Azərbaycan Milli Elmlər Akademiyası
Permanent URI for this communityhttps://hdl.handle.net/20.500.14684/1
Browse
Browsing Azərbaycan Milli Elmlər Akademiyası by Title
Now showing 1 - 20 of 83
- Results Per Page
- Sort Options
Item 21 Azərə gedən yol Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər)(Araz, 2015-11-17) Əkrəm Rəhimli (Bije)Oxuculara təqdim olunan kitabda 1941-1946-cı illərdə Güney Azərbaycandakı milli-demokratik hərəkatdan bəhs olunur. Bakı, Tehran, Vankuver (Kanada) şəhərlərindəki çapından sonra oxuculara təqdim olunan hazırkı kitab həmin kitabın IV, yenidən işlənmiş nəşridir. Kitabda 21 Azərə gedən mübarizə yolu tədqiq və təhlil edilir. Oxucu kitabda keçən yüzilliyin 40-cı illərində Güney Azərbaycandakı sosial, siyasi, iqtisadi və mədəni durum və olayların məzmun və mahiyyəti, 21 Azərin qələbəsi nəticəsində yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyəti ilə tanış olacaqdır. Kitabda Azərbaycan Milli Hökumətinin süqutunun səbəbləri, irticanın yenidən baş qaldırması və şah rejiminin qanlı olayları ilkin mənbələrdəki faktlar və sənədlər əsasında təqdim edilir.Item 44 günlük Vətən müharibəsi İran mediasında(Elm, 2023) Vidadi MustafayevKitabda keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müna- qişəsinin qısa aktiv mərhələləri (aprel 2016, iyul 2020) və 44 günlük Vətən müharibəsinin gedişi, həmçinin 2020-ci ilin sonuna qədərki dövr- də cərəyan etmiş hadisələrin İranın əsasən dörd mərkəzi (“irna”, “tasnim”, “farsnews”, “isna”) və bir yerli (“anaj”, Təbriz, Şərqi Azərbaycan) xəbər agentliklərinin saytlarında işıqlandırılması xronoloji ardıcıl- lıqla öz əksini tapmışdır. Həmçinin həmin saytlarda keçmiş münaqişənin tarixi, mahiyyəti, ona İranın münasibəti, eyni zamanda qeyd edilən mərhələlərdə baş ve- rən mühüm hadisələrə dair müxtəlif xarakterli şərhlər, müsahibələr, publisistik və analitik yazıların qısa icmalı və onlara münasibət yer almışdır.Item ABDULLAH HATİFİ HƏFT MƏNZƏR(Elm, 2021) Nəşrə hazırlayan: Aygün ƏlizadəƏsəri dilimizə Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Əlizadə filoloji tərcümə edib, eyni zamanda əlyazmanı köçürərək, ön söz və izahlar yazıb. “Həft mənzər”in Azərbaycan dilində nəzmə çəkilməsi isə Aygün Əlizadə ilə birgə Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəşid Təhməzoğluna aiddir. Görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə onlarla nəzirələrdə hər bir şair Nizaminin qoyduğu ideyaları öz düşüncələrinə uyğun olaraq təqdim edib. Belə nəzirə müəlliflərindən biri olan Abdullah Hatifinin Nizami Gəncəvinin “Yeddi gözəl”indən təsirlənərək yazdığı “Həft mənzər” əsərində gözəllər üçün tikilmiş yeddi imarətdən bəhs edilir. Burada cərəyan edən hekayələrin hər biri ibrətamiz mövzuya həsr olunub. Əsərin fars dilindən Azərbaycan dilinə həm filoloji, həm də nəzmlə tərcüməsi Azərbaycan oxucusuna Nizami dühasının təkcə öz əsərlərində deyil, həm də yaratdığı məktəbdə də əks olunduğunu göstərmək məqsədi daşıyır. Abdullah Hatifinin “Həft mənzər” əsəri 2224 beytdən ibarətdir. Fars dilində olan orijinal mətnin qarşısında tərcümələri verilib. Kitabın çapı Nizami ənənələrinin digər şairlərin yaradıcılığına təsirini müşahidə etməkdə oxuculara kömək edəcək.Item Əbu-Osman Əmr bin Bəhr əl-Cahiz (767-868) “Əl-Tac fi əxlaq