Azərbaycan Milli Elmlər Akademiyası
Permanent URI for this communityhttps://hdl.handle.net/20.500.14684/1
Browse
Browsing Azərbaycan Milli Elmlər Akademiyası by Issue Date
Now showing 1 - 20 of 83
- Results Per Page
- Sort Options
Item Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar(Nurlan, 2005-09-25) AMEA akad. Z.M.Bünyadov Adına Şərqşünaslıq İnstitutuOxucuların istifadəsinə təqdim olunan bu kitab orta əsr ərəb müəlliflərinin (Kufi, Təbəri, Bəlazuri, Yəqubi və Qəlqəşəndi) əsərlərindən Azərbaycanın orta əsrlər tarixinə aid seçilmiş material əsasında tərtib olunmuşdur. Əsər həm mütəxəssislər, həm də geniş oxucular üçün faydalı olan məlumatlarla zəngindir.Item Fars dili qrammatikası terminləri(Bakı Çap Evi, 2010-10-20) Vüqar İnqilab oğlu MəmmədovKitabda fars dilinə aid fars, Azərbaycan və rus dillərində yazılmış elmi ədəbiyyatdan, dərslik, dərs vəsaitləri və lüğətlərdən toplanmış morfologiya və sintaksisə aid terminoloji material leksik-semantik baxımdan ilk dəfə olaraq müqayisəli şəkildə ətraflı təhlil edilir. Əsərdə fars dili qrammatikası terminlərinin yaranma yolları və mövcud vəziyyəti, bu sahədə olan nöqsanların aradan qaldırılması, terminlərin dəqiqləşdirilməsi, birmənalılığının təmin edilməsi yolları göstərilir. Nəzəri və təcrübi əhəmiyyətini nəzərə alaraq, kitaba fars dilinə aid qrammatik terminlər, onların Azərbaycan və rus dillərində qarşılıqları, işlədilməsi qeyri-məqbul sayılan, eləcə də müəllifin təklif etdiyi terminlər haqqında kompleks məlumat verən terminlər sözlüyü əlavə edilib. Monoqrafiyanın fars dilçiliyində anlayışların düzgün və dəqiq terminoloji ifadəsinin və yeni terminlərin yaradılmasının elmi əsaslarının işlənib hazırlanmasında nəzəri əhəmiyyətə malik bir elmi-tədqiqat işi, fars dilinin tədris edildiyi müəssisələrdə praktik əhəmiyyəti olan vəsait kimi xüsusi rolu ola bilər.Item İran İslam Respublikası (məlumat kitabı)(Bakı Çap Evi, 2010-12-01) Tərtib edəni: Saleh Dostəliyevİran İslam Respublikası məlumat kitabı bu ölkənin ictimai-iqtisadi, siyasi və mədəni həyatı haqqında olan məlumatların yığcam şəkildə toplandığı kitabdır. Kitabda həmçinin ölkənin tarixi və coğrafiyası haqqında qısa oçerklər, İranın dövlət quruluşu, konstitusiyası, inzibati-ərazi bölgüsü haqqında məlumatlar verilmişdir. Kitab bu sahədə və bu formatda yazılmış ilk kitablardandır.Item Məqalələr, məruzələr, müsahibələr(Bakı Çap Evi, 2011-06-02) Gövhər BaxşəliyevaKitaba millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevanın 2003-cü ildə nəşr etdirdiyi “Hamıdan ucadır alimin yeri” kitabına daxil edilməyən və bu günəcən pərakəndə halda müxtəlif mətbu nəşrlərdə işıq üzü görmüş məqalə, məruzə, müsahibə və çıxışları, müxtəlif əsərlərə yazdığı ön söz və resenziyaları daxil edilmişdir. Eyni zamanda kitaba müəllifin bügünəcən çap olunmamış bir sıra məqalə və çıxışları da salınıb. Kitab elmi işçilər, tələbələr, eləcə də elmi və ictimai həyatın ümumi məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.Item Məqalələr, məruzələr, müsahibələr...