Browsing by Issue Date, starting with "2026"
Now showing 1 - 20 of 22
- Results Per Page
- Sort Options
Item type:Item, Məhv olan millət kütləsinin naləsi: İrəvan müsəlmanlarının faciəsi “Azərbaycan” qəzetinin səhifələrində(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Muxtarova, Sevinc“Azərbaycan” ictimai-siyasi, ədəbi-bədii qəzet olduğu üçün onun mövzu dairəsi çox geniş ol-muşdur. Qəzetdə günümüzdə xüsusi əhəmiyyət kəsb edən Qarabağ, Zəngəzur bölgələrinə, əsasəndə İrəvan quberniyasına dair materiallar böyük maraq doğurur. 1918-1920-ci illər Cənubi Qafqazın siyasi xəritəsinin yenidən formalaşdığı dövr olmaqla yanaşı, İrəvan quberniyasında yaşayan azərbaycanlı müsəlman əhalisi üçün kütləvi qırğınlar, zorla köçürülmə və etnik təmizləmə siyasəti ilə yadda qalmışdır. Ermənistan Respublikasının yaradılması və daşnak silahlı dəstələrinin fəaliyyəti bölgədəki azərbaycanlı əhalinin demoqrafik strukturunu tamamilə dəyişdirmişdir. 1918-1920-ci illərdə Zaqafqaziya respublikaları arasında mövcud olmuş ərazi mübahisələri ol-duqca mürəkkəb xarakter almışdı. Bu münaqişələrin səciyyəvi cəhəti ondan ibarət olmuşdur ki, mübahisəli ərazilərin etnik müsəlman əhalisi bir qayda olaraq, zərər çəkən tərəf olmuş, qonşu respublikalar, xüsusən də erməni silahlı qüvvələri tərəfindən təcavüzə məruz qalmışdır. Nəticədə, 1918-1920-ci illərdə Ermənistanda soyqırıma məruz qoyulan yarım milyondan artıq azərbaycanlı əhalidən öz canlarını xilas edə bilən əhalinin əsas hissəsi qaçqın kimi Azərbaycanda sığınacaq tapmışdı. Bu dövr yalnız kütləvi insan tələfatı ilə deyil, həm də minillik mədəni irsin dağıdılması, böl-gənin demoqrafik xəritəsinin dəyişdirilməsi və yüz minlərlə insanın öz yurd-yuvasından məhrum edilməsi ilə nəticələnmişdir.Item type:Item, Şifahi xalq ədəbiyyatı: Kitabi-Dədə Qorqud(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Rzayeva, GülşənMəqalədə Azərbaycan şifahi xalq ədəbiyyatının mühüm qolu olan “Kitabi-Dədə Qorqud” dastanı folklor irsinin fundamental nümunəsi kimi tədqiq olunur. Şifahi xalq ədəbiyyatının əsas xüsusiyyətləri – kollektivlik, anonimlik və variantlılıq kontekstində dastanın formalaşma prosesi, janr xüsusiyyətləri və milli-mənəvi dəyərlərin qorunmasındakı rolu elmi baxımdan təhlil edilir. Araşdırmada “Kitabi-Dədə Qorqud”un oğuz türklərinin ictimai-siyasi həyatı, adət-ənənələri, qəhrəmanlıq idealları, ailə münasibətləri və əxlaqi dəyərləri əks etdirən epik-didaktik mənbə olduğu göstərilir. Dastanın ayrı-ayrı boyları – “Basatın Təpəgözü öldürdüyü boy”, “Dirsə xan oğlu Buğac boyu”, “Dəli Domrul boyu”, “Bamsı Beyrək boyu” və “Salur Qazanın evinin yağmalandığı boy” əsasında qəhrəmanlıq, ağıl və gücün vəhdəti, sədaqət, valideyn–övlad münasibətləri, qadın obrazlarının ictimai rolu kimi mövzular sistemli şəkildə şərh olunur. Eyni zamanda “Kitabi-Dədə Qorqud”un yalnız ədəbi abidə deyil, həm də tarixi, etnoqrafik və mədəni mənbə kimi əhəmiyyəti vurğulanır. Məqalədə dastanın müasir dövrdə milli kimliyin formalaşmasında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və ümumbəşəri dəyərlərin təbliğində aktuallığını qoruduğu nəticəsinə gəlinir.Item type:Item, Səməd Vurğunun şəxsi arxivi (120 illik yubileyinə)(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Səmədova, NailəXIX-XX əsrlərdə yaşayıb-yaratmış ədəbiyyat və mədəniyyət xadimlərinin şəxsi arxivləri dövrün ədəbi-mədəni, ictimai-siyasi mənzərəsinin, tanınmış şəxsiyyətlərin yaradıcılığının araşdırılmasında dəyərli qaynaqlardır. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XX yüzil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun zəngin şəxsi arxivi qorunur. Arxivə Səməd Vurğunun əsərlərinin əlyazma nüsxələri, tərcümeyi-hal sənədləri, ailəvi sənədlər, məktublar, fotolar, çap kitabları və s. daxildir. Sənədlər əsasən, Azərbaycan və rus dillərindədir. Dörd material fars dilindədir. Səməd Vurğunun arxivi təsvir edilərək 2010-cu ildə nəşr olunmuşdur. Lakin arxivdə saxlanılan bəzi nümunələr təsvirdən kənarda qalmışdır. Məqalədə təsvir edilməyən arxiv sənədləri və kitabda olan bir çox çatışmazlıqlar qeyd edilmişdir. Həmçinin arxivdə saxlanılan sənədlər haqqında məlumat verilmişdir, şairin həyat və fəaliyyətinin hərtərəfli öyrənilməsində əhəmiyyəti nəzərə çatdırılmışdır.Item type:Item, Nizami Gəncəvi yaradıcılığında bəşəri mənəvi irsin poetik təcəssümü(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Zamanzadə, DilbərMəqalədə Nizami Gəncəvinin yaradıcılığı əxlaqi və sosial məzmun daşıyan bədii-fəlsəfi sistem kimi təhlil olunur. Şairin “Xəmsə”si ideya baxımından insanın mənəvi kamilliyini, ədalət və mərhəmətə əsaslanan cəmiyyət modelini, eləcə də əxlaqi dəyərlərin vacibliyini ön plana çıxarır. Nizami insanı kainatın mənəvi mərkəzi kimi təqdim edir və əsərlərində universal idealları – dürüstlük, əməksevərlik, qarşılıqlı anlayış və humanizm prinsiplərini poetik və fəlsəfi dildə ifadə edir. Onun yaradıcılığı yalnız estetik zövqün təmin edilməsi ilə məhdudlaşmır, həm də oxucunu mənəvi və etik düşüncəyə sövq edən dərin mənəvi təlimləri özündə birləşdirir. Ədalət ideyası Nizaminin poetik irsində mərkəzi yer tutur. Hökmdarlar ədalətli və vicdanlı davranmağa çağırılır, cəmiyyətin əxlaqi bütövlüyünün qorunması üçün onların dürüst və məsuliyyətli olması vacib hesab olunur. Sadə əmək adamları isə yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı kimi nümunə göstərilir, onların həyat tərzi və davranışı ictimai və siyasi münasibətlər üçün model rolunu oynayır. “Leyli və Məcnun” əsərində isə insanın daxili aləmi, mənəvi bütövlüyü və cəmiyyətlə qarşıdurması fonunda ali eşq və mənəviyyat mövzusu poetik-fəlsəfi müstəvidə işlənmişdir. Bu əsər vasitəsilə Nizami insanın mənəvi dünyasının mürəkkəbliyini və əxlaqi seçimlərinin həyat və cəmiyyət üçün əhəmiyyətini vurğulayır. Nizaminin poetik irsi bəşəri dəyərlərin, tolerantlığın və ədalətin təbliği baxımından müasir dövr üçün də aktualdır. Məqalədə onun ədalət və əxlaq ideyaları əsas diqqət mərkəzində saxlanılmışdır. Ədalət anlayışı onun yaradıcılığında yalnız fərdi davranış prinsipi kimi deyil, həm də ictimai və siyasi münasibətlərin əsas meyarı kimi təqdim edilir. Hökmdar və rəhbərlərin ədalətli və vicdanlı olması cəmiyyətin əxlaqi bütövlüyü üçün vacibdir. Bu fikir “Sirlər xəzinəsi” və “İskəndərnamə” kimi əsərlərdə xüsusi vurğu ilə ifadə edilmişdir. Şair sadə, zəhmətkeş insanları yüksək mənəvi dəyərlərin daşıyıcısı kimi təqdim edərək, hökmdarlara onların əxlaqi keyfiyyətlərini nümunə göstərir.Item type:Item, Kitabın tarixi: keçmişdən bu günə(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Qəhrəmanova, FatiməBəşəriyyət tarix boyu biliklərin qorunması və ötürülməsi üçün münasib yazı materialı axtarışında olmuşdur. Müxtəlif dövrlərdə istifadə edilən yazı materialları