əl-müluk” (Şahların əxlaqı haqda Tac əsəri)(Elm, 2023) AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu“Əl-Tac fi əxlaq əl-müluk” (Şahların əxlaqı haqda Tac əsəri) Bəsrədə dünyaya gəlmiş və ömrünün çoxunu İraq və ətraf məmləkətlərdə keçirmiş ədib və tarixçi alim Əbu-Osman Əmr bin Bəhr əl-Cahiz (767- 868) tərəfindən qələmə alınıb. Cahiz bu əsərində çalışıb ki, Abbasi xilafətinin dövrü ilə yanaşı, Əməvi xilafətinin, İslam xilafətinin ilkin çağı və əcəm şahlarının dövründə olan qanun-qaydaları və adət-ənənələri toplasın. O bu işdə bacardığı qədər istinadlara riayət edib. Əsər, əsasən xəlifə və şahların məclislərində, rəsmi toplantılarda, dövlət protokollarında, səyahətlərdə, milli və dini bayramlarında həyata keçirilən qayda-qanunlar və adət-ənənələri ehtiva edir. Kitabın adından göründüyü kimi, şahların əxlaqı dedikdə, onların bütün xislətləri və adətləri nəzərdə tutulur. Müəllif burada oxucunu şahlar və xəlifələrin sarayda, xəlvətdə, nədimləri arasında, səfirləri yanında, digər şahlar və əmirlərin yanında olan əhvalı ilə rəftarı, göftarı və kirdarı ilə tanış edir. O hətta hökmdarların geyindiklərini, yeyib, içdiklərini və istifadə etdikləri ətriyyatı da yaddan çıxarmır.Item Əbubəkr ibn Xosrov əl-Ustad Munisnamə(Adiloğlu, 2021-06-14) Fars dilindən tərcümə edən: Rəna RzayevaKitab XII əsrdə yaşayıb yaratmış Azərbaycan müəllifi Əbubəkr ibn Xosrov əl-Ustada məxsus “Munisnamə” əsərinin əlyazmasının əlimizdə olan yeganə nüsxəsindən edilmiş tərcüməsidir. Əsər 17 fəsil, 31 hekayətdən ibarətdir. Əlyazmada 15,16,17,24 və 25-ci hekayətlər çatmır. Şübhəsiz ki, hər bir hekayət müstəqil süjet xəttinə malik olduğu üçün, onların yoxluğu əsərin tamlığına xətər yetirməmişdir. Əsər belə şəkildə tərcümə olunaraq 764 səhifə təşkil edir. Əsəri şərti olaraq iki hissəyə; I-didaktik və II-bədii hissəyə ayırmaq olar. Ümumilikdə isə əsəri “didaktik-belletristik” əsər kimi dəyərləndirmək məqsədəuyğundur.Item ƏBUBƏKR İBN XOSROV ƏL-USTADIN «MUNİSNAMƏ» ƏSƏRİ(Azərbaycan Milli Elmlər Akademiyası Akademik Ziya Bünyadov adına. Bakı Şərqşünaslıq İnstitutu, 2025) Rəna RzayevaKitabda dahi Nizami Gəncəvinin müasiri Əbubəkr ibn Xosrov əl-Ustadın «Munisnamə» əsəri ilk dəfə olaraq geniş ədəbi-mədəni kontekstdə və müasir elmi səviyyədə araşdırılmışdır. «Munisnamə»nin janr səciyyəsi və mənbələri tədqiq olunmuş, əsərə daxil olan süjetlərin təkamülü və yayılması zəngin ədəbi material əsasında nəzərdən keçirilmişdir. Bununla da “Munisnamə”nin ədəbi-tarixi dəyəri aydınlaşdırılmış, abidənin farsdilli ədəbiyyat tarixində yeri müəyyənləşdirilmişdir. Monoqrafiya şərqşünaslar, filoloqlar, eləcə də klassik Şərq ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.Item Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri(Papirus NP, 2016-05-24) Rəna RzayevaKitabda dahi Nizami Gəncəvinin müasiri Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri ilk dəfə olaraq geniş ədəbi-mədəni kontekstdə və müasir elmi səviyyədə araşdırılmışdır. “Munisnamə”nin janr səciyyəsi və mənbələri tədqiq olunmuş, əsərə daxil olan süjetlərin təkamülü və yayılması zəngin ədəbi material əsasında nəzərdən keçirilmişdir. Bununla da “Munisnamə”nin ədəbi-tarixi dəyəri aydınlaşdırılmış, abidənin farsdilli ədəbiyyat tarixində yeri müəyyənləşdirilmişdir. Monoqrafiya