Azərbaycan Milli Elmlər Akademiyası
Permanent URI for this communityhttps://hdl.handle.net/20.500.14684/1
Browse
Browsing Azərbaycan Milli Elmlər Akademiyası by Author "AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu"
Now showing 1 - 7 of 7
- Results Per Page
- Sort Options
Item Əbu-Osman Əmr bin Bəhr əl-Cahiz (767-868) “Əl-Tac fi əxlaq əl-müluk” (Şahların əxlaqı haqda Tac əsəri)(Elm, 2023) AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu“Əl-Tac fi əxlaq əl-müluk” (Şahların əxlaqı haqda Tac əsəri) Bəsrədə dünyaya gəlmiş və ömrünün çoxunu İraq və ətraf məmləkətlərdə keçirmiş ədib və tarixçi alim Əbu-Osman Əmr bin Bəhr əl-Cahiz (767- 868) tərəfindən qələmə alınıb. Cahiz bu əsərində çalışıb ki, Abbasi xilafətinin dövrü ilə yanaşı, Əməvi xilafətinin, İslam xilafətinin ilkin çağı və əcəm şahlarının dövründə olan qanun-qaydaları və adət-ənənələri toplasın. O bu işdə bacardığı qədər istinadlara riayət edib. Əsər, əsasən xəlifə və şahların məclislərində, rəsmi toplantılarda, dövlət protokollarında, səyahətlərdə, milli və dini bayramlarında həyata keçirilən qayda-qanunlar və adət-ənənələri ehtiva edir. Kitabın adından göründüyü kimi, şahların əxlaqı dedikdə, onların bütün xislətləri və adətləri nəzərdə tutulur. Müəllif burada oxucunu şahlar və xəlifələrin sarayda, xəlvətdə, nədimləri arasında, səfirləri yanında, digər şahlar və əmirlərin yanında olan əhvalı ilə rəftarı, göftarı və kirdarı ilə tanış edir. O hətta hökmdarların geyindiklərini, yeyib, içdiklərini və istifadə etdikləri ətriyyatı da yaddan çıxarmır.Item Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917)(Elm, 2021) AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutuƏsər Cənubi Azərbaycanın XIX-XX əsrin əvvəllərindəki sosial-iqtisadi, siyasi tarixini və mədəni inkişafını göstərir. Kitabda həm Cənubi Azərbaycanın ümumi vəziyyəti, həm də onun İranın sosial-iqtisadi və siyasi, eləcə də mədəni inkişafında mövqeyi əks olunur. Tədqiqat göstərmişdir ki, İranın iqtisadi cəhətdən ən inkişaf etmiş əyalətlərindən biri olan Cənubi Azərbaycan 1828-1917-ci illəri əhatə edən həmin dövrdə ölkənin iqtisadi, siyasi və mədəni həyatında çox mühüm rol oynamışdır. Təxminən XIX əsrin ikinci rübündən etibarən Avropa ölkələri və qismən də Rusiya ilə ticarət əlaqələrinin inkişafı ilə bağlı olaraq Cənubi Azərbaycanın mərkəzi Təbriz şəhəri İranın ticarət mərkəzinə çevrilir. Kitabda bəhs olunan dövrdə Cənubi Azərbaycanın mədəni inkişafında Şimali Azərbaycanın oynadığı müstəsna rol qeyd edilir.Item "Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı" mövzusunda Beynəlxalq Elmi Konfransın tezisləri(Elm, 2023) AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutuNəşrdə Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransda səslənən 154 məruzənin tezisi dərc olunub. Bu sırada İraq, Misir, Mərakeş, Malayziya, Ukrayna və Rusiyadan 11 alimin məruzəsinin tezisi də çap olunub. Nəşr olunanlar sırasında həm akademik Zərifə Əliyevaya həsr olunmuş, həm də cəmiyyətdə, elmdə, təhsildə, mədəniyyətdə qadının yerinə, roluna, qadın problemlərinə dair məruzələrin tezisləri yer alıb.Item “Heydər Əliyev və müasir Şərq” mövzusunda Beynəlxalq Elmi Konfransın tezisləri(Elm, 2023) AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutuAMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun 5-6 may 2023-cü il tarixində İraq Respublikası Strateji Araşdırmalar Mərkəzi ilə birgə təşkilatçılığı ilə