Əlyazmalar yanmır (Manuscripts don't burn)
Permanent URI for this collectionhttps://hdl.handle.net/20.500.14684/134
Browse
Now showing 1 - 4 of 4
- Results Per Page
- Sort Options
Item type:Item, Orta əsrlərdə Naxçıvan elmi mühitinin görkəmli xadimləri haqqında(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Verdiyeva, SəbaAzərbaycanın ədəbi-bədii və ictimai-fəlsəfi fikir tarixində, o cümlədən onun ədəbi mühitinin ən qədim dövrlərdən bu günə kimi formalaşmasında və inkişafında müstəsna xidmətləri olan alimlərin, filosofların, söz ustalarının həyat, yaradıcılığı və fəaliyyətinin tədqiqi ədəbiyyat elmimizin qarşısında duran aktual problemlərdən biridir. Həmin problemlər sırasında Naxçıvan ədəbi mühitinin və bu mühitin yetişdirdiyi şəxsiyyətlərin taleyinin, sənətinin, çoxşaxəli fəaliyyətinin öyrənilməsi xüsusi yer tutur. Əsrlər boyu Naxçıvan Azərbaycan elminin əsas inkişaf mərkəzlərindən biri olmuşdur. Onun qədim karvan yolları üzərində yerləşməsi, tranzit əlaqələri, bir sıra dövlətlərlə həmsərhəd olması, Şərqə və Qərbə çıxışı qədim zamanlardan Naxçıvanda elmin inkişafına şərait yaratmışdır. XIII-XIV əsrlərdəki istilalar zamanı Naxçıvan ərazisi döyüş meydanına çevrilsə də, ölkə böhran vəziyyətində olsa da, elmin bütün sahələri öz inkişafını davam etdirirdi. Orta əsrlərdə fəaliyyət göstərən mədrəsələr həm də mühüm elm mərkəzi funksiyasını yerinə yetirirdi. Bütün bunlar Naxçıvan elminin inkişafına təkan verən əsas amillərdən biri idi. Marağa rəsədxanasının banisi, görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi də daxil olmaqla, əslən naxçıvanlı olan və Azərbaycan elminin formalaşmasında xüsusi rol oynamış saysız-hesabsız görkəmli alimlər vardır. Azərbaycanın digər qabaqcıl elm və təhsil ocaqlarında olduğu kimi, XIII-XVI əsrlərdə Naxçıvanda da elm sahəsində müəyyən inkişaf olmuş, bölgədə bir sıra görkəmli alimlər yetişmişdir. Məqalədə XIII-XVI əsrlər Naxçıvan elmi-ədəbi mühitinin inkişafında əvəzsiz xidmətləri olan ensiklopedik alim Xacə Məhəmməd Nəsrəddin Tusi, Qazi Nəcməddin ibn Əhməd ibn Əbubəkr ibn Məhəmməd Naxçıvani, tibb sahəsində biliyi olan Kəmaləddin Əbülfəzail Məhəmmədzəil ibn Əbülfəz, Səncər ibn Abdulla, XIV əsr Məşhur ədəbiyyatşünas Fəxrəddin Hinduşah Naxçıvani, Məhəmməd ibn Hinduşah Naxçıvani, Baba Nemətullah Naxçıvani kimi məşhur alimlərin yaradıcılığından bəhs etmişik.Item type:Item, Sahib ibn Əbbadın “Əl-İqna fil arud va təxricil qavafi” əsərində qafiyəni təşkil edən hərf və hərəkələr barədə(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Cəfərli, XatınMəqalə Sahib ibn Əbbadın “əl-İqna fil arud va təxricil qavafi” əsəri haqqındadır. Bu əsər ərəb əruz və qafiyənin nəzəri əsasları haqqında olduqca qiymətli mənbələrdən biridir. “Əl-İqna” əsərinin ərəb qafiyəsinin nəzəri əsaslarından bəhs edən hissəsi həcm