şərqşünaslar, filoloqlar, eləcə də klassik Şərq ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.Item “Ədəb” janrı və ət-Tənuxinin “Nişvar əl-muhadara va əxbər əl-muzəkəra” əsəri(Adiloğlu, 2015-06-17) Kərimova Xanımzər Əli qızıMonoqrafiyada ilk dəfə olaraq ərəb nəsrinin görkəmli nümayəndələrindən olan Əbu Əli əl-Muhassin ət-Tənuxinin “Nişvar əl-muhadara va əxbər əl-muzəkəra” əsəri əsasında “ədəb” janrı tədqiq olunur. Ət-Tənuxinin “Nişvar əl-muhadara va əxbər əl-muzəkəra”əsəri tədqiqata cəlb edilməklə yanaşı, ədibin həyat və yaradıcılığı ilk dəfə olaraq, geniş şəkildə araşdırılır. Xüsusilə, əsərin Azərbaycan tarixi ilə bağlılığı, həmçinin xürrəmilər hərəkatının başçısı, torpaqlarımızın qəsbkarlardan xilası uğrunda həyatını qurban vermiş xalqımızın mərd oğlu Babək obrazı işıqlandırılır.Item Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi və müqayisəli mətni(Elm, 2020) İnci Təvəkgül qızı QasımlıMonoqrafiyada Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin dövrü, mühiti, həyatı, yaradıcılığı təhlil olunmuş, klassik türk ədəbiyyatında nəsr və “Kitabi-taci-ədəb” əsəri geniş şəkildə araşdırılmış, əsər tekstoloji tədqiq olunmuşdur. “Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi Azərbaycanda bu mövzuda yazılmış ilk elmi araşdırmadır.Item Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi və müqayisəli mətni(Elm, 2020) İnci Təvəkgül qızı QasımlıMonoqrafiyada Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin dövrü, mühiti, həyatı, yaradıcılığı təhlil olunmuş, klassik türk ədəbiyyatında nəsr və “Kitabi-taci-ədəb” əsəri geniş şəkildə araşdırılmış, əsər tekstoloji tədqiq olunmuşdur. “Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi Azərbaycanda bu mövzuda yazılmış ilk elmi araşdırmadır.Item AMEA AKADEMİK Z.M.BÜNYADOV ADINA ŞӘRQŞÜNASLIQ İNSTİTUTU 60 ildә(Azәrbaycan Milli Elmlәr Akademiyası akad. Z.M.Bünyadov adına Şәrqşünaslıq İnstitutu . BAKI – 2018, 2018)Kitab “AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi haqqında” Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 14 fevral 2018-ci il tarixli qərarı əsasında hazırlanmışdır.Item Əmin Ər-Reyhani yaradıcılığında Ərəb Şərqi(Zərdabi, 2014-09-19) Fatma MəcidovaMonoqrafiya ərəb məhcər ədəbiyyatının korifeylərindən biri olan, Livanda ana¬dan olmuş, Amerikada böyüyüb təhsil almış, lakin Şərq ruhuna daim sadiq qala¬raq bütün yaradıcılığı boyu Şərq dəyərlərini tərənnüm etmiş Əmin ibn Faris ər-Rey¬haninin (1876-1940) Ərəb Şərqi ilə bağlı ədəbi düşüncələrinin tədqiqinə həsr olunmuşdur. Əsərdə ədibin ərəb ölkələrinə səyahəti zamanı qələmə aldığı poeziya nümunələri, esse, hekayə və oçerkləri, habelə publisist məqalələri şərqşünaslıq baxımından araşdırılıb tədqiq olunmuşdur. Əsər “Qərb-Şərq ədəbi əlaqələrinin öyrənilməsi” kontekstində mühüm əhə¬miyyət daşıyır. Əmin ər-Reyhaninin ədəbi irsinin Azərbaycanda ilkin tədqiqatçısı olmuş görkəmli şərqşünas alim prof. Aida İmanquliyeva əsasən ədibin yaradıcılığında ərəb romantizminin təşəkkülünü ətraflı və dərindən araşdırmışdır. Ərəb mütəfəkkirinin bədii irsinin bilavasitə Ərəb Şərqi ilə bağlı realist motivləri isə məhz bu monoqrafiyada yetərincə araşdırılıb tədqiq olunmuşdur.Item “Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz”(Elm, 2021) Xumar ƏləkbərovaMonoqrafiyada