salınıb. Kitab elmi işçilər, tələbələr, eləcə də elmi və ictimai həyatın ümumi məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.Item Истоки и основные мировоззренческие аспекты бахаизма(Bakı Çap Evi, 2011-06-16) Лейла МеликоваМонография посвящена исследованию основных религиозно-философских аспектов бахаитского вероучения. В работе анализируются идейная сущность и характер, социальные аспекты бахаитской доктрины, также, освещаются предпосылки истории зарождения и развития бахаизма в Азербайджане, включая современный этап. Ориентируясь на определение, частично принятое в научном мире в отношении подобных бахаизму религиозных движений универсалистского характера, автор обозначает его термином «новая религия». Издание может представлять интерес для востоковедов, историков, теологов, философов, политологов, а так же, может быть полезно для изучения и ознакомления с ним, в свете решения проблемы отношений государства и религий в Азербайджане и в целях просвещения подрастающего поколения и молодёжи в вопросах подхода к общественно-религиозным явлениям современности.Item ЛИТЕРАТУРНЫЕ ВЗГЛЯДЫ ТАУФИКА АЛ-ХАКИМА(Национальная Академия Наук Азербайджана Институт Востоковедения имени ак. З.М.Буниятова, 2012) Гёвхар БахшалиеваКнига посвящена исследованию литературных взглядов выдающегося египетского писателя, драматурга, публициста и мыслителя ХХ века Тауфика ал-Хакима, внесшего неоценимый вклад в развитие современной арабской литературы. В приложении к книге напечатаны переводы некоторых образцов творчества Тауфика ал-Хакима. Книга может представлять интерес для востоковедов, филологов и всех, кто интересуется теоретическими вопросами развития восточных литератур, а также художественной литературой в широком смысле слова.Item Mehmed Akif Ərsoy yaradıcılığında ictimai problemlərin bədii təcəssümü(Azərbaycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunur., 2012) Səriyyə Gülağa qızı GündoğduMehmed Akif türk xalqının adət-ənənəsinə, dininə, psixologiyasına və yaşadığı sosial problemlərə yaxından bələd olduğu üçün əsərləri da böyük təsir gücünə malik olmuşdur. O bütün Türkiyə gəncliyini, vətənpərvər və ziyalı kütləsini öz yaradıcılığı ilə ciddi şəkildə təsir göstərmişdir. Bununla yanaşı, şairin şöhrəti Türkiyə sərhədlərini aşmış və digər türk xalqları arasında da böyük nüfuz qazanmışdır. Monoqrafiyada Azərbaycanda Mehmed Akif Ərsoyun sosial mövzulu şeirlərinin təqdimi məsələsinə həsr olunmuş ilk tədqiqat əsəridir.Item Литературные взгляды Тауфика ал-Хакима(Elm, 2012-11-26) Гёвхар БахшалиеваКнига посвящена исследованию литературных взглядов выдающегося египетского писателя, драматурга, публициста и мыслителя ХХ века Тауфика ал-Хакима, внесшего неоценимый вклад в развитие современной арабской литературы. В приложении к книге напечатаны переводы некоторых образцов творчества Тауфика ал-Хакима. Книга может представлять интерес для востоковедов, филологов и всех, кто интересуется теоретическими вопросами развития восточных литератур, а также художественной литературой в широком смысле слова.Item Süleyman xan Dərgah. “Səfərnamə”. Fars dilindən tərcümə.(Zərdabi, 2014-07-04) Şəmsi PənahoğluTarixi Azərbaycanla bağlı 500-dən artıq səfərnamənin olduğu təxmin edilir. Onlardan çox az qismi (barmaqla sayıla biləcək qədər) Azərbaycan dilinə tərcümə edilmişdir. Halbuki səfərnamə ədəbiyyatı tarixə işıq tutması baxımından çox böyük maraq doğurur və ən etibarlı mənbələrdən biri hesab olunur. Çünki o, hal, hadisə və prosesləri özündən sonrakı nəsillərə daha dolğun şəkildə çatdırır. Düzdür, səfərnamədə müəllifin subyektiv fikir və münasibətləri də ifadə edilə bilər. Lakin, bununla belə, səfərnaməni yazan şəxs özü o hadisələri görmüş, eşitmiş, bir çox hallarda isə şəxsən yaşamışdır. Ona görə də tarixi, o tarixdə baş verən hadisələri, xalqın həyat tərzi, məişəti, inancını, bütövlükdə mədəniyyəti və ədəbiyyatını, dövrün idarəçilik sistemini, fərdi və ictimai münasibətləri, müəyyən elmləri və s.