həm istehsal imkanları, həm də iqtisadi və texnoloji şərtlər baxımından daim təkmilləşdirilmiş, çətin əldə olunan və baha başa gələn materiallar tədricən daha əlçatan və praktik vasitələrlə əvəz edilmişdir. Məqalədə kitabın ilkin formalarından başlayaraq müasir formasına qədər keçdiyi inkişaf yoluna nəzər salınır. Eyni zamanda, ümumi kitab tarixi fonunda Azərbaycan kitabının formalaşma xüsusiyyətlərinə də toxunulur.Item type:Item, Füzuli yaradıcılığında “Vəhdəti-vücud” fəlsəfəsi(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Əhmədova, SəbinəTəqdim edilən materialda Məhəmməd Füzuli yaradıcılığında təsəvvüf fəlsəfəsinin əsas istiqamətlərindən biri olan Vəhdəti-vücud ideyasının bədii-fəlsəfi təhlilinə həsr olunmuşdur. Tədqiqatın məqsədi Füzuli poeziyasında ilahi eşq konsepsiyasının mahiyyətini və onun insanın mənəvi kamilləşmə prosesində rolunu müəyyənləşdirməkdir. Məqalədə şairin qəzəl və qəsidələri əsasında eşq və elm münasibəti, “can və canan” anlayışları, eləcə də aşiqin mənəvi təkamül yolu – fəna və vüslət mərhələləri təhlil edilir. Araşdırma göstərir ki, Füzuli yaradıcılığında eşq yalnız poetik motiv deyil, kainatın ontoloji əsası və insanı Mütləq Həqiqətə aparan əsas idrak vasitəsi kimi təqdim olunur. Şairin poetik dünyagörüşündə kainatın hər bir zərrəsi ilahi varlığın təcəllisi kimi dərk edilir ki, bu da vəhdəti-vücud ideyasının bədii ifadəsini təşkil edir. Nəticə etibarilə müəyyən edilir ki, Füzuli poeziyası bəşəri sevgidən ilahi eşqə doğru yüksələn mənəvi təkamül yolunu əks etdirir və Şərq fəlsəfi-estetik düşüncəsində mühüm yer tutur. Bu baxımdan Füzulinin irfani irsi insanın mənəvi kamilləşməsi və ilahi həqiqətin dərk olunması baxımından əhəmiyyətli elmi-fəlsəfi mənbədir.Item type:Item, Məhəmməd bin Pir Əli Məhiyəddin əl-Birgəvi və onun “İzhar əl-əsrar fin-nəhv” əsərinin əlyazma nüsxələri(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Əkbər, ÇinarəBu məqalədə XVI əsr Osmanlı alimlərindən olan Birgəvi Məhəmməd Əfəndinin elmi şəxsiyyəti və onun ərəb dili qrammatikası sahəsində yazdığı ən mühüm əsərlərdən biri olan İzhar əl-Əsrar fin-Nəhv” əsərinin əlyazma nüsxələrinin araşdırılmasına həsr olunmuşdur. Tədqiqatda əsərin müxtəlif fondlarında qorunan əlyazma nüsxələri müqayisəli şəkildə təhlil edilmiş, onların paleoqrafik, kodikoloji və mətnoloji xüsusiyyətləri müəyyən edilmişdir. Məqalədə nüsxələrin köçürülmə tarixləri, xətt növləri, katiblər, haşiyə və şərhlər, həmçinin mətn fərqlilikləri araşdırılmış, əsərin yayılma coğrafiyası və mədrəsə mühitində istifadəsi barədə nəticələr əldə edilmişdir. Əlyazmalar arasında müşahidə edilən variant fərqləri əsərin tədris prosesi çərçivəsində aktiv şəkildə istifadə olunduğunu və zamanla şərh ənənəsinin formalaşdığını göstərir. Nəticə etibarilə müəyyən edilir ki, İzhar əl-Əsrar fin-Nəhv” əsərinin zəngin əlyazma irsi onun Osmanlı elmi mühitində geniş yayılmasını və klassik nəhv tədrisində mühüm yer tutmasını təsdiq edir. Araşdırma gələcək mətn-tənqidi nəşrlər üçün də elmi baza rolunu oynaya bilər.Item type:Item, Sahib ibn Əbbad “Əl-İqna fil-arud va təxricil-qavafi” əsərində Müştəbihə dairəsi haqqında(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Cəfərli, XatınBu məqalə Sahib ibn Əbbadın “əl-İqna fil-Ərud va Təxricil-Qavafi” adlı əsərində Müştəbihə dairəsinə daxil olan bəhrlərə - səri, münsərih, xəfif, müzare, müqtəzəb və müctəs - verdiyi izahların sistemli araşdırmasına həsr olunmuşdur. Tədqiqatda hər bir bəhrin əsas qəlibi, əruz və zərb növləri, müxtəlif zihaflar nəticəsində yaranan törəmə təfilələr və onların poetik nümunələrdə tətbiqi geniş şəkildə təsvir edilir. Məqalədə ilk olaraq səri bəhrinin quruluşu, dörd əsas əruz-zərb modeli, mətviyy, məkşuf və mövquf kimi dəyişikliklərin funksiyası şərh olunur. Ardınca münsərih bəhrinin sərbəst və axıcı quruluşu, salim və mətviyy formaları müqayisə edilir. Xəfif bəhrində isə aralı vətədin yüngüllüyü, üç səbəbin ardıcıl gəlməsinin fonetik nəticələri, beş müxtəlif növ və onların poetik nümunələri araşdırılır. Məqalənin növbəti hissəsində ərəblərdə az işlənmiş müzare bəhri, daha sonra quruluşu münsərihdən “kəsilmə” yolu ilə formalaşmış müqtəzəb bəhri təhlil edilir. Son olaraq müctəs bəhrinin xəfif bəhrinə yaxınlığı, lakin tərtib baxımından fərqlənməsi izah olunur. Hər bir bəhr üzrə müəllif həm Sahib ibn Əbbadın, həm də Xətib Təbrizinin fikirlərini müqayisəli şəkildə təqdim edir. Araşdırma göstərir ki, Sahib ibn Əbbad Müştəbihə dairəsinin bəhrlərini sistemləşdirərək onların struktur xüsusiyyətlərini, zihaflarını və poetik istifadə qaydalarını ətraflı şəkildə izah etmiş, ərəb əruzu elminin klassik ənənəsinə mühüm töhfə vermişdir.Item type:Item, Şərqin tarixi Şərq tarixçilərinin gözü ilə(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)İslamova, NicabətOrta əsrlərdə Şərqdə tarixşünaslıq yüksək inkişaf eləmişdir. Bu dövrdə yazılmış əsərlərə nəzər saldıqda burada Azərbaycanla bağlı maraqlı və qiymətli məlumatlara rast gəlmək mümkündür. Orta əsrlər dövründə əsərlər əsasən ərəb və fars dilində yazılmışdır. Türk dilində yazılmış əsərlərin əksəriyyəti Osmanlı hökmdarlarının dövründə tərcümə olunmuşdur.Item type:Item, İrəvanın ədəbi nəfəsi: “Lək-lək” jurnalında şeir və sənətkarlıq(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Abbasova, RamidəXIX əsrin sonu və XX əsrin əvvəlləri İrəvanın mədəni-ictimai həyatında Cabbar Əsgərzadə tərəfindən nəşr olunan “Lək-lək” jurnalı Azərbaycan satira tarixində maarifçilik hərəkatının ən parlaq səhifələrindən birini təşkil edir. 1914-cü ildə işıq üzü görən bu məcmuə, xalqın milli oyanışı, cəhalətdən qurtulması və qadın azadlığı ideyalarını özündə birləşdirən mənəvi bir manifestdir. “Molla Nəsrəddin” ədəbi məktəbinin ənənələrini İrəvan mühitinə daşıyan dərgidə, cəmiyyəti daxildən gəmirən sosial bəlalar, riyakarlıq və xurafat kəskin satira atəşinə tutulur. Cabbar Əsgərzadənin yaradıcılığında “Ləklək” obrazı sadəcə bir quş deyil, haqqı deyən, cəmiyyəti yuxudan oyadan bir ziyalı simvolu kimi çıxış edir. O, satiraya “acı dərman” kimi yanaşaraq, mənəvi xəstəlikləri sağaltmağın yeganə yolunun həqiqətləri açıq şəkildə söyləmək olduğunu vurğulayır. Jurnalın səhifələrində qadın təhsili və erkən nikah problemləri xüsusi yer tutur; Gülnaz obrazı vasitəsilə valideynlərin nadanlığı və gənclərin milli köklərdən uzaqlaşma təhlükəsi ifşa olunur. Məmməd Səid Ordubadinin “Hərdəmxəyal” imzası ilə yazdığı əsərlər feodal-patriarxal quruluşun süqutunu və elmi tərəqqinin qaçınılmazlığını müjdələyir. O, zahirən müasir görünən, lakin daxilən hələ də köhnə fikirli qalan “eynəkli-kraxmallı” tipləri tənqid edərək, əsl tərəqqinin mənəvi intibahda olduğunu göstərir. Eyni zamanda, Əliqulu Qəmküsarın “Naqqal” və Hacı Məhəmmədzadənin “Şeytan” imzaları ilə