Əsərlər toplusu (Proceedings)

Permanent URI for this collectionhttps://hdl.handle.net/20.500.14684/30

Browse

Recent Submissions

Now showing 1 - 15 of 15
  • Item
    “MAARİF VƏ MƏDƏNİYYƏT” JURNALINDA ELMİ ARAŞDIRMALAR
    (AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI akad. Z.M.BÜNYADOV adına ŞƏRQŞÜNASLIQ İNSTİTUTU, 2013)
    Kitabda 1923-cü ildə Bakıda nəşr olunan “Maarif və Mədəniyyət” jurnalında türk və Azərbaycan alimlərinin çox dəyərli və indi də aktuallığını qoruyan problemləri əhatə edən elmi məqalələri toplanmışdır.
  • Item
    TÜRK MƏTBUATINDA «ERMƏNİ MƏSƏLƏSİ»
    (Kitab AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunur., 2014)
    Bu kitabda ayrı-ayrı müəlliflərin türk mətbuatında çıxan məqalələri və çap olunmuş kitablardan «erməni məsələsinə» dair məlumatlar toplanmışdır. Bu məlumatlar ölkədəki ictimai-siyasi vəziyyət, Türkiyəni parçalamaq məqsədi ilə ölkənin şərqində ermənilərə muxtariyyət verilməsini vəd edən xarici dövlətlərin təhriki ilə ermənilərin üsyana qalxmaları və asayişi pozmaları, türklərə qarşı qanlı cinayətlər və qırğınlar törətmələri, verdikləri işgəncə və zülmlər, tarixi həqiqətlər və sübut olunmuş faktlar əsasında yazılmışdır.
  • Item
    Avqust Benton. Səfərnamə. Fars dilindən tərcümə.
    (Elm, 2020) Şəmsi Pənahoğlu
    Tarixi Azərbaycana aid 500-dən artıq səfərnamə var. Təəssüf ki, onlardan çox cüzi bir hissəsi Azərbaycan dilinə tərcümə edilmişdir. Mövcud tərcümə tərəfimizdən bu boşluğun aradan qaldırılmasında atılan növbəti addımlardan biridir. Buna qədər Süleyman xan Dərgahın və Cemelli Karerinin eyniadlı “Səfərnamə”, eləcə də, Rəhmətulla xan Mütəmadülvüzəranın “Urmu dünyanı yandıran müharibədə” əsərləri fars dilindən Azərbaycan dilinə tərcümə olunaraq çap etdirilmişdir. Avqust Benton milliyyətcə fransızdır. O, 1807-ci ildə Bosfor və Dardanel boğazlarından keçərək Türkiyə yolu ilə İrana hərbi ezamiyytə gəlmiş və yol boyu qeydiyyatlarını kiçik məktublar şəklində qələmə almışdır. Əsər mütəxəssislər, eləcə də, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
  • Item
    Zəmanəmizin dahi azərbaycanlısı (məqalələr toplusu)
    (Elm, 2023) AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
    AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın elmi redaktoru olduğu topluda Ümummilli Liderin fəaliyyətinə həsr olunmuş 36 elmi məqalə dərc edilib.
  • Item
    “Nazim Hikmət – 120” mövzusunda Beynəlxalq Elmi Konfransın tezisləri
    (Elm, 2023) AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
    Nəşrdə Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransda səslənən 34 məruzənin tezisi dərc olunub. Çap olunan tezislər sırasında Misirdən Asiya və Türk dünyası məsələləri üzrə tədqiqatçı, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Ahmed Abdoh Tarabeikin “Nazim Hikmətin yeni ərəb ədəbiyyatina təsiri” və Türkiyədən Ahi Evran Universitetinin İslami elml ər fakültəsinin dosenti doktor Vesile Şemşekin “Nazim Hikmətin həyat və sənəti haqqında” adlı məruzələrinin tezisləri yer alıb. Azərbaycan alimlərindən filologiya üzrə fəlsəfə doktorları Səriyyə Gündoğdunun “Çağdaş Şərq ədəbiyyati və Nazim Hikmət”, Əflatun Baxşəliyevin “Nazim Hikmət və Səməd Vurğun”, Cavanşir Məmmədzadənin “Nazim Hikmət və Nima Yusiç yaradıcılığında tipoloji oxşarlıq”, Pərvin Nurəliyevanın “Nazim Hikmət: sovetlər dönəmi Azərbaycanında türk simvolu”, Barat Osmanovanın “Nazim Hikmət və onun haqqında ilk tədqiqatlar”, Ülkər Səmədovanın “Dünya ədəbiyyatında Nazim Hikmət izləri” adlı məruzələrinin, eləcə də digərlərinin maraqlı mövzularda və elmi əhəmiyyətə malik məruzələrinin tezisləri çap olunub.
