“Heydər Əliyev və müasir Şərq” mövzusunda Beynəlxalq Elmi Konfransın tezisləri
No Thumbnail Available
Date
2023
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Elm
Abstract
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun 5-6 may 2023-cü il tarixində İraq Respublikası Strateji Araşdırmalar Mərkəzi ilə birgə təşkilatçılığı ilə keçirdiyi və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfrans tezislər kitabında Azərbaycan, İraq, Qırğızıstan, Qazaxıstan və Belarusdan 81 alimin məruzəsinin tezisi yer alıb.
Bu sırada AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın “Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti”, İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin rəhbəri professor Mutaz Muhyi Əbdülhəmidin “Heydər Əliyev: Azərbaycanın ərəb və İslam dünyası ilə diplomatiyası”, Astana Beynəlxalq Universitetinin dosenti, t.ü.f.d. Taisiya Mamontova “Nursultan Nazarbayev və Heydər Əliyev: yeni müstəqil dövlətlərdə siyasi liderlik fenomeni” mövzusunda və digər məruzələrin tezislərini qeyd etmək olar.
Description
116