(Bakı Çap Evi, 2011-06-02) Gövhər BaxşəliyevaKitaba millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevanın 2003-cü ildə nəşr etdirdiyi “Hamıdan ucadır alimin yeri” kitabına daxil edilməyən və bu günəcən pərakəndə halda müxtəlif mətbu nəşrlərdə işıq üzü görmüş məqalə, məruzə, müsahibə və çıxışları, müxtəlif əsərlərə yazdığı ön söz və resenziyaları daxil edilmişdir. Eyni zamanda kitaba müəllifin bügünəcən çap olunmamış bir sıra məqalə və çıxışları da salınıb. Kitab elmi işçilər, tələbələr, eləcə də elmi və ictimai həyatın ümumi məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.Item Истоки и основные мировоззренческие аспекты бахаизма(Bakı Çap Evi, 2011-06-16) Лейла МеликоваМонография посвящена исследованию основных религиозно-философских аспектов бахаитского вероучения. В работе анализируются идейная сущность и характер, социальные аспекты бахаитской доктрины, также, освещаются предпосылки истории зарождения и развития бахаизма в Азербайджане, включая современный этап. Ориентируясь на определение, частично принятое в научном мире в отношении подобных бахаизму религиозных движений универсалистского характера, автор обозначает его термином «новая религия». Издание может представлять интерес для востоковедов, историков, теологов, философов, политологов, а так же, может быть полезно для изучения и ознакомления с ним, в свете решения проблемы отношений государства и религий в Азербайджане и в целях просвещения подрастающего поколения и молодёжи в вопросах подхода к общественно-религиозным явлениям современности.Item ЛИТЕРАТУРНЫЕ ВЗГЛЯДЫ ТАУФИКА АЛ-ХАКИМА(Национальная Академия Наук Азербайджана Институт Востоковедения имени ак. З.М.Буниятова, 2012) Гёвхар БахшалиеваКнига посвящена исследованию литературных взглядов выдающегося египетского писателя, драматурга, публициста и мыслителя ХХ века Тауфика ал-Хакима, внесшего неоценимый вклад в развитие современной арабской литературы. В приложении к книге напечатаны переводы некоторых образцов творчества Тауфика ал-Хакима. Книга может представлять интерес для востоковедов, филологов и всех, кто интересуется теоретическими вопросами развития восточных литератур, а также художественной литературой в широком смысле слова.Item Mehmed Akif Ərsoy yaradıcılığında ictimai problemlərin bədii təcəssümü(Azərbaycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunur., 2012) Səriyyə Gülağa qızı GündoğduMehmed Akif türk xalqının adət-ənənəsinə, dininə, psixologiyasına və yaşadığı sosial problemlərə yaxından bələd olduğu üçün əsərləri da böyük təsir gücünə malik olmuşdur. O bütün Türkiyə gəncliyini, vətənpərvər və ziyalı kütləsini öz yaradıcılığı ilə ciddi şəkildə təsir göstərmişdir. Bununla yanaşı, şairin şöhrəti Türkiyə sərhədlərini aşmış və digər türk xalqları arasında da böyük nüfuz qazanmışdır. Monoqrafiyada Azərbaycanda Mehmed Akif Ərsoyun sosial mövzulu şeirlərinin təqdimi məsələsinə həsr olunmuş ilk tədqiqat əsəridir.Item Литературные взгляды Тауфика ал-Хакима(Elm, 2012-11-26) Гёвхар БахшалиеваКнига посвящена исследованию литературных взглядов выдающегося египетского писателя, драматурга, публициста и мыслителя ХХ века Тауфика ал-Хакима, внесшего неоценимый вклад в развитие современной арабской литературы. В приложении к книге напечатаны переводы некоторых образцов творчества Тауфика ал-Хакима. Книга может представлять интерес для востоковедов, филологов и всех, кто интересуется теоретическими вопросами развития восточных литератур, а также художественной литературой в широком смысле слова.Item ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA FARS DİLÇİLİYİ(AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, 2013) VÜQAR MƏMMƏDOV1958-ci ildə yaradılmış Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun fəaliyyəti respublikamızda bütövlükdə şərqşünaslıq elminin, o cümlədən iranşünaslığın inkişafında böyük rol oynayıb. İnstitut yaranan vaxtdan digər elm sahələri ilə yanaşı, fars dilçiliyinin tədqiqi sahəsinə də diqqət yetirilib. Fəaliyyətinin 55 illik dövründə institutun əməkdaşları tərəfindən fars dilinin qrammatikası, sintaksisi, leksikologiyası, leksikoqrafiyası və tarixinə dair dəyərli əsərlər yaradılıb. İnstitutun elmi işçiləri sırasında bu müəssisədə çalışdığı dövrdə Təyyibə Ələsgərova, Cəmilə Sadıqova, Elmira Əlibəyli, Şəfəq Əlibəyli, Vüqar Məmmədov və Günay Verdiyeva (Cəfərova) fars dilçiliyi sahəsində namizədlik dissertasiyası müdafiə ediblər. Bu alimlərdən Şəfəq Əlibəyli doktorluq dissertasiyasını da müdafiə edib. Həzən Zərinəzadə, Cəmilə Sadıqova, Təyyibə Ələsgərova, Şəfəq Əlibəyli və Vüqar Məmmədovun fars dilçiliyinə aid kitabları işıq üzü görüb. Təqdim edilən kitabda AMEA Şərqşünaslıq İnstitutunda fars dilçiliyi sahəsində müdafiə edilən dissertasiyalar, nəşr olunan monoqrafiya və lüğətlər haqqında ətraflı məlumat verilir.Item İSLAM ensiklopedik lüğət(© AMEA Şərqşünaslıq İnstitutu, 2013, 2013) G.B.Baxşəliyeva; Ə.S.AbbasovKitab AMEA ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və ictimai fikir tarixi” şöbəsinin müdiri, fəl. üzrə fəl. doktoru E.Y.Həsənovanın və şöbə əməkdaşlarının köməyi ilə hazırlanmışdır. Respublikamızda müstəqillik dönəmində dini maarifçiliyin genişləndiyi, plüralizm və söz azadlığının bərqərar olduğu, İslama marağın artdığı hazırkı vaxtda İslam haqqında doğru və düzgün məlumatı geniş kütlələrə çatdırmaq üçün İslam ensiklopedik lüğətinin nəşr olunması zərurəti yaranmışdır. Lüğət «Ислам. Энциклопедический словарь» Москва, «Наука», ГРВЛ, 1991 kitabının tərcüməsi əsasında bir sıra yerli mənbə və ədəbiyyat, Azərbaycanın şeyxülislamları, müftiləri, axundları və s. din xadimləri haqqında məlumatlar, habelə, bəzi istilahlar haqqında əlavələrlə hazırlanmışdır. Kitab dinşünaslar, filosoflar, şərqşünaslar və ümumiyyətlə, islamla maraqlananlar üçün nəzərdə tutulmuşdur.Item “MAARİF VƏ MƏDƏNİYYƏT” JURNALINDA ELMİ ARAŞDIRMALAR(AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI akad. Z.M.BÜNYADOV adına ŞƏRQŞÜNASLIQ İNSTİTUTU, 2013)Kitabda 1923-cü ildə Bakıda nəşr olunan “Maarif və Mədəniyyət” jurnalında türk və Azərbaycan alimlərinin çox dəyərli və indi də aktuallığını qoruyan problemləri əhatə edən elmi məqalələri toplanmışdır.Item TÜRK MƏTBUATINDA «ERMƏNİ MƏSƏLƏSİ»(Kitab AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunur., 2014)Bu kitabda ayrı-ayrı müəlliflərin türk mətbuatında çıxan məqalələri və çap olunmuş kitablardan «erməni məsələsinə» dair məlumatlar toplanmışdır. Bu məlumatlar ölkədəki ictimai-siyasi vəziyyət, Türkiyəni parçalamaq məqsədi ilə ölkənin şərqində ermənilərə muxtariyyət verilməsini vəd edən xarici dövlətlərin təhriki ilə ermənilərin üsyana qalxmaları və asayişi pozmaları, türklərə qarşı qanlı cinayətlər və qırğınlar törətmələri, verdikləri işgəncə və zülmlər, tarixi həqiqətlər və sübut olunmuş faktlar əsasında yazılmışdır.Item Süleyman xan Dərgah. “Səfərnamə”. Fars dilindən tərcümə.