ərəb dünyasının Nobel mükafatına layiq görülmüş ilk yazıçısı Nəcib Məhfuzun həyat və zəngin yaradıcılıq yolu izlənilmişdir. Bu xüsusda dünya şöhrətli yazıçının əsərləri dövrünün tarixi, siyasi-ictimai fonunda tədqiq edilmiş, insan psixologiyasının ən dərin qatlarını özündə əks etdirən bədii qəhrəmanları və onların taleləri müxtəlif prizmalardan təhlil olunmuşdur. Monoqrafiyanın sonunda yazıçının zəngin əsərlər çələngindən bir neçə hekayənin tərcüməsi təqdim olunmuşdur. Bu, oxucuda N.Məhfuz dühası, onun bəşəri əhəmiyyətli ədəbi yaradıcılığı haqqında daha dolğun təəssürat yaratmağa imkan verir.Item Ərəb bədii nəsrində ilkin Abbasilər dövrünün təsviri(Adiloğlu, 2015-11-18) Səbinə Arif qızı SəlimovaMonoqrafiyada ilk dəfə olaraq ədəbi, elmi-mədəni, eləcə də xarici sahələrdə Azərbaycanla yaxından bağlı olan Abbasilər dövrünün ilk yüzilliyində mühüm qlobal məsələlərin ərəb folkloru və bədii nəsrində inikası əhatəli şəkildə araşdırılır. Abbasi xəlifələrinin dövlətin idarəçilik və mədəni sahələrdəki mühüm tədbirlərinin ölkənin çiçəklənməsindəki müsbət rolu real faktlar fonunda şərh edilərək təsbit edilir.Item Avqust Benton. Səfərnamə. Fars dilindən tərcümə.(Elm, 2020) Şəmsi PənahoğluTarixi Azərbaycana aid 500-dən artıq səfərnamə var. Təəssüf ki, onlardan çox cüzi bir hissəsi Azərbaycan dilinə tərcümə edilmişdir. Mövcud tərcümə tərəfimizdən bu boşluğun aradan qaldırılmasında atılan növbəti addımlardan biridir. Buna qədər Süleyman xan Dərgahın və Cemelli Karerinin eyniadlı “Səfərnamə”, eləcə də, Rəhmətulla xan Mütəmadülvüzəranın “Urmu dünyanı yandıran müharibədə” əsərləri fars dilindən Azərbaycan dilinə tərcümə olunaraq çap etdirilmişdir. Avqust Benton milliyyətcə fransızdır. O, 1807-ci ildə Bosfor və Dardanel boğazlarından keçərək Türkiyə yolu ilə İrana hərbi ezamiyytə gəlmiş və yol boyu qeydiyyatlarını kiçik məktublar şəklində qələmə almışdır. Əsər mütəxəssislər, eləcə də, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.Item “Əyyəmu-l-arab” Cahiliyyə dövrü ərəb ədəbiyyatının abidəsi kimi(Elm, 2021) Bayramova Lalə Məzahir qızı“Əyyəmu-l-arab” – “العرب أيام”) “ Ərəblərin günləri”) toplusunun “Əyyəmu-l-arab fi-l-cahiliyyə –"الجاهلية في العرب أيام”) "Cahiliyyə dövründə “Ərəblərin günləri”) adlı birinci hissəsi Azərbaycan şərqşünaslığında ilk dəfədir ki, ilkin mənbə əsasında ərəb dilindən Azərbaycan dilinə bədii tərcümə edilmiş, elmi tədqiqata cəlb olunmuşdurItem Azərbaycanın mədəniyyət paytaxtı Şuşa(Elm, 2022) AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutuBukletdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixindən ətraflı bəhs edilir. Burada həmçinin Şuşa toponiminin etimologiyası, şəhərin təsərrüfat sahələri, tarixi abidələri haqqında məlumat verilir. Daha sonra Şuşanın mədəniyyət tarixinə, görkəmli mədəniyyət xadimlərinə aid məlumatlarla tanış olmaq olar. Bukletdə həmçinin Şuşanın işğal edilməsindən, işğal zamanı şəhərdə ermənilər tərəfindən dağıdılan binalardan, tarixi abidələrdən, talan edilən mədəniyyət nümunələrindən bəhs edilir. Oxucuların nəzərinə 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində erməni işğalı altında olan Azərbaycan torpaqlarının, o cümlədən müharibənin yekununda noyabrın 8-də Şuşanın azad edilməsi, bu zaman Azərbaycan hərbçilərinin