Şifahi xalq ədəbiyyatı: Kitabi-Dədə Qorqud
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
DOI
10.59849/2410-5600.2026.1.76
Abstract
Məqalədə Azərbaycan şifahi xalq ədəbiyyatının mühüm qolu olan “Kitabi-Dədə Qorqud” dastanı folklor irsinin fundamental nümunəsi kimi tədqiq olunur. Şifahi xalq ədəbiyyatının əsas xüsusiyyətləri – kollektivlik, anonimlik və variantlılıq kontekstində dastanın formalaşma prosesi, janr xüsusiyyətləri və milli-mənəvi dəyərlərin qorunmasındakı rolu elmi baxımdan təhlil edilir. Araşdırmada “Kitabi-Dədə Qorqud”un oğuz türklərinin ictimai-siyasi həyatı, adət-ənənələri, qəhrəmanlıq idealları, ailə münasibətləri və əxlaqi dəyərləri əks etdirən epik-didaktik mənbə olduğu göstərilir. Dastanın ayrı-ayrı boyları – “Basatın Təpəgözü öldürdüyü boy”, “Dirsə xan oğlu Buğac boyu”, “Dəli Domrul boyu”, “Bamsı Beyrək boyu” və “Salur Qazanın evinin yağmalandığı boy” əsasında qəhrəmanlıq, ağıl və gücün vəhdəti, sədaqət, valideyn–övlad münasibətləri, qadın obrazlarının ictimai rolu kimi mövzular sistemli şəkildə şərh olunur. Eyni zamanda “Kitabi-Dədə Qorqud”un yalnız ədəbi abidə deyil, həm də tarixi, etnoqrafik və mədəni mənbə kimi əhəmiyyəti vurğulanır. Məqalədə dastanın müasir dövrdə milli kimliyin formalaşmasında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və ümumbəşəri dəyərlərin təbliğində aktuallığını qoruduğu nəticəsinə gəlinir.