(Zərdabi, 2014-07-04) Şəmsi PənahoğluTarixi Azərbaycanla bağlı 500-dən artıq səfərnamənin olduğu təxmin edilir. Onlardan çox az qismi (barmaqla sayıla biləcək qədər) Azərbaycan dilinə tərcümə edilmişdir. Halbuki səfərnamə ədəbiyyatı tarixə işıq tutması baxımından çox böyük maraq doğurur və ən etibarlı mənbələrdən biri hesab olunur. Çünki o, hal, hadisə və prosesləri özündən sonrakı nəsillərə daha dolğun şəkildə çatdırır. Düzdür, səfərnamədə müəllifin subyektiv fikir və münasibətləri də ifadə edilə bilər. Lakin, bununla belə, səfərnaməni yazan şəxs özü o hadisələri görmüş, eşitmiş, bir çox hallarda isə şəxsən yaşamışdır. Ona görə də tarixi, o tarixdə baş verən hadisələri, xalqın həyat tərzi, məişəti, inancını, bütövlükdə mədəniyyəti və ədəbiyyatını, dövrün idarəçilik sistemini, fərdi və ictimai münasibətləri, müəyyən elmləri və s.-nin öyrənilməsində səfərnamələrin əhəmiyyəti və rolunun sübuta ehtiyacı yoxdur. Bu baxımdan Süleyman xan Dərgahın “Səfərnamə” əsəri də istisna deyildir. Əsərin yazılma tarixi çox da uzaq olmayan bir keçmişə -1881-ci ilə təsadüf etsə də o, öz dövrünün idarəçilik, maarif və təhsil, pul-maliyyə və mühasibat sistemi, mürəkkəb şəxsi və ictimai münasibətlər, əsərdə adıçəkilmiş şəhər və kəndlərin o vaxtkı vəziyyəti, yollar, aşırımlar, dağlar, çaylar, bağlar, tarixi abidələr, kommunikasiya və rabitə vasitələri, xalqın məişəti, əxlaqı, inancı, adət və ənənələri və bir çox digər məsələlər barəsində ilkin mənbə kimi maraqlı məlumatlar verir. Mövcud tərcümənin Süleyman xan Dərgahın İran Milli Şura Məclisinin Kitabxanasında 2311 saylı şifrə ilə qorunub saxlanan “Səfərnamə” əlyazmasının orijinalından (8) tərcümə edilməsi onun dəyərini daha da artırır. Əsər mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.Item Fəridəddin Əttarın “Təzkirətül-övliya” əsəri farsdilli sufi ədəbiyyatının mənbəyi kimi(Zərdabi, 2014-07-05) Aygün ƏlizadəKitab dörd fəsildən ibarətdir. Birinci fəsildə erkən farsdilli sufi nəsrinin formalaşması haqqında məlumat verilmişdir. Burada sufi nəsrinin yaranması, "Təzkirətül-övliya"nın mənbələri və Əttar yaradıcılığında "Təzkirətül-övliya"nın yeri müəyyənləşdirilmişdir. İkinci fəsildə "Təzkirətül-övliya" sufi ədəbiyyatı kontekstində araşdırılır. Bu fəsildə agioqrafik əsərlərin janr xüsusiyyətləri, "Təzkirətül-övliya"nın bəzi konseptual məqamları, əsərin personajlar sistemi və janr xüsusiyyətləri tədqiq edilmişdir. Əsərin bədii xüsusiyyətləri adlanan üçüncü fəsildə bədii ifadə vasitələrinin işlədilməsi, bədii zaman və məkan məsələləri araşdırılmışdır. Dördüncü fəsildə isə "Təzkirətül-övliya"nın sonrakı sufi nəsrinin inkişafına təsiri araşdırılmışdır.Item Əmin Ər-Reyhani yaradıcılığında Ərəb Şərqi(Zərdabi, 2014-09-19) Fatma MəcidovaMonoqrafiya ərəb məhcər ədəbiyyatının korifeylərindən biri olan, Livanda ana¬dan olmuş, Amerikada böyüyüb təhsil almış, lakin Şərq ruhuna daim sadiq qala¬raq bütün yaradıcılığı boyu Şərq dəyərlərini tərənnüm etmiş Əmin ibn Faris ər-Rey¬haninin (1876-1940) Ərəb Şərqi ilə bağlı ədəbi düşüncələrinin tədqiqinə həsr olunmuşdur. Əsərdə ədibin ərəb ölkələrinə səyahəti zamanı qələmə aldığı poeziya nümunələri, esse, hekayə və oçerkləri, habelə publisist məqalələri şərqşünaslıq baxımından araşdırılıb tədqiq olunmuşdur. Əsər “Qərb-Şərq