-nin öyrənilməsində səfərnamələrin əhəmiyyəti və rolunun sübuta ehtiyacı yoxdur. Bu baxımdan Süleyman xan Dərgahın “Səfərnamə” əsəri də istisna deyildir. Əsərin yazılma tarixi çox da uzaq olmayan bir keçmişə -1881-ci ilə təsadüf etsə də o, öz dövrünün idarəçilik, maarif və təhsil, pul-maliyyə və mühasibat sistemi, mürəkkəb şəxsi və ictimai münasibətlər, əsərdə adıçəkilmiş şəhər və kəndlərin o vaxtkı vəziyyəti, yollar, aşırımlar, dağlar, çaylar, bağlar, tarixi abidələr, kommunikasiya və rabitə vasitələri, xalqın məişəti, əxlaqı, inancı, adət və ənənələri və bir çox digər məsələlər barəsində ilkin mənbə kimi maraqlı məlumatlar verir. Mövcud tərcümənin Süleyman xan Dərgahın İran Milli Şura Məclisinin Kitabxanasında 2311 saylı şifrə ilə qorunub saxlanan “Səfərnamə” əlyazmasının orijinalından (8) tərcümə edilməsi onun dəyərini daha da artırır. Əsər mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.Item Fəridəddin Əttarın “Təzkirətül-övliya” əsəri farsdilli sufi ədəbiyyatının mənbəyi kimi(Zərdabi, 2014-07-05) Aygün ƏlizadəKitab dörd fəsildən ibarətdir. Birinci fəsildə erkən farsdilli sufi nəsrinin formalaşması haqqında məlumat verilmişdir. Burada sufi nəsrinin yaranması, "Təzkirətül-övliya"nın mənbələri və Əttar yaradıcılığında "Təzkirətül-övliya"nın yeri müəyyənləşdirilmişdir. İkinci fəsildə "Təzkirətül-övliya" sufi ədəbiyyatı kontekstində araşdırılır. Bu fəsildə agioqrafik əsərlərin janr xüsusiyyətləri, "Təzkirətül-övliya"nın bəzi konseptual məqamları, əsərin personajlar sistemi və janr xüsusiyyətləri tədqiq edilmişdir. Əsərin bədii xüsusiyyətləri adlanan üçüncü fəsildə bədii ifadə vasitələrinin işlədilməsi, bədii zaman və məkan məsələləri araşdırılmışdır. Dördüncü fəsildə isə "Təzkirətül-övliya"nın sonrakı sufi nəsrinin inkişafına təsiri araşdırılmışdır.Item Əmin Ər-Reyhani yaradıcılığında Ərəb Şərqi(Zərdabi, 2014-09-19) Fatma MəcidovaMonoqrafiya ərəb məhcər ədəbiyyatının korifeylərindən biri olan, Livanda ana¬dan olmuş, Amerikada böyüyüb təhsil almış, lakin Şərq ruhuna daim sadiq qala¬raq bütün yaradıcılığı boyu Şərq dəyərlərini tərənnüm etmiş Əmin ibn Faris ər-Rey¬haninin (1876-1940) Ərəb Şərqi ilə bağlı ədəbi düşüncələrinin tədqiqinə həsr olunmuşdur. Əsərdə ədibin ərəb ölkələrinə səyahəti zamanı qələmə aldığı poeziya nümunələri, esse, hekayə və oçerkləri, habelə publisist məqalələri şərqşünaslıq baxımından araşdırılıb tədqiq olunmuşdur. Əsər “Qərb-Şərq ədəbi əlaqələrinin öyrənilməsi” kontekstində mühüm əhə¬miyyət daşıyır. Əmin ər-Reyhaninin ədəbi irsinin Azərbaycanda ilkin tədqiqatçısı olmuş görkəmli şərqşünas alim prof. Aida İmanquliyeva əsasən ədibin yaradıcılığında ərəb romantizminin təşəkkülünü ətraflı və dərindən araşdırmışdır. Ərəb mütəfəkkirinin bədii irsinin bilavasitə Ərəb Şərqi ilə bağlı realist motivləri isə məhz bu monoqrafiyada yetərincə araşdırılıb tədqiq olunmuşdur.Item Türk dünyası qlobal iqtisadi inkişaf yollarında” (Məqalələr toplusu)(Zərdabi, 2014-12-16) Dünyamalı VəliyevKitabda müəllifin uzun illər Türk Dünyasının iqtisadi inkişaf problemləri haqqında yazmış oldugu məqalələr oxuculara təqdim olunur. Azərbaycan və Türkiyənin iqtisadi inkişaf problemlərinə həsr edilmiş yazılar iki ayrı bölmədə verilir. Türk Dünyasının ortaq