etibarilə kiçik olsa da, bu elmin bütün əsas tərkib hissələrini özündə ehtiva edir. Sahib bin Əbbad burada ərəb qafiyəsinin hərf və hərəkələr, qafiyənin eyibləri, qafiyənin hüdudları və s. məsələlər haqqında qısa da olsa məlumat verir. X əsrin görkəmli ictimai-siyasi xadimi, alimi, ədibi, şairi olan Sahib ibn Əbbadın “əl-İqna fil arud va təxricil qavafi” əsərinin öyrənilməsi ən azı iki cəhətdən aktualdır: birincisi biz bu əsəri araşdırmaqla əruz haqqında yazılmış və dövrümüzə qədər gəlib çatan ilk mənbələrdən birini öyrənmiş oluruq. Bu isə bizə ərəb əruz elminin ilk dövrləri, xüsusilə, Xəlil ibn Əhmədin kitabı haqqında müəyyən məlumatlar vermiş olur. İkincisi isə biz, əruz və qafiyənin nəzəri əsasları haqqında daha aydın elmi təsəvvürlərə yiyələnir, yüzlərlə Şərq şairinin bu janrlarda yazılmış əsərlərilə daha yaxından tanış olmaq və onların bədii-estetik mahiyyəti aydınlaşdırmaq imkanı əldə edirik.Item type:Item, Şəmsəddin Sami və Türk dünyası(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)İskəndərli, RənaTənzimat dövrünün görkəmli nümayəndəsi, alban əsilli Şəmsəddin Sami (1850 – 1904) ömrünü bütövlükdə Türk xalqının mədəniyyətinə, ədəbiyyatına, inkişafına həsr etmiş müəlliflərdən biridir. Onun yaradıcılığı çoxşaxəli olsa da, əsas məqsəd, yuxarıda qeyd etdiyimiz kimi, şanlı türk tarixini təbliğ etmək idi. Məqalə müəllifin elmi-bədii irsinə, o cümlədən türk xalqına həsr etdiyi mənəvi sərvətlərə həsr olunub. Təbii ki, bu bilgilərdən öncə, Şəmsəddin Saminin həyatına da qısa nəzər salınıb. Belə ki, müəllifin yaşam tərzi və prinsipləri vacib amillər sırasında olaraq bilavasitə onun yaradıcılığına güclü təsir etmişdir. Əldə olan və Şəmsəddin Sami bəyə həsr olunan tədqiqatlardan istifadə edərək ( həmin əsərlərin müəllifləri - Abdullah Uçman, Ömər Faruk Akün, Agah Sırrı Levend, Florida Kulla və s.) müəllifi bir şəxsiyyət kimi incələməyə çalışdıq ki, yuxarıda qeyd etdiyimiz kimi, onun əsərlərinin yaranma səbəbini aydın şəkildə təsəvvür edə bilək. Onu da vurgulayaq ki, Saminin dövrü, söylədiyimiz kimi, Tənzimat ədəbiyyatının təşəkkül dövrünə təsadüf edilir və onun hər bir əsəri cağdaş Türk ədəbiyyatında yeni cığır demək idi. Təqdim olunan yazıda tədqiqatcının müəyyən səbəblərdən işıq üzü görməyən lakin türkçülük ideyasını aşılayan “Qutadqu-bilik”, “Orxon abidələri” (ön söz, mətn, tərcümə və şərh) “Ləhcəyi-Türkiyəyi-məmaliki-Misir” və s. əsərləri haqqında məlumat var. Tədqiqatçı-alim “Orxon abidələri” və “Qutadqu-bilik” əsərlərini türk oxucularına tərcümə edən ilk müəllif idi. Müəllifin “Qamusul-elam” adlı altı cildlik lüğətinə gəlincə, o, Türkiyədə öz tərtibat və quruluşuna görə ilk Türk ensikıopediyası adını qazanmışdır. Sözügedən lüğətdə, Şərq və Qərb kontekstində, ən-ənəyə və öz dəsti-xəttinə və məramına sadiq qalan leksikoqraf yenