İstinad Kitabları (Reference Books)
Permanent URI for this collectionhttps://hdl.handle.net/20.500.14684/32
Browse
Browsing İstinad Kitabları (Reference Books) by Title
Now showing 1 - 20 of 20
- Results Per Page
- Sort Options
Item 21 Azərə gedən yol Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər)(Araz, 2015-11-17) Əkrəm Rəhimli (Bije)Oxuculara təqdim olunan kitabda 1941-1946-cı illərdə Güney Azərbaycandakı milli-demokratik hərəkatdan bəhs olunur. Bakı, Tehran, Vankuver (Kanada) şəhərlərindəki çapından sonra oxuculara təqdim olunan hazırkı kitab həmin kitabın IV, yenidən işlənmiş nəşridir. Kitabda 21 Azərə gedən mübarizə yolu tədqiq və təhlil edilir. Oxucu kitabda keçən yüzilliyin 40-cı illərində Güney Azərbaycandakı sosial, siyasi, iqtisadi və mədəni durum və olayların məzmun və mahiyyəti, 21 Azərin qələbəsi nəticəsində yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyəti ilə tanış olacaqdır. Kitabda Azərbaycan Milli Hökumətinin süqutunun səbəbləri, irticanın yenidən baş qaldırması və şah rejiminin qanlı olayları ilkin mənbələrdəki faktlar və sənədlər əsasında təqdim edilir.Item 44 günlük Vətən müharibəsi İran mediasında(Elm, 2023) Vidadi MustafayevKitabda keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müna- qişəsinin qısa aktiv mərhələləri (aprel 2016, iyul 2020) və 44 günlük Vətən müharibəsinin gedişi, həmçinin 2020-ci ilin sonuna qədərki dövr- də cərəyan etmiş hadisələrin İranın əsasən dörd mərkəzi (“irna”, “tasnim”, “farsnews”, “isna”) və bir yerli (“anaj”, Təbriz, Şərqi Azərbaycan) xəbər agentliklərinin saytlarında işıqlandırılması xronoloji ardıcıl- lıqla öz əksini tapmışdır. Həmçinin həmin saytlarda keçmiş münaqişənin tarixi, mahiyyəti, ona İranın münasibəti, eyni zamanda qeyd edilən mərhələlərdə baş ve- rən mühüm hadisələrə dair müxtəlif xarakterli şərhlər, müsahibələr, publisistik və analitik yazıların qısa icmalı və onlara münasibət yer almışdır.Item Əbubəkr ibn Xosrov əl-Ustad Munisnamə(Adiloğlu, 2021-06-14) Fars dilindən tərcümə edən: Rəna RzayevaKitab XII əsrdə yaşayıb yaratmış Azərbaycan müəllifi Əbubəkr ibn Xosrov əl-Ustada məxsus “Munisnamə” əsərinin əlyazmasının əlimizdə olan yeganə nüsxəsindən edilmiş tərcüməsidir. Əsər 17 fəsil, 31 hekayətdən ibarətdir. Əlyazmada 15,16,17,24 və 25-ci hekayətlər çatmır. Şübhəsiz ki, hər bir hekayət müstəqil süjet xəttinə malik olduğu üçün, onların yoxluğu əsərin tamlığına xətər yetirməmişdir. Əsər belə şəkildə tərcümə olunaraq 764 səhifə təşkil edir. Əsəri şərti olaraq iki hissəyə; I-didaktik və II-bədii hissəyə ayırmaq olar. Ümumilikdə isə əsəri “didaktik-belletristik” əsər kimi dəyərləndirmək məqsədəuyğundur.Item AMEA AKADEMİK Z.M.BÜNYADOV ADINA ŞӘRQŞÜNASLIQ İNSTİTUTU 60 ildә(Azәrbaycan Milli Elmlәr Akademiyası akad. Z.M.Bünyadov adına Şәrqşünaslıq İnstitutu . BAKI – 2018, 2018)Kitab “AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi haqqında” Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 14 fevral 2018-ci il tarixli qərarı əsasında hazırlanmışdır.Item Azərbaycanın mədəniyyət paytaxtı Şuşa(Elm, 2022) AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutuBukletdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixindən ətraflı bəhs edilir. Burada həmçinin Şuşa toponiminin etimologiyası, şəhərin təsərrüfat sahələri, tarixi abidələri haqqında