  • Item
    İngilis şərqşünası Maykl Aksvörtinin “Nadir şah” kitabının Azərbaycan dilinə tərcüməsi və tarixşünaslıq elminin vəzifələri
    (Elm, 2018-09-18) Tərtibçi: Ruhəngiz Cümşüdlü
    Elmi ictimaiyyətə təqdim olunan bu kitabda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya müəllifliyi, elmi redaktorluğu və geniş ön sözü ilə nəşr edilmiş ingilis şərqşünası Maykl Aksvörtinin “Nadir şah” monoqrafiyasının 22 iyun 2018-ci il tarixdə Milli Elmlər Akademiyasında keçirilmiş təqdimat mərasimində edilmiş məruzələr və çıxışlardan ibarət məqalələr toplanmışdır.
  • Item
    “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi – Türkiyə Cümhuriyyəti” mövzusunda Beynəlxalq Elmi Konfransın tezisləri
    (Elm, 2023) AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
    Nəşrdə Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransda Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Belarus və Ukraynadan olan alimlərin səsləndirdikləri 65 məruzənin tezisi dərc olunub. Bu sırada AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın “Tarixin bütün sınaqlarından uğurla çıxan Türkiyə Cümhuriyyəti – 100”, xarici ölkə təmsilçilərindən Türkiyədən Cavid Qasımov və Nezahat Demirin “Rza şah Pəhləvinin Türkiyə səfəri”, Nurhan Aydın və Perihan Aksunun “Qafqaz İslam Ordusu və Ənvər Paşa”, Eminalp Malkoçun “Türkiyədə Cümhuriyyət Bəyannaməsinin vizual görüntülər vasitəsilə oxunması”, Şimali Kipr Türk Cümhuriyyətindən Turqay Bülent Göktürkün “Kıpr türklərinin Anadoludakı milli mücadiləyə dəstəyi”, Belarusdan Dmitri Naumovun “Qeyri-maddi mədəni irsin türk mədəni yaddaşının qorunmasında rolu”, Vladimir İvaşkonun “Türkiyə universitetlərinin innovativlik potensialının dəyərləndirilməsi”, Ukraynadan Oleq Kupçik və Natalya Zubun “1920-ci illərin əvvəllərində Sovet-Türkiyə maliyyə və hərbi-texniki əməkdaşlığı” mövzularında məruzələrinin tezislərini xüsusi qeyd etmək olar.
  • Item
    “Heydər Əliyev və müasir Şərq” mövzusunda Beynəlxalq Elmi Konfransın tezisləri
    (Elm, 2023) AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
    AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun 5-6 may 2023-cü il tarixində İraq Respublikası Strateji Araşdırmalar Mərkəzi ilə birgə təşkilatçılığı ilə keçirdiyi və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfrans tezislər kitabında Azərbaycan, İraq, Qırğızıstan, Qazaxıstan və Belarusdan 81 alimin məruzəsinin tezisi yer alıb. Bu sırada AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın “Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti”, İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin rəhbəri professor Mutaz Muhyi Əbdülhəmidin “Heydər Əliyev: Azərbaycanın ərəb və İslam dünyası ilə diplomatiyası”, Astana Beynəlxalq Universitetinin dosenti, t.ü.f.d. Taisiya Mamontova “Nursultan Nazarbayev və Heydər Əliyev: yeni müstəqil dövlətlərdə siyasi liderlik fenomeni” mövzusunda və digər məruzələrin tezislərini qeyd etmək olar.
  • Item
    Cənubi Azərbaycan: 1918-ci il soyqırımı
    (Araz, 2016-03-14) Həsən Səfəri
    Monoqrafiyada Birinci Dünya müharibəsinin gedişində (1914-1918-ci illər) Qərb dövlətləri, eləcə də Rusiyanın köməyi sayəsində yaradılan birləşmiş erməni silahlı dəstələri tərəfindən Cənubi Azərbaycanın qərb bölgəsində (Urmiya, Salmas, Xoy və ətraf yaşayış məntəqələrində) 200 minə qədər azərbaycanlının soyqırıma məruz qalması araşdırılır. Oxuculara təqdim olunan kitabda bəzi Qərb dövlətləri və çar Rusiyası nümayəndəliklərinin, eləcə də missioner təşkilatların Azərbaycan və Türkiyə ərazisində dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq məqsədilə erməniləri təşkilatlandırıb silahlandırmaları mötəbər mənbələr əsasında araşdırılıb təhlil edilir. Monoqrafiya tədqiqatçılar, müəllim və tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
  • Item
    "Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı" mövzusunda Beynəlxalq Elmi Konfransın tezisləri
    (Elm, 2023) AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
    Nəşrdə Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransda səslənən 154 məruzənin tezisi dərc olunub. Bu sırada İraq, Misir, Mərakeş, Malayziya, Ukrayna və Rusiyadan 11 alimin məruzəsinin tezisi də çap olunub. Nəşr olunanlar sırasında həm akademik Zərifə Əliyevaya həsr olunmuş, həm də cəmiyyətdə, elmdə, təhsildə, mədəniyyətdə qadının yerinə, roluna, qadın problemlərinə dair məruzələrin tezisləri yer alıb.
  • Item
    Güney Azərbaycan: tarix və müasirlik
    (Zərdabi, 2024-10-24) AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
    Topluda Cənubi Azərbaycanın sosial-siyasi, iqtisadi və mədəniyyətinə aid 14 müəllifin məqaləsi yer almışdır. Topludakı məqalələrdə 1918-ci il soyqırımı, Urmiya gölünün indiki durumu, İran türkləri, farslaşdırılmış türk toponimləri, Türkmənçay müqaviləsində təhrif edilmiş coğrafi yer adları, İranda millətçilik, Azərbaycan məsələsi və s. mövzular əks olunmuşdur.
  • Item
    Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917)
    (Elm, 2021) AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
    Əsər Cənubi Azərbaycanın XIX-XX əsrin əvvəllərindəki sosial-iqtisadi, siyasi tarixini və mədəni inkişafını göstərir. Kitabda həm Cənubi Azərbaycanın ümumi vəziyyəti, həm də onun İranın sosial-iqtisadi və siyasi, eləcə də mədəni inkişafında mövqeyi əks olunur. Tədqiqat göstərmişdir ki, İranın iqtisadi cəhətdən ən inkişaf etmiş əyalətlərindən biri olan Cənubi Azərbaycan 1828-1917-ci illəri əhatə edən həmin dövrdə ölkənin iqtisadi, siyasi və mədəni həyatında çox mühüm rol oynamışdır. Təxminən XIX əsrin ikinci rübündən etibarən Avropa ölkələri və qismən də Rusiya ilə ticarət əlaqələrinin inkişafı ilə bağlı olaraq Cənubi Azərbaycanın mərkəzi Təbriz şəhəri İranın ticarət mərkəzinə çevrilir. Kitabda bəhs olunan dövrdə Cənubi Azərbaycanın mədəni inkişafında Şimali Azərbaycanın oynadığı müstəsna rol qeyd edilir.
