Mirzə Müslüm Qüdsi İrəvaninin türkcə əsərləri
No Thumbnail Available
Date
2019-03-30
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Avropa
Abstract
Bugünə qədər obyektiv və subyektiv səbəblərdən ədəbiyyat və mədəniyyət tariximizə düşməmiş çoxsaylı sanballı sənətkarlarımızdan biri də Mirzə Müslüm Qüdsi İrəvanidir (1755- 1822). O, Məhəmməd şahın hakimiyyəti dövründə 13 il (1835- 1848) İranın sədri-əzəmi olmuş Hacı Mirzə Ağası Fəxri İrəvaninin atasıdır. Hələlik elm aləminə onun “Divan”ı məlumdur. Bu “Divan”da şairin fars, türk və ərəb dillərində əsərləri toplanmışdır.
Məlum olduğu kimi, orta əsrlərdə Yaxın və Orta Şərqdə üçdillilik (türk, fars, ərəb) mövcud olmuş, bir çox alim və şairlərimiz öz əsərlərinin ya hamısını, ya da bir hissəsini fars, yaxud da ərəb dillərində yaratmışlar. Ona görə də başqa dildə yazılmış ədəbiyyatımızın ana dilinə tərcüməsi, nəşri və təbliği, eləcə də ərəb qrafikası ilə ana dilində qələmə alınmış əsərlərin transfoneliterasiyası qarşıda duran dövlət əhəmiyyətli milli məsələlərdən biridir. Bu işdə azsaylı şərqşünaslarımızın üzərinə daha böyük vəzifələr düşür.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra tarix və mədəniyyətimizin, eləcə də onun ayrılmaz hissəsi olan ədəbiyyatımızın öyrənilməsi üçün münbit və əlverişli şərait yaranmışdır. Bu çərçivədə tərəfimizdən “Mirzə Müslüm Qüdsi İrəvani və onun “Divan”ı” adlı monoqrafiya işıq üzü görmüşdür. Bununla belə, şairin türkcə yaradıcılığı xüsusi maraq doğurduğundan onun türkcə əsərlərinin transfoneliterasiya edilərək fotofaksimilesi ilə birlikdə elmi dövriyyəyə buraxılması məqsədəuyğun hesab olunur.
Mövcud əsər Mirzə Müslüm Qüdsi İrəvaninin Təbriz Milli Kitabxanasında 2814 saylı şifrə ilə qiymətli abidə kimi qorunub saxlanan “Divan”ının yeganə əlyazmasının orijinalı əsasında işlənmiş, mütəxəssislər, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Description
səh.100