göstərdiyi rəşadət haqqında məlumat da çatdırılır. Sonda Şuşa şəhərinin bərpası istiqamətində görülən işlər haqqında məlumat verilir və bukletin hazırlanmasında istifadə edilən ədəbiyyatın siyahısı diqqətə çatdırılır.Item Azerbaycan’ın kültür başkenti: Şuşa(Elm, 2022) ord. prof. Z.M.Bünyadov adına Şarkiyat EnstitüsüBukletdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixindən ətraflı bəhs edilir. Burada həmçinin Şuşa toponiminin etimologiyası, şəhərin təsərrüfat sahələri, tarixi abidələri haqqında məlumat verilir. Daha sonra Şuşanın mədəniyyət tarixinə, görkəmli mədəniyyət xadimlərinə aid məlumatlarla tanış olmaq olar. Bukletdə həmçinin Şuşanın işğal edilməsindən, işğal zamanı şəhərdə ermənilər tərəfindən dağıdılan binalardan, tarixi abidələrdən, talan edilən mədəniyyət nümunələrindən bəhs edilir. Oxucuların nəzərinə 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində erməni işğalı altında olan Azərbaycan torpaqlarının, o cümlədən müharibənin yekununda noyabrın 8-də Şuşanın azad edilməsi, bu zaman Azərbaycan hərbçilərinin göstərdiyi rəşadət haqqında məlumat da çatdırılır. Sonda Şuşa şəhərinin bərpası istiqamətində görülən işlər haqqında məlumat verilir və bukletin hazırlanmasında istifadə edilən ədəbiyyatın siyahısı diqqətə çatdırılır.Item Bir daha vahid bütöv Azərbaycan ərazisi haqqında (“Araz çayı Azərbaycanın ortasından axır!!!”)(Elm, 2023) Vidadi MustafayevKitabda İranda Cənubi azərbaycanlılara qarşı aparılan irqi ayrı-seçkilikdən, Cənubi azərbaycanlıların Şimali azərbaycanlılarla birlikdə türk xalqlarından biri olmasını, Azərbaycan toponiminin Şimali Azərbaycana şamil edilməsini inkar etmək siyasətindən bəhs edilir. Müəllif panfarsistlərin Azərbaycan xalqına qarşı mübarizənin tərkib hissəsi kimi “Azərbaycan” toponiminə qarşı 3 istiqamətdə mübarizə apardıqlarını qeyd edir: 1. Şimali Azərbaycanın Azərbaycan adlanmasına qarşı “elmi”- ideoloji mübarizə; 2. Azərbaycanın (Cənubi) vahid inzibati-ərazi vahidi kimi qalmasına qarşı hüquqi-inzibati mübarizə; 3. Azərbaycan sözünün (Cənubi Azərbaycan) bir toponim kimi işlənməsinə qarşı informativ mübarizə. Bütün bunlarla yanaşı, müəllif İranda Azərbaycan toponiminə az saylı müəlliflər tərəfindən olsa da, obyektiv elmi yanaşmanın olduğunu bildirir və bu mövqedən yazılmış bir neçə məqalə haqqında bəhs edir.Item Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917)(Elm, 2021) AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutuƏsər Cənubi Azərbaycanın XIX-XX əsrin əvvəllərindəki sosial-iqtisadi, siyasi tarixini və mədəni inkişafını göstərir. Kitabda həm Cənubi Azərbaycanın ümumi vəziyyəti, həm də onun İranın sosial-iqtisadi və siyasi, eləcə də mədəni inkişafında mövqeyi əks olunur. Tədqiqat göstərmişdir ki, İranın iqtisadi cəhətdən ən inkişaf etmiş əyalətlərindən biri olan Cənubi Azərbaycan 1828-1917-ci illəri əhatə edən həmin dövrdə ölkənin iqtisadi, siyasi və mədəni həyatında çox mühüm rol oynamışdır. Təxminən XIX əsrin ikinci rübündən etibarən Avropa ölkələri və qismən də Rusiya ilə ticarət əlaqələrinin inkişafı ilə bağlı olaraq Cənubi Azərbaycanın mərkəzi Təbriz şəhəri İranın ticarət mərkəzinə çevrilir. Kitabda bəhs olunan dövrdə Cənubi Azərbaycanın mədəni inkişafında Şimali Azərbaycanın oynadığı müstəsna rol qeyd edilir.