<link rel="stylesheet" href="styles.f3b1fba60ec7970c.css">

Nizami Gəncəvi yaradıcılığında bəşəri mənəvi irsin poetik təcəssümü

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

DOI

10.59849/2410-5600.2026.1.60

Abstract

Məqalədə Nizami Gəncəvinin yaradıcılığı əxlaqi və sosial məzmun daşıyan bədii-fəlsəfi sistem kimi təhlil olunur. Şairin “Xəmsə”si ideya baxımından insanın mənəvi kamilliyini, ədalət və mərhəmətə əsaslanan cəmiyyət modelini, eləcə də əxlaqi dəyərlərin vacibliyini ön plana çıxarır. Nizami insanı kainatın mənəvi mərkəzi kimi təqdim edir və əsərlərində universal idealları – dürüstlük, əməksevərlik, qarşılıqlı anlayış və humanizm prinsiplərini poetik və fəlsəfi dildə ifadə edir. Onun yaradıcılığı yalnız estetik zövqün təmin edilməsi ilə məhdudlaşmır, həm də oxucunu mənəvi və etik düşüncəyə sövq edən dərin mənəvi təlimləri özündə birləşdirir. Ədalət ideyası Nizaminin poetik irsində mərkəzi yer tutur. Hökmdarlar ədalətli və vicdanlı davranmağa çağırılır, cəmiyyətin əxlaqi bütövlüyünün qorunması üçün onların dürüst və məsuliyyətli olması vacib hesab olunur. Sadə əmək adamları isə yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı kimi nümunə göstərilir, onların həyat tərzi və davranışı ictimai və siyasi münasibətlər üçün model rolunu oynayır. “Leyli və Məcnun” əsərində isə insanın daxili aləmi, mənəvi bütövlüyü və cəmiyyətlə qarşıdurması fonunda ali eşq və mənəviyyat mövzusu poetik-fəlsəfi müstəvidə işlənmişdir. Bu əsər vasitəsilə Nizami insanın mənəvi dünyasının mürəkkəbliyini və əxlaqi seçimlərinin həyat və cəmiyyət üçün əhəmiyyətini vurğulayır. Nizaminin poetik irsi bəşəri dəyərlərin, tolerantlığın və ədalətin təbliği baxımından müasir dövr üçün də aktualdır. Məqalədə onun ədalət və əxlaq ideyaları əsas diqqət mərkəzində saxlanılmışdır. Ədalət anlayışı onun yaradıcılığında yalnız fərdi davranış prinsipi kimi deyil, həm də ictimai və siyasi münasibətlərin əsas meyarı kimi təqdim edilir. Hökmdar və rəhbərlərin ədalətli və vicdanlı olması cəmiyyətin əxlaqi bütövlüyü üçün vacibdir. Bu fikir “Sirlər xəzinəsi” və “İskəndərnamə” kimi əsərlərdə xüsusi vurğu ilə ifadə edilmişdir. Şair sadə, zəhmətkeş insanları yüksək mənəvi dəyərlərin daşıyıcısı kimi təqdim edərək, hökmdarlara onların əxlaqi keyfiyyətlərini nümunə göstərir.

Description

Citation

Endorsement

Review

Supplemented By

Referenced By