  • Item
    EDQAR GRANVİLL ÇAR RUSİYASININ TÜRKİYƏ SİYASƏTİ (Erməni məsələsinə aydınlıq gətirən bir araşdırma)
    (Araz, 2015-12-05) AMEA Şərqşünaslıq İnstitutu Azərbaycan dilinə tərcümə edən: Barat Osmanova
    Kitabda, Edqar Granvillin 1915-ci ildə bilavasitə şahidi olduğu hadisələr, Rus Çarizminin Türkiyəni məhv etmək və torpaqlarını mənimsəmək məqsədilə qondarma “Erməni məsələsi”ni ortaya atması və istədiyini həyata keçirmək üçün müxtəlif fitnəkarlıqlar törətməklə Avropa ölkələrinə təzyiq etməsindən, o dövrdə rus, erməni və Avropa mətbuatında nəşr olunmuş sənədlər əsasında geniş və tərəfsiz şəkildə bəhs olunur. Bir avropalı tərəfindən yazılan bu kitab faciələrin nəticəsinin deyil, səbəb və səbəbkarının üzə çıxarılması baxımından Azərbaycan oxucusu üçün həm ibrətamiz, həm də maraqlıdır.
  • Item
    Əbu-Osman Əmr bin Bəhr əl-Cahiz (767-868) “Əl-Tac fi əxlaq əl-müluk” (Şahların əxlaqı haqda Tac əsəri)
    (Elm, 2023) AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
    “Əl-Tac fi əxlaq əl-müluk” (Şahların əxlaqı haqda Tac əsəri) Bəsrədə dünyaya gəlmiş və ömrünün çoxunu İraq və ətraf məmləkətlərdə keçirmiş ədib və tarixçi alim Əbu-Osman Əmr bin Bəhr əl-Cahiz (767- 868) tərəfindən qələmə alınıb. Cahiz bu əsərində çalışıb ki, Abbasi xilafətinin dövrü ilə yanaşı, Əməvi xilafətinin, İslam xilafətinin ilkin çağı və əcəm şahlarının dövründə olan qanun-qaydaları və adət-ənənələri toplasın. O bu işdə bacardığı qədər istinadlara riayət edib. Əsər, əsasən xəlifə və şahların məclislərində, rəsmi toplantılarda, dövlət protokollarında, səyahətlərdə, milli və dini bayramlarında həyata keçirilən qayda-qanunlar və adət-ənənələri ehtiva edir. Kitabın adından göründüyü kimi, şahların əxlaqı dedikdə, onların bütün xislətləri və adətləri nəzərdə tutulur. Müəllif burada oxucunu şahlar və xəlifələrin sarayda, xəlvətdə, nədimləri arasında, səfirləri yanında, digər şahlar və əmirlərin yanında olan əhvalı ilə rəftarı, göftarı və kirdarı ilə tanış edir. O hətta hökmdarların geyindiklərini, yeyib, içdiklərini və istifadə etdikləri ətriyyatı da yaddan çıxarmır.
  • Item
    “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda Beynəlxalq Elmi Konfransın tezisləri
    (Elm, 2023) AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
    2023-cü ilin 20-21 dekabrın AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçirilmiş və akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda beynəlxalq elmi konfransın tezislər kitabında Azərbaycan, Rusiya, İraq, Misir, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusdan olan alimlərin məruzələrinin tezislərii dərc olunub. Topluda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Akademik Ziya Bünyadov haqqında söz”, AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik “Gövhər Baxşəliyevanın Elmimizin Ziya Bünyadov zirvəsi” mövzusunda, eləcə də “Akademik Z.M.Bünyadovun mənbəşünaslıq elminə verdiyi töhfələr və orta əsrlər Şərqinin tarixi məsələlərinin öyrənilməsi”, “Qədim və orta əsrlər Şərq tarixinin tarixşünaslığı və mənbəşünaslığı”, “Müasir Şərq ölkələrinin ictimai və siyasi prosesləri”, “Şərq xalqlarının dini, fəlsəfi və ictimai fikir məsələləri”, “Şərq xalqlarının ədəbiyyatı və dilinin tədqiqi problemləri” bölmələrində səsləndirilən 200-dən çox məruzənin tezisi yer alıb.