məlumat verilir. Daha sonra Şuşanın mədəniyyət tarixinə, görkəmli mədəniyyət xadimlərinə aid məlumatlarla tanış olmaq olar. Bukletdə həmçinin Şuşanın işğal edilməsindən, işğal zamanı şəhərdə ermənilər tərəfindən dağıdılan binalardan, tarixi abidələrdən, talan edilən mədəniyyət nümunələrindən bəhs edilir. Oxucuların nəzərinə 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində erməni işğalı altında olan Azərbaycan torpaqlarının, o cümlədən müharibənin yekununda noyabrın 8-də Şuşanın azad edilməsi, bu zaman Azərbaycan hərbçilərinin göstərdiyi rəşadət haqqında məlumat da çatdırılır. Sonda Şuşa şəhərinin bərpası istiqamətində görülən işlər haqqında məlumat verilir və bukletin hazırlanmasında istifadə edilən ədəbiyyatın siyahısı diqqətə çatdırılır.Item Azerbaycan’ın kültür başkenti: Şuşa(Elm, 2022) ord. prof. Z.M.Bünyadov adına Şarkiyat EnstitüsüBukletdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixindən ətraflı bəhs edilir. Burada həmçinin Şuşa toponiminin etimologiyası, şəhərin təsərrüfat sahələri, tarixi abidələri haqqında məlumat verilir. Daha sonra Şuşanın mədəniyyət tarixinə, görkəmli mədəniyyət xadimlərinə aid məlumatlarla tanış olmaq olar. Bukletdə həmçinin Şuşanın işğal edilməsindən, işğal zamanı şəhərdə ermənilər tərəfindən dağıdılan binalardan, tarixi abidələrdən, talan edilən mədəniyyət nümunələrindən bəhs edilir. Oxucuların nəzərinə 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində erməni işğalı altında olan Azərbaycan torpaqlarının, o cümlədən müharibənin yekununda noyabrın 8-də Şuşanın azad edilməsi, bu zaman Azərbaycan hərbçilərinin göstərdiyi rəşadət haqqında məlumat da çatdırılır. Sonda Şuşa şəhərinin bərpası istiqamətində görülən işlər haqqında məlumat verilir və bukletin hazırlanmasında istifadə edilən ədəbiyyatın siyahısı diqqətə çatdırılır.Item Bir daha vahid bütöv Azərbaycan ərazisi haqqında (“Araz çayı Azərbaycanın ortasından axır!!!”)(Elm, 2023) Vidadi MustafayevKitabda İranda Cənubi azərbaycanlılara qarşı aparılan irqi ayrı-seçkilikdən, Cənubi azərbaycanlıların Şimali azərbaycanlılarla birlikdə türk xalqlarından biri olmasını, Azərbaycan toponiminin Şimali Azərbaycana şamil edilməsini inkar etmək siyasətindən bəhs edilir. Müəllif panfarsistlərin Azərbaycan xalqına qarşı mübarizənin tərkib hissəsi kimi “Azərbaycan” toponiminə qarşı 3 istiqamətdə mübarizə apardıqlarını qeyd edir: 1. Şimali Azərbaycanın Azərbaycan adlanmasına qarşı “elmi”- ideoloji mübarizə; 2. Azərbaycanın (Cənubi) vahid inzibati-ərazi vahidi kimi qalmasına qarşı hüquqi-inzibati mübarizə; 3. Azərbaycan sözünün (Cənubi Azərbaycan) bir toponim kimi işlənməsinə qarşı informativ mübarizə. Bütün bunlarla yanaşı, müəllif İranda Azərbaycan toponiminə az saylı müəlliflər tərəfindən olsa da, obyektiv elmi yanaşmanın olduğunu bildirir və bu mövqedən yazılmış bir neçə məqalə haqqında bəhs edir.Item Erkən islam tarixi məsələləri (VI-VII əsrlər) azərbaycanlı tədqiqatçıların əsərlərində(Elm, 2022) Əmmar AbbasovKitabda azərbaycanlı tədqiqatçıların erkən islam tarixi haqda tədqiqatları ümumiləşdirilmiş, ərəb dilində olan əsərlərlə müqayisəli şəkildə araşdırılmışdır.Item İran İslam Respublikası (məlumat kitabı)(Bakı Çap Evi, 2010-12-01) Tərtib edəni: Saleh Dostəliyevİran İslam Respublikası məlumat kitabı bu ölkənin ictimai-iqtisadi, siyasi və mədəni həyatı haqqında olan məlumatların yığcam şəkildə toplandığı kitabdır. Kitabda həmçinin ölkənin tarixi və coğrafiyası haqqında qısa oçerklər, İranın dövlət quruluşu, konstitusiyası, inzibati-ərazi bölgüsü haqqında məlumatlar verilmişdir. Kitab bu sahədə və bu formatda yazılmış ilk kitablardandır.Item İSLAM ensiklopedik lüğət(© AMEA Şərqşünaslıq İnstitutu, 2013, 2013) G.B.Baxşəliyeva; Ə.S.AbbasovKitab AMEA ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və ictimai fikir tarixi” şöbəsinin müdiri, fəl. üzrə fəl. doktoru E.Y.Həsənovanın və şöbə əməkdaşlarının köməyi ilə hazırlanmışdır. Respublikamızda müstəqillik dönəmində dini maarifçiliyin genişləndiyi, plüralizm və söz azadlığının bərqərar olduğu, İslama marağın artdığı hazırkı vaxtda İslam haqqında doğru və düzgün məlumatı geniş kütlələrə çatdırmaq üçün İslam ensiklopedik lüğətinin nəşr olunması zərurəti yaranmışdır. Lüğət «Ислам. Энциклопедический словарь» Москва, «Наука», ГРВЛ, 1991 kitabının tərcüməsi əsasında bir sıra yerli mənbə və ədəbiyyat, Azərbaycanın şeyxülislamları, müftiləri, axundları və s. din xadimləri haqqında məlumatlar, habelə, bəzi istilahlar haqqında əlavələrlə hazırlanmışdır. Kitab dinşünaslar, filosoflar, şərqşünaslar və ümumiyyətlə, islamla maraqlananlar üçün nəzərdə tutulmuşdur.Item İslam həmrəyliyi və Azərbaycan: reallıqlar və perspektivlər(Papirus Nəşriyyat-Poliqrafiya, 2018-06-11) A.N.Həbibov; E.N.Məmmədov; İ.Ə.Əlimuradov; L.F.MəlikovaTədqiqat işinin əsas məqsədi müasir dövrdə aktuallıq və mühümlük kəsb edən islam həmrəyliyi problemini Azərbaycan nümunəsi əsasında tədqiq etməkdir. Tədqiqatda hər şeydən əvvəl islam həmrəyliyinin tarixi kökləri və bu istiqamətdə atılmış “pioner” addımlar öyrənilmişdir. Növbəti addım kimi bu anlayışın dini-ideoloji əsasları tədqiqata cəlb edilmiş, indiki dövrdə öz əksini tapdığı hüquqi-siyasi qurumlar araşdırılmışdır. Bundan sonra islam həmrəyliyinin Azərbaycan nümunəsinə, Azərbaycan Respublikasında bu istiqamətdə atılmış addımlara diqqət yetirilmişdir. Nəhayət, sözügedən anlayış yeni dünya sistemi və müasirliyin çağırışları kontekstində araşdırılmış, mövcud təsəvvürlər müxtəlif yanaşmalar prizmasından nəzərdən keçirilmişdir.Item “Khamse” of Nizami Ganjavi and Literature in Persian (Tradition of Nazire to the “Haft Peykar” in the XIV-XVIII Centuries)(Elm, 2021) Mehdi KazimovThe poem “Haft Peykar” of Nizami has been studied in the light of several problems of poetics. Genre syncreticity of the work and space-time relations has been viewed and genesis of plots in the “Haft Peykar” has been traced in their later transformation in the XIV-XVIII centuries. In the analysis of followers of Nizami, reflection of several characteristic features of poetical “answer” have been shown, issues of normativity and creative individuality within nazire have been studied, evolution of genre form and usage of descriptive means have been researched.Item Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar(Nurlan, 2005-09-25) AMEA akad. Z.M.Bünyadov Adına Şərqşünaslıq İnstitutuOxucuların istifadəsinə təqdim olunan bu kitab orta əsr ərəb müəlliflərinin (Kufi, Təbəri, Bəlazuri, Yəqubi və Qəlqəşəndi) əsərlərindən Azərbaycanın orta əsrlər tarixinə aid seçilmiş material əsasında tərtib olunmuşdur. Əsər həm mütəxəssislər, həm də geniş oxucular üçün faydalı olan məlumatlarla zəngindir.Item Qarabağ tarixin gedişində (fars dilindən tərcümə)(Elm, 2023) Səməd Sərdariniyaİranlı müəllifin kitabında Qarabağın tarixi ta qədimdən müasir dövrə kimi işıqlandırılır. Kitabda Qarabağın İslamdan qabaqkı dövründən, eləcə də, bu bölgənin Səlcuqlular, Atabəylər, Monqollar, Elxanilər, əl-Cəlairlər, Çobanilər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Nadir şah xanlıqlar dövründə tarixindən, bəhs edilir. Kitabdan həmçinin Ermənilərin İrandan, Türkiyədən Qarabağa köçürülməsi, Qarabağın çarizmin hakimiyyətdə olması, 1905-1906-cı illərdə erməni-Qafqaz müsəlmanları müharibəsi, 1918-1920-ci illər qətliamları, Qarabağın 1923-cü ildəki muxtariyyəti, 1923-1988-ci illərdə və 1988-ci ildən sonra Qarabağ barədə məlumat almaq olar.Item Shusha – the cultural capital of Azerbaijan(Elm, 2022) ANAS Institute of Oriental Studies after Academician Z.M.BuniyadovBukletdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixindən ətraflı bəhs edilir. Burada həmçinin Şuşa toponiminin etimologiyası, şəhərin təsərrüfat sahələri, tarixi abidələri haqqında məlumat verilir. Daha sonra Şuşanın mədəniyyət tarixinə, görkəmli mədəniyyət xadimlərinə aid məlumatlarla tanış olmaq olar. Bukletdə həmçinin Şuşanın işğal edilməsindən, işğal zamanı şəhərdə ermənilər tərəfindən dağıdılan binalardan, tarixi abidələrdən, talan edilən mədəniyyət nümunələrindən bəhs edilir. Oxucuların nəzərinə 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində erməni işğalı altında olan Azərbaycan torpaqlarının, o cümlədən müharibənin yekununda noyabrın 8-də Şuşanın azad edilməsi, bu zaman Azərbaycan hərbçilərinin göstərdiyi rəşadət haqqında məlumat da çatdırılır. Sonda Şuşa şəhərinin bərpası istiqamətində görülən işlər haqqında məlumat verilir və bukletin hazırlanmasında istifadə edilən ədəbiyyatın siyahısı diqqətə çatdırılır.Item Категория числа и рода в литературном арабском языке(Apostrof, 2021) Зенфира Рустамова; Гюльшан ГамидлиF.ü.f.d. Z.Rüstəmova və elmi işçi G.Həmidlinin birlikdə işlədikləri «Категория числа и рода в литературном арабском языке» (“Ərəb ədəbi dilində kəmiyyət və cins kateqoriyaları”) adlı əsər, adından da bəlli olduğu kimi, dilçilərin diqqət mərkəzində duran və günü-gündən daha çox marağa səbəb olan məsələlərdən birinə – qrammatik kateqoriyalara həsr olunub. Z.Rüstəmova kəmiyyət, G.Həmidli isə cins kateqoriyasının xüsusiyyətlərini tədqiq edərək, mülahizələrini faktiki materiallarla əsaslandırmışlar. Təqdim edilən hər iki kateqoriyanın müəllifləri üzərində işlədikləri tədqiqat işini yalnız ərəb dilinin öz materialları əsasında deyil, həmçinin bu dilin dialektləri, qohum dillər, bəzən də qohum olmayan dillərlə müqayisəli və qarşılıqlı tədqiqat metodu ilə aparmışlar.Item Незримые грани литературного наследия (избранные статьи)(Elm, 2023) Мехти КязимовKitab Yaxın və Orta Şərq ədəbiyyatının aktual problemlərinə həsr olunub və xronoloji cəhətdən erkən orta əsrlərdən XX əsrin sonuna qədər dövrü əhatə edir. Kitabın ayrı-ayrı bölmələrində nizamişünaslıq və Nizami “Xəmsə”si ilə bağlı nəzirə ənənəsi məsələləri araşdırılır, orta əsrlər Azərbaycan və farsdilli ədəbiyyat nümayəndələrinin yaradıcılığı izlənilir, əlyazma irsi kontekstində bəzi mənbələr işıqlandırılır, eləcə də sufi ədəbiyyatına və xüsusilə az öyrənilmiş sufi nəsrinə diqqət yetirilir.Item Шуша – культурная столица Азербайджана(Elm, 2022) НАНА Институт Востоковедения имени академика З.М.БуниятоваBukletdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixindən ətraflı bəhs edilir. Burada həmçinin Şuşa toponiminin etimologiyası, şəhərin təsərrüfat sahələri, tarixi abidələri haqqında məlumat verilir. Daha sonra Şuşanın mədəniyyət tarixinə, görkəmli mədəniyyət xadimlərinə aid məlumatlarla tanış olmaq olar. Bukletdə həmçinin Şuşanın işğal edilməsindən, işğal zamanı şəhərdə ermənilər tərəfindən dağıdılan binalardan, tarixi abidələrdən, talan edilən mədəniyyət nümunələrindən bəhs edilir. Oxucuların nəzərinə 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində erməni işğalı altında olan Azərbaycan torpaqlarının, o cümlədən müharibənin yekununda noyabrın 8-də Şuşanın azad edilməsi, bu zaman Azərbaycan hərbçilərinin göstərdiyi rəşadət haqqında məlumat da çatdırılır. Sonda Şuşa şəhərinin bərpası istiqamətində görülən işlər haqqında məlumat verilir və bukletin hazırlanmasında istifadə edilən ədəbiyyatın siyahısı diqqətə çatdırılır.Item پایتخت فرهنگی آذربایجان شوشا (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa)(Elm, 2022) AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutuBukletdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixindən ətraflı bəhs edilir. Burada həmçinin Şuşa toponiminin etimologiyası, şəhərin təsərrüfat sahələri, tarixi abidələri haqqında məlumat verilir. Daha sonra Şuşanın mədəniyyət tarixinə, görkəmli mədəniyyət xadimlərinə aid məlumatlarla tanış olmaq olar. Bukletdə həmçinin Şuşanın işğal edilməsindən, işğal zamanı şəhərdə ermənilər tərəfindən dağıdılan binalardan, tarixi abidələrdən, talan edilən mədəniyyət nümunələrindən bəhs edilir. Oxucuların nəzərinə 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində erməni işğalı altında olan Azərbaycan torpaqlarının, o cümlədən müharibənin yekununda noyabrın 8-də Şuşanın azad edilməsi, bu zaman Azərbaycan hərbçilərinin göstərdiyi rəşadət haqqında məlumat da çatdırılır. Sonda Şuşa şəhərinin bərpası istiqamətində görülən işlər haqqında məlumat verilir və bukletin hazırlanmasında istifadə edilən ədəbiyyatın siyahısı diqqətə çatdırılır.Item 舒沙 —阿塞拜疆文化中心 (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa)(Elm, 2022) AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutuBukletdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixindən ətraflı bəhs edilir. Burada həmçinin Şuşa toponiminin etimologiyası, şəhərin təsərrüfat sahələri, tarixi abidələri haqqında məlumat verilir. Daha sonra Şuşanın mədəniyyət tarixinə, görkəmli mədəniyyət xadimlərinə aid məlumatlarla tanış olmaq olar. Bukletdə həmçinin Şuşanın işğal edilməsindən, işğal zamanı şəhərdə ermənilər tərəfindən dağıdılan binalardan, tarixi abidələrdən, talan edilən mədəniyyət nümunələrindən bəhs edilir. Oxucuların nəzərinə 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində erməni işğalı altında olan Azərbaycan torpaqlarının, o cümlədən müharibənin yekununda noyabrın 8-də Şuşanın azad edilməsi, bu zaman Azərbaycan hərbçilərinin göstərdiyi rəşadət haqqında məlumat da çatdırılır. Sonda Şuşa şəhərinin bərpası istiqamətində görülən işlər haqqında məlumat verilir və bukletin hazırlanmasında istifadə edilən ədəbiyyatın siyahısı diqqətə çatdırılır.