problemləri “Türk dünyası qlobal iqtisadi inkişaf yollarında” adlı bölmədə oxucuların nəzərinə çatdırılır. Son fəsil müəllifin dünya iqtisadiyyatı və qloballaşma haqqında mülahizələrinə həsr edilmişdir. Kitab Türk Dünyasının iqtisadi inkişaf problemləri ilə maraqlanan siyasi, elmi və praktik işçilər, doktorant, magistrant və tələbə gənclər üçün nəzərdə tutulmuşdur.Item “Ədəb” janrı və ət-Tənuxinin “Nişvar əl-muhadara va əxbər əl-muzəkəra” əsəri(Adiloğlu, 2015-06-17) Kərimova Xanımzər Əli qızıMonoqrafiyada ilk dəfə olaraq ərəb nəsrinin görkəmli nümayəndələrindən olan Əbu Əli əl-Muhassin ət-Tənuxinin “Nişvar əl-muhadara va əxbər əl-muzəkəra” əsəri əsasında “ədəb” janrı tədqiq olunur. Ət-Tənuxinin “Nişvar əl-muhadara va əxbər əl-muzəkəra”əsəri tədqiqata cəlb edilməklə yanaşı, ədibin həyat və yaradıcılığı ilk dəfə olaraq, geniş şəkildə araşdırılır. Xüsusilə, əsərin Azərbaycan tarixi ilə bağlılığı, həmçinin xürrəmilər hərəkatının başçısı, torpaqlarımızın qəsbkarlardan xilası uğrunda həyatını qurban vermiş xalqımızın mərd oğlu Babək obrazı işıqlandırılır.Item Ərəb bədii nəsrində ilkin Abbasilər dövrünün təsviri(Adiloğlu, 2015-11-18) Səbinə Arif qızı SəlimovaMonoqrafiyada ilk dəfə olaraq ədəbi, elmi-mədəni, eləcə də xarici sahələrdə Azərbaycanla yaxından bağlı olan Abbasilər dövrünün ilk yüzilliyində mühüm qlobal məsələlərin ərəb folkloru və bədii nəsrində inikası əhatəli şəkildə araşdırılır. Abbasi xəlifələrinin dövlətin idarəçilik və mədəni sahələrdəki mühüm tədbirlərinin ölkənin çiçəklənməsindəki müsbət rolu real faktlar fonunda şərh edilərək təsbit edilir.Item Seyid Həsən Tağızadə və İranın modernləşməsi(Araz, 2015-11-18) Əfşan Heydər qızı ŞəfiyevaMonoqrafiya XIX əsrin II yarısı, XX əsrin son rübünə qədər İranda modernləşdirmə uğrunda aparılan hərəkata, modernləşdirmə cərəyanlarına, eyni zamanda İranın görkəmli siyasi, ictimai və dövlət xadimi Seyid Həsən Tağızadənin öz ölkəsinin modernləşməsi prosesində roluna, bu prosesin başlıca məqamlarına və xüsusiyyətlərinə həsr olunmuşdur. Monoqrafiyada Seyid Həsən Tağızadənin şəxsiyyəti, elmi fəaliyyəti, ictimai düşüncələri və ideologiyası geniş tədqiq edilmişdir. Kitab tarixçilər, həmçinin, müasir Şərqin sosial-mədəni tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.Item IX-X əsrlər azərbaycanlı hədisşünas alim Əhməd Harun oğlu Əl-Bərdici (Bərdəli)(Araz, 2015-11-18) İlkin Ənvər oğlu ƏlimuradovƏhməd Harun oğlu əl-Bərdici (Bərdəli) hədisşünas alim, öz dəsti-xətti, elmi üslubu və metodu ilə hədis tarixinin “Qızıl dövrü” adlandırılan hicri III (miladi IX) əsrə yenilik gətirməyə nail olmuş azərbaycanlı din alimlərindən biridir. Monoqrafiyada ümumiyyətlə İslam, Qurani-Kərim və hədis tarixindən, xüsusilə isə əl-Bərdicinin həyatından, təhsilindən, elmi fəaliyyətindən, nüfuzundan bəhs edilmiş, onun əsərləri geniş şəkildə təhlil edilmiş, müxtəlif əlyazma nümunələri monoqrafiyaya əlavə edilmişdir. İslam ilahiyyatının hədis sahəsində kifayət qədər aktual mövzuları əhatə edən altı əsərin müəllifi olan Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli) hicrətin 301 (m.914)-ci ilinin ramazan ayında, Bağdad şəhərində vəfat etmişdir.Item Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri(Papirus NP, 2016-05-24) Rəna RzayevaKitabda dahi Nizami Gəncəvinin müasiri Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri ilk dəfə olaraq geniş ədəbi-mədəni kontekstdə və müasir elmi səviyyədə araşdırılmışdır. “Munisnamə”nin janr səciyyəsi və mənbələri tədqiq olunmuş, əsərə daxil olan süjetlərin təkamülü və yayılması zəngin ədəbi material əsasında nəzərdən keçirilmişdir. Bununla da “Munisnamə”nin ədəbi-tarixi dəyəri aydınlaşdırılmış, abidənin farsdilli ədəbiyyat tarixində yeri müəyyənləşdirilmişdir. Monoqrafiya şərqşünaslar, filoloqlar, eləcə də klassik Şərq ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.Item Mirzə Müslüm Qüdsi İrəvani və onun “Divan”ı(Elnar-2016 MMC, 2017-08-07) Şəmsi PənahoğluTorpaqlarımızın 20 %-dən çoxunun işğal altında olduğu, ölkəmizə qarşı hər cür gizli və açıq əsassız iddiaların irəli sürüldüyü, dövlətimizin və dövlətçiliyimizin gün-gündən möhkəmlənməsini heç cür sindirə bilməyən bədxahlarımızı bəzi aparıcı dünya dövlətlərinin ikili standartları ucbatından yerlərinə oturtmaqda və ərazi bütövlüyümüzü bərpa etməkdə çətinlik çəkdiyimiz bir vaxtda M.M.Q.İrəvaninin “Divan”ının yeganə nüsxəsinin ortaya çıxarılması, tərcüməsi və tədqiqi həm də İrəvan şəhərinin və tarixi “Çuxursəəd” vilayətinin milli türk kimliyinin minlərlə təkzibolunmaz faktlarından biri kimi əhəmiyyətlidir. Bu mənada adıgedən “Divan”ın tədqiqi mühüm ədəbi-bədii və mədəni hadisə olmaqla yanaşı, həm də siyasi mahiyyət daşıyır və bədnam qonşularımıza tutarlı bir cavabdır. Mütəxəssislər, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.Item Роль арабских масдаров в словообразовании персидского языка(Elnar-2016 MMC, 2017-08-16) Гюнай ВердиеваВ данной работе впервые даётся системное и целостное представление об одной из самых распространённых в лексике персидского языка групп арабских заимствований – масдаров, и в частности масдаров I и II породы. Впервые выявлен перечень моделей арабских масдаров I породы, используемых в персидском языке, впервые арабские масдары I и II породы рассматриваются в аспекте способов персидского словообразования. При этом в качестве источника при обнаружении арабо-персидских гибридных слов, в основном, используется толковый словарь современного персидского языка: امروز فارسی فرهنگ) Словарь современного персидского языка) под редакцией Г.С.Афшара.Item Müasir dünyada islamofobiya və onun təzahür formaları(Papirus NP, 2018-05-02) Əmmar AbbasovƏsər giriş, 2 fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. 1-ci fəsildə dünyada İslama qarşı mübarizə tarixi nəzərdən keçirilir, islamofobiya müstəvisində Azərbaycanda islamın ümumi vəziyyəti şərh edilir. Müasir dünyada islamofobiyadan bəhs edilən 2-ci fəsildə İslama qarşı çıxışlar, eləcə də dövlət, din xadimləri və alimlərin onlara tutarlı cavabları təqdim edilir. Burada həmçinin ərəb alimlərinin islamofobiyaya münasibəti şərh edilir.Item Cemelli Kareri. Səfərnamə. Fars dilindən tərcümə.(2019-03-30) Şəmsi PənahoğluTarixi Azərbaycana aid 500-dən artıq səfərnamənin olmasına baxmayaraq, təəssüf ki, onlardan çox cüzi bir hissəsi Azərbaycan dilinə tərcümə edilmişdir. Mövcud tərcümə bu boşluğun aradan qaldırılmasında əhəmiyyətli bir addımdır. Həm də tərcümə üçün çox uğurlu bir əsər seçilmişdir. Çünki Cemelli Karerinin “Səfərnamə” əsəri Azərbaycan və bütövlükdə İran tarixinin Səfəvilər dövrünə aid ən qiymətli mənbə və məxəzlərindən biridir. Cemelli Kareri milliyyətcə italyandır. O, XVII əsrin 90-cı illərində Şah Süleyman Səfəvi vaxtında Osmanlı yolu ilə İrana gəlib, Şah Sultan Hüseynin tacqoyma mərasimində iştirak edib. Güclü qələmə və təsvir qabiliyyətinə sahib olan C.Kareri, İranda gördüklərini və eşitdiklərini özünün “Səfərnamə” əsərində işıqlandırıb. Abbas Naxçıvani və Əbdüləli Karəng onu fars dilinə tərcümə edərək 1970-ci ildə çap etdiriblər. Mövcud tərcümə adıgedən çapın əsasında cüzi ixtisarla həyata keçirilmişdir. Əsər mütəxəssislər, eləcə də, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
- «
- 1 (current)
- 2
- 3
- »