İslam həmrəyliyi və Azərbaycan: reallıqlar və perspektivlər
No Thumbnail Available
Date
2018-06-11
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Papirus Nəşriyyat-Poliqrafiya
Abstract
Tədqiqat işinin əsas məqsədi müasir dövrdə aktuallıq və mühümlük kəsb edən islam həmrəyliyi problemini Azərbaycan nümunəsi əsasında tədqiq etməkdir. Tədqiqatda hər şeydən əvvəl islam həmrəyliyinin tarixi kökləri və bu istiqamətdə atılmış “pioner” addımlar öyrənilmişdir. Növbəti addım kimi bu anlayışın dini-ideoloji əsasları tədqiqata cəlb edilmiş, indiki dövrdə öz əksini tapdığı hüquqi-siyasi qurumlar araşdırılmışdır. Bundan sonra islam həmrəyliyinin Azərbaycan nümunəsinə, Azərbaycan Respublikasında bu istiqamətdə atılmış addımlara diqqət yetirilmişdir. Nəhayət, sözügedən anlayış yeni dünya sistemi və müasirliyin çağırışları kontekstində araşdırılmış, mövcud təsəvvürlər müxtəlif yanaşmalar prizmasından nəzərdən keçirilmişdir.
Description
səh.196