təqdim etdikləri nümunələr cəmiyyətdəki ailə dramlarını, övlad tərbiyəsindəki boşluqları və dini pərdə altındakı saxtakarlıqları ustadcasına canlandırır.Item type:Item, Moğol imperatoru Əkbər şah üçün hazırlanmış Nizami “Xəmsə”sinin əlyazmaları və onların tərtibat xüsusiyyətləri(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Hüseynova, VəsiləBu məqalə Nizami Gəncəvinin “Xəmsə” əsərinin Moğol imperiyası dövründə, xüsusilə saray mühitində hazırlanmış əlyazma nüsxələrinin siyasi, estetik və ideoloji kontekstini araşdırır. Tədqiqatın əsas məqsədi Nizami irsinin XIII-XIV əsrlərdə Moğol hakimiyyəti tərəfindən necə mənimsənildiyini və bu ədəbi irsin imperiya siyasətində hansı funksiyanı yerinə yetirdiyini müəyyənləşdirməkdir. Məqalədə göstərilir ki, Moğol imperatoru İran-İslam mühitinə inteqrasiya etdikcə klassik fars ədəbiyyatına xüsusi diqqət yetirmiş, o cümlədən saray kitabxanaları və rəssamlıq emalatxanaları vasitəsilə zəngin miniatürlü əlyazmalar sifariş etmişdir. Nizaminin “Xəmsə”si yalnız ədəbi abidə kimi deyil, həm də hökmdarlıq ideologiyasını simvolizə edən dəyərli bir nümunədir. Bu tədqiqat Moğol dövrü “Xəmsə” nüsxələrinin tərtibat xüsusiyyətlərini təhlil edir. Miniatürlərdə təsvir olunan saray səhnələri, döyüş kompozisiyaları və hökmdar fiqurlarının təqdimat forması Moğol siyasi estetikası ilə klassik İran təsvir ənənəsini əks etdirir. Burda həmçinin göstərilir ki, Nizaminin hökmdar obrazı, Moğol imperatoru Əkbər Şahın simasında islam dünyasının qanuni varisi kimi təqdim olunur. Araşdırma nəticəsində müəyyən edilir ki, Moğol imperatoru üçün hazırlanmış “Xəmsə” nüsxələri imperiyada mədəniyyət siyasətinin mühüm komponenti kimi çıxış etmiş, həmçinin İran-Türk-Monqol mədəni əlaqələrinin formalaşmasında böyük rol oynamışdır. Bu əlyazmalar sonrakı Teymuri və Səfəvi kitab sənətinə də güclü təsir göstərmişdir.Item type:Item, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasında multikultural dəyərlər və ümumbəşər humanizm(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Kərimova, RəxşəndəMəqalədə “Sirlər xəzinə”si poemasının yalnız iki başlığı tədqiqat mövzusu olmuşdur. Tədqiqat zamanı bu bölmələr quruluş, məna və ideya baxımından araşdırılıb, dini-etik məzmun isə izahlı yanaşma ilə açıqlanmışdır. Aparılan təhlil nəticəsində müəyyən edilmişdir ki, seçilmiş bölmələr poemanın ümumi məzmunu və ideya bütövlüyü üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, poemanın fəlsəfi dərinliyi və multikultural dəyəri elmi yanaşma əsasında ümumiləşdirilmiş və sistemli şəkildə təqdim olunmuşdur.Item type:Item, Azərbaycanın ilk Xalq rəssamı Əzim Əzimzadənin həyat və yaradıcılığı(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Salmanova, NuranəAzərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış Əzim Əzimzadə ölkənin ilk Xalq rəssamı, satirik qrafika və karikatura janrının banisi kimi tanınır. O, 1880-ci ildə Abşeronun Novxanı kəndində anadan olmuşdur. Əzimzadə yaradıcılığı boyu cəmiyyətin sosial problemlərini, savadsızlıq və ədalətsizlik kimi mənfi halları satirik prizmadan təqdim edərək, xalqın maariflənməsinə və ictimai düşüncənin formalaşmasına əhəmiyyətli töhfələr vermişdir. Onun sənət fəaliyyəti əsasən məşhur “Molla Nəsrəddin” jurnalı ilə bağlı olmuş, 1906–1931-ci illərdə jurnalın karikatura bölməsində çalışmış, 1922-ci ildən isə baş rəssam vəzifəsini icra etmişdir. Rəssamın əsərlərində milli mentalitet, sosial tənqid, modern düşüncə və maarifçilik ideyaları ustalıqla birləşmişdir. Əzimzadənin zəngin yaradıcılıq irsi, şəxsi məktubları, sənədləri və fotoşəkilləri 1951-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fonduna təhvil verilmişdir. Bu arxiv materialları tədqiqatçılar üçün həm rəssamın yaradıcılığını, həm də XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi mühitin və mədəni proseslərin öyrənilməsi baxımından dəyərli mənbə rolunu oynayır. Əzim Əzimzadənin sənət mirası bu gün də Azərbaycan təsviri sənətində satira və qrafika ənənələrinin inkişafında ilham mənbəyi olaraq qalmaqdadır.Item type:Item, Klassik Azərbaycan şairlərinin yaradıcılığında rəmzlərin mənası və təsəvvüf anlayışı(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Əhməd, VüqarAzərbaycan ədəbiyyatı zəngin irfan və fəlsəfi düşüncə ənənəsinə malikdir. Bu ənənə İmadəddin Nəsimidən Əliağa Vahidə qədər uzanan poetik xətt boyunca “vəhdəti-vücud” fəlsəfəsinin bədii ifadəsi kimi formalaşmışdır. Bu xəttin əsas xüsusiyyəti insanı ilahi həqiqətin daşıyıcısı kimi dərk etmək və dünyanı rəmzlər vasitəsilə mənəvi güzgü kimi təqdim etməkdir. İmadəddin Nəsimi yaradıcılığı bu irfani ənənənin əsas təməlini təşkil edir. Onun poeziyasında insan ilahi varlığın yer üzündəki təzahürü kimi təqdim olunur. Şairin poetik sistemində “üz”, “nöqtə” və “sirr” kimi rəmzlər hürufilik və təsəvvüf ideyalarının ifadəsinə xidmət edir və insanın ilahi mahiyyətini ön plana çıxarır. Bu irfani xətti Məhəmməd Füzuli eşq fəlsəfəsi ilə daha da dərinləşdirmişdir. Onun əsərlərində “gül”, “bülbül”, “Məcnun” kimi rəmzlər ilahi gözəllik, aşiq ruh və kamil insan ideyasını ifadə edir. Füzulidə eşq insanın mənəvi kamilləşmə yolunun əsas vasitəsi kimi təqdim olunur. XIX əsrdə Seyid Əzim Şirvani klassik təsəvvüf rəmzlərini qoruyaraq onları daha realist və ictimai müstəviyə gətirmişdir. Onun yaradıcılığında “mey” və “meyxanə” rəmzləri ilahi eşqin və mənəvi paklığın simvolu kimi işlədilir. XX əsrin əvvəllərində Mirzə Ələkbər Sabir klassik rəmzləri satirik məzmunla yenidən şərh edərək cəmiyyətin mənəvi problemlərini ifşa etmişdir. O, insanın oyanışını sosial və intellektual inkişafla əlaqələndirmişdir. Bu ənənə Hüseyn Cavid yaradıcılığında romantik-fəlsəfi dramaturgiya ilə davam etmiş, nəhayət Əliağa Vahid klassik qəzəl poetikasını xalq dilinə yaxınlaşdıraraq onu yaşatmışdır. Beləliklə, bu şairləri birləşdirən əsas xətt insanın mənəvi ucalığını və ilahi eşq ideyasını tərənnüm edən ortaq irfani dünyagörüşüdür.Item type:Item, Orta əsr əlyazmalarında musiqi alətlərinin miniatür təsvirləri: sənət və musiqi tarixi kəsişməsində(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Rəhnulla, YeganəMəqalədə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan Orta əsr miniatürlü əlyazmalarda musiqi alətlərinin təsviri tədqiq edilmişdir. XV–XIX əsrləri əhatə edən müxtəlif ədəbi və tarixi mətnlər əsasında musiqi alətlərinin saray məclislərində, döyüş səhnələrində və mərasim kontekstində paleoqrafik xüsusiyyətləri araşdırılmışdır. Nizami Gəncəvi, Hafiz Şirazi, Əlişir Nəvai, Əbdürrəhman Cami kimi dahilərə məxsus klassik ədəbi nümunələrdə, həmçinin, Mir Möhsün Nəvvab Qarabağı, Mirzə Mehdi xan Astrabadi kimi alimlərin tarixə aid qələmə aldıqları əsərlərdə rast gəlinən miniatürlərdə musiqi alətlərinin rəsmi verilmişdir. Miniatürlərdə