Orta əsr əlyazmalarında musiqi alətlərinin miniatür təsvirləri: sənət və musiqi tarixi kəsişməsində
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
DOI
10.59849/2410-5600.2026.1.19
Abstract
Məqalədə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan Orta əsr miniatürlü əlyazmalarda musiqi alətlərinin təsviri tədqiq edilmişdir. XV–XIX əsrləri əhatə edən müxtəlif ədəbi və tarixi mətnlər əsasında musiqi alətlərinin saray məclislərində, döyüş səhnələrində və mərasim kontekstində paleoqrafik xüsusiyyətləri araşdırılmışdır. Nizami Gəncəvi, Hafiz Şirazi, Əlişir Nəvai, Əbdürrəhman Cami kimi dahilərə məxsus klassik ədəbi nümunələrdə, həmçinin, Mir Möhsün Nəvvab Qarabağı, Mirzə Mehdi xan Astrabadi kimi alimlərin tarixə aid qələmə aldıqları əsərlərdə rast gəlinən miniatürlərdə musiqi alətlərinin rəsmi verilmişdir. Miniatürlərdə qopuz, arfa, surna və digər simli və nəfəsli alətlərin təsviri onların tipologiyasını müəyyən etməyə imkan verir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, miniatürlü əlyazmalar musiqi tarixi və sənət tarixinin qarşılıqlı əlaqəsini əks etdirən mühüm mənbədir. Bu materiallar orta əsrlər Azərbaycan və daha geniş Şərq musiqi mədəniyyətinin və bədii ənənələrinin öyrənilməsində əhəmiyyətli rol oynayır.