ədəbi əlaqələrinin öyrənilməsi” kontekstində mühüm əhə¬miyyət daşıyır. Əmin ər-Reyhaninin ədəbi irsinin Azərbaycanda ilkin tədqiqatçısı olmuş görkəmli şərqşünas alim prof. Aida İmanquliyeva əsasən ədibin yaradıcılığında ərəb romantizminin təşəkkülünü ətraflı və dərindən araşdırmışdır. Ərəb mütəfəkkirinin bədii irsinin bilavasitə Ərəb Şərqi ilə bağlı realist motivləri isə məhz bu monoqrafiyada yetərincə araşdırılıb tədqiq olunmuşdur.Item Türk dünyası qlobal iqtisadi inkişaf yollarında” (Məqalələr toplusu)(Zərdabi, 2014-12-16) Dünyamalı VəliyevKitabda müəllifin uzun illər Türk Dünyasının iqtisadi inkişaf problemləri haqqında yazmış oldugu məqalələr oxuculara təqdim olunur. Azərbaycan və Türkiyənin iqtisadi inkişaf problemlərinə həsr edilmiş yazılar iki ayrı bölmədə verilir. Türk Dünyasının ortaq problemləri “Türk dünyası qlobal iqtisadi inkişaf yollarında” adlı bölmədə oxucuların nəzərinə çatdırılır. Son fəsil müəllifin dünya iqtisadiyyatı və qloballaşma haqqında mülahizələrinə həsr edilmişdir. Kitab Türk Dünyasının iqtisadi inkişaf problemləri ilə maraqlanan siyasi, elmi və praktik işçilər, doktorant, magistrant və tələbə gənclər üçün nəzərdə tutulmuşdur.Item “Ədəb” janrı və ət-Tənuxinin “Nişvar əl-muhadara va əxbər əl-muzəkəra” əsəri(Adiloğlu, 2015-06-17) Kərimova Xanımzər Əli qızıMonoqrafiyada ilk dəfə olaraq ərəb nəsrinin görkəmli nümayəndələrindən olan Əbu Əli əl-Muhassin ət-Tənuxinin “Nişvar əl-muhadara va əxbər əl-muzəkəra” əsəri əsasında “ədəb” janrı tədqiq olunur. Ət-Tənuxinin “Nişvar əl-muhadara va əxbər əl-muzəkəra”əsəri tədqiqata cəlb edilməklə yanaşı, ədibin həyat və yaradıcılığı ilk dəfə olaraq, geniş şəkildə araşdırılır. Xüsusilə, əsərin Azərbaycan tarixi ilə bağlılığı, həmçinin xürrəmilər hərəkatının başçısı, torpaqlarımızın qəsbkarlardan xilası uğrunda həyatını qurban vermiş xalqımızın mərd oğlu Babək obrazı işıqlandırılır.Item 21 Azərə gedən yol Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər)(Araz, 2015-11-17) Əkrəm Rəhimli (Bije)Oxuculara təqdim olunan kitabda 1941-1946-cı illərdə Güney Azərbaycandakı milli-demokratik hərəkatdan bəhs olunur. Bakı, Tehran, Vankuver (Kanada) şəhərlərindəki çapından sonra oxuculara təqdim olunan hazırkı kitab həmin kitabın IV, yenidən işlənmiş nəşridir. Kitabda 21 Azərə gedən mübarizə yolu tədqiq və təhlil edilir. Oxucu kitabda keçən yüzilliyin 40-cı illərində Güney Azərbaycandakı sosial, siyasi, iqtisadi və mədəni durum və olayların məzmun və mahiyyəti, 21 Azərin qələbəsi nəticəsində yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyəti ilə tanış olacaqdır. Kitabda Azərbaycan Milli Hökumətinin süqutunun səbəbləri, irticanın yenidən baş qaldırması və şah rejiminin qanlı olayları ilkin mənbələrdəki faktlar və sənədlər əsasında təqdim edilir.Item Ərəb bədii nəsrində ilkin Abbasilər dövrünün təsviri(Adiloğlu, 2015-11-18) Səbinə Arif qızı SəlimovaMonoqrafiyada ilk dəfə olaraq ədəbi, elmi-mədəni, eləcə də xarici sahələrdə Azərbaycanla yaxından bağlı olan Abbasilər dövrünün ilk yüzilliyində mühüm qlobal məsələlərin ərəb folkloru və bədii nəsrində inikası əhatəli şəkildə araşdırılır. Abbasi xəlifələrinin dövlətin idarəçilik və mədəni sahələrdəki mühüm tədbirlərinin ölkənin çiçəklənməsindəki müsbət rolu real faktlar fonunda şərh edilərək təsbit edilir.