qopuz, arfa, surna və digər simli və nəfəsli alətlərin təsviri onların tipologiyasını müəyyən etməyə imkan verir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, miniatürlü əlyazmalar musiqi tarixi və sənət tarixinin qarşılıqlı əlaqəsini əks etdirən mühüm mənbədir. Bu materiallar orta əsrlər Azərbaycan və daha geniş Şərq musiqi mədəniyyətinin və bədii ənənələrinin öyrənilməsində əhəmiyyətli rol oynayır.Item type:Item, Mir Möhsün Nəvvab yaradıcılığına bir nəzər(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Şərifova, VəfaPedaqoq, şair, musiqişünas, rəssam, xəttat olan görkəmli şəxsiyyət Mir Möhsün Nəvvab istedadlar yurdu olan qədim Şuşada dünyaya göz açmışdır. Azərbaycan tarixində ədibin milli ənənələrə sıx bağlı olan yaradıcılığı olduqca qiymətli mövqeyə sahibdir. Onun qiymətli yaradıcılığı Azərbaycan təsviri sənət tarixinin parlaq səhifələrindən birini təşkil edir. Mir Möhsün Nəvvabın yaradıcılığının çoxcəhətli olmasında onun ərəb, fars, rus, türk dillərini mükəmməl bilməsinin çox böyük rolu olmuşdur. Ədibin ədəbiyyat, musiqi, rəssamlıq, nəqqaşlıq kimi bir çox sahələrdə uğur qazanması onun zəngin dünyagörüşünə sahib olmasından irəli gəlirdi. Mir Möhsün Nəvvab şair, rəssam, tarixçi, musiqişünas, astronom, kimyaçı, pedaqoq kimi bir çox sahələrdə fəaliyyət göstərmişdir.Item type:Item, Qafqaz Ruhani İdarəsinin şeyxülislamlarının elm və təhsilə verdiyi dəyər(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Rəhnulla, SevincMəqalədə Ruhani İdarəsinin Şeyxülislamları olmuş, xalqımızı elm və mənəviyyat nuru ilə maarifləndirmiş alim və maarifçilərin elmə və təhsilə verdiyi töhfələr qısaca araşdırılır. Qafqaz Ruhani İdarəsinin Şeyxülislamları həyatlarını xalqın savadlı, saf, milli-dini ruhda tərbiyəsinə həsr etmişlər. Onlar həmçinin cəmiyyətin mədəni-maarif, ictimai-siyasi həyatında mühüm rol oynamışlar. Şeyxülislamlar müxtəlif təhsil müəssisələrində təhsillə məşğul olmuş, əhəmiyyətli əsərlər yazmış və xalqa elmi və mənəvi xidmət göstərmişlər.Item type:Item, Azərbaycan tarixi əlyazmalarda (Əlyazmalar İnstitutunun materialları əsasında)(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Həsənzadə, Tahirə14.000-dən artıq yazılı abidəni mühafizə edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Yaxın və Orta Şərq, Şimali Afrika, İspaniya və Hindistanadək ərazilərin ölkə və xalqlarının tarix və mədəniyyətinə aid əlyazmalara rast gəlmək olar. Bu səbəbdən xəzinəyə müraciət edən tədqiqatçıların coğrafiyası çox genişdir. Həmçinin Azərbaycan tarixi də burada qorunan bir çox əlyazmalarda öz əksini tapmışdır. İnstitut əməkdaşları xarici ölkələrdə ezamiyyətdə olarkən tariximizi əks etdirən yazılı abidələrin mikrofilmlərini əldə etməklə bu xəzinəni zənginləşdirməyə çalışırlar. Əldə edilən əlyazmalarda olan tarixi xəritələrdə “Azərbaycan”, “Qarabağ”, “Midiya”, “Şirvan”, “Arran” kimi coğrafi ərazilərin sərhədləri müəyyən edilir. Deməli, erməni “alim”lərinin uydurmaları aşkar olunur.Item type:Item, Şəmsəddin Sami və Türk dünyası(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)İskəndərli, RənaTənzimat dövrünün görkəmli nümayəndəsi, alban əsilli Şəmsəddin Sami (1850 – 1904) ömrünü bütövlükdə Türk xalqının mədəniyyətinə, ədəbiyyatına, inkişafına həsr etmiş müəlliflərdən biridir. Onun yaradıcılığı çoxşaxəli olsa da, əsas məqsəd, yuxarıda qeyd etdiyimiz kimi, şanlı türk tarixini təbliğ etmək idi. Məqalə müəllifin elmi-bədii irsinə, o cümlədən türk xalqına həsr etdiyi mənəvi sərvətlərə həsr olunub. Təbii ki, bu bilgilərdən öncə, Şəmsəddin Saminin həyatına da qısa nəzər salınıb. Belə ki, müəllifin yaşam tərzi və prinsipləri vacib amillər sırasında olaraq bilavasitə onun yaradıcılığına güclü təsir etmişdir. Əldə olan və Şəmsəddin Sami bəyə həsr olunan tədqiqatlardan istifadə edərək ( həmin əsərlərin müəllifləri - Abdullah Uçman, Ömər Faruk Akün, Agah Sırrı Levend, Florida Kulla və s.) müəllifi bir şəxsiyyət kimi incələməyə çalışdıq ki, yuxarıda qeyd etdiyimiz kimi, onun əsərlərinin yaranma səbəbini aydın şəkildə təsəvvür edə bilək. Onu da vurgulayaq ki, Saminin dövrü, söylədiyimiz kimi, Tənzimat ədəbiyyatının təşəkkül dövrünə təsadüf edilir və onun hər bir əsəri cağdaş Türk ədəbiyyatında yeni cığır demək idi. Təqdim olunan yazıda tədqiqatcının müəyyən səbəblərdən işıq üzü görməyən lakin türkçülük ideyasını aşılayan “Qutadqu-bilik”, “Orxon abidələri” (ön söz, mətn, tərcümə və şərh) “Ləhcəyi-Türkiyəyi-məmaliki-Misir” və s. əsərləri haqqında məlumat var. Tədqiqatçı-alim “Orxon abidələri” və “Qutadqu-bilik” əsərlərini türk oxucularına tərcümə edən ilk müəllif idi. Müəllifin “Qamusul-elam” adlı altı cildlik lüğətinə gəlincə, o, Türkiyədə öz tərtibat və quruluşuna görə ilk Türk ensikıopediyası adını qazanmışdır. Sözügedən lüğətdə, Şərq və Qərb kontekstində, ən-ənəyə və öz dəsti-xəttinə və məramına sadiq qalan leksikoqraf yenə də türk aləminə geniş yer ayırmışdır. Belə ki, coğrafiya və tarix məzmunlu bu lüğətin hər cildində türk xalqlarının mədəniyyətinə və tarixinə geniş yer ayrılmışdır. Belə məlumatlardan biri, bir çox türk mənşəli xalqların, o cümlədən Azərbaycan türklərinin etnoqenezində və Azərbaycan dilinin formalaşmasında böyük rolu olan xəzərlər haqqında olan mətndir. Tədqiqatçının bu qədim türk tayfası haqqında təqdim etdiyi məlumat olduqca maraqlı və aktual olduğu üçün mətn osmanlı türcəsindən dilimizə tərcümə edilərək məqalədə şərh edilmişdir.Item type:Item, Bəxtiyar Vahabzadə poeziyasında Azərbaycanın mənəvi xəritəsi(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Ələkbərova, İlahəBu məqalədə Bəxtiyar Vahabzadə poeziyasında coğrafi adların - hidronimlərin, oronimlərin və digər toponimlərin - bədii funksiyası araşdırılır. Şairin yaradıcılığında bu adlar sadəcə məkan göstəricisi deyil, milli yaddaşın, tarixi taleyin və mənəvi bütövlüyün simvolu kimi çıxış edir. Araz çayı, Savalan dağı, Şəki və Bakı şəhərləri, Qarabağ bölgəsi və digər toponimlər Vahabzadənin poeziyasında milli kimliyin, azadlıq mübarizəsinin və mənəvi dirənişin poetik sütunlarına çevrilmişdir. Şairin “mənəvi xəritəsi” Azərbaycanla məhdudlaşmır, Altaylardan İstanbuladək uzanan geniş türk coğrafiyasını əhatə edərək Turan ideologiyasının bədii ifadəsinə çevrilir. Beləliklə, Vahabzadə poeziyasında coğrafiya milli yaddaşın qorunmasına, vətənpərvərlik duyğusunun güclənməsinə və gələcək nəsillərə mənəvi irs ötürülməsinə xidmət edən poetik bir xəritə kimi təqdim olunur. Bu məqalənin məqsədi Bəxtiyar Vahabzadə poeziyasında coğrafi adların bədii funksiyasını, onların milli yaddaşın qorunmasındakı rolunu və şairin yaratdığı “mənəvi xəritə”nin mahiyyətini araşdırmaqdır. Tədqiqat göstərir ki, Vahabzadə üçün coğrafiya sadəcə fiziki məkan deyil, milli ruhun, tarixi yaddaşın və mənəvi dirənişin poetik daşıyıcısıdır.