keçirdiyi və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfrans tezislər kitabında Azərbaycan, İraq, Qırğızıstan, Qazaxıstan və Belarusdan 81 alimin məruzəsinin tezisi yer alıb. Bu sırada AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın “Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti”, İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin rəhbəri professor Mutaz Muhyi Əbdülhəmidin “Heydər Əliyev: Azərbaycanın ərəb və İslam dünyası ilə diplomatiyası”, Astana Beynəlxalq Universitetinin dosenti, t.ü.f.d. Taisiya Mamontova “Nursultan Nazarbayev və Heydər Əliyev: yeni müstəqil dövlətlərdə siyasi liderlik fenomeni” mövzusunda və digər məruzələrin tezislərini qeyd etmək olar.Item “Nazim Hikmət – 120” mövzusunda Beynəlxalq Elmi Konfransın tezisləri(Elm, 2023) AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutuNəşrdə Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransda səslənən 34 məruzənin tezisi dərc olunub. Çap olunan tezislər sırasında Misirdən Asiya və Türk dünyası məsələləri üzrə tədqiqatçı, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Ahmed Abdoh Tarabeikin “Nazim Hikmətin yeni ərəb ədəbiyyatina təsiri” və Türkiyədən Ahi Evran Universitetinin İslami elml ər fakültəsinin dosenti doktor Vesile Şemşekin “Nazim Hikmətin həyat və sənəti haqqında” adlı məruzələrinin tezisləri yer alıb. Azərbaycan alimlərindən filologiya üzrə fəlsəfə doktorları Səriyyə Gündoğdunun “Çağdaş Şərq ədəbiyyati və Nazim Hikmət”, Əflatun Baxşəliyevin “Nazim Hikmət və Səməd Vurğun”, Cavanşir Məmmədzadənin “Nazim Hikmət və Nima Yusiç yaradıcılığında tipoloji oxşarlıq”, Pərvin Nurəliyevanın “Nazim Hikmət: sovetlər dönəmi Azərbaycanında türk simvolu”, Barat Osmanovanın “Nazim Hikmət və onun haqqında ilk tədqiqatlar”, Ülkər Səmədovanın “Dünya ədəbiyyatında Nazim Hikmət izləri” adlı məruzələrinin, eləcə də digərlərinin maraqlı mövzularda və elmi əhəmiyyətə malik məruzələrinin tezisləri çap olunub.Item “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda Beynəlxalq Elmi Konfransın tezisləri(Elm, 2023) AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu2023-cü ilin 20-21 dekabrın AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçirilmiş və akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda beynəlxalq elmi konfransın tezislər kitabında Azərbaycan, Rusiya, İraq, Misir, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusdan olan alimlərin məruzələrinin tezislərii dərc olunub. Topluda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Akademik Ziya Bünyadov haqqında söz”, AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik “Gövhər Baxşəliyevanın Elmimizin Ziya Bünyadov zirvəsi” mövzusunda, eləcə də “Akademik Z.M.Bünyadovun mənbəşünaslıq elminə verdiyi töhfələr və orta əsrlər Şərqinin tarixi məsələlərinin öyrənilməsi”, “Qədim və orta əsrlər Şərq tarixinin tarixşünaslığı və mənbəşünaslığı”, “Müasir Şərq ölkələrinin ictimai və siyasi prosesləri”, “Şərq xalqlarının dini, fəlsəfi və ictimai fikir məsələləri”, “Şərq xalqlarının ədəbiyyatı və dilinin tədqiqi problemləri” bölmələrində səsləndirilən 200-dən çox məruzənin tezisi yer alıb.Item Zəmanəmizin dahi azərbaycanlısı (məqalələr toplusu)(Elm, 2023) AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutuAMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın elmi redaktoru olduğu topluda Ümummilli Liderin fəaliyyətinə həsr olunmuş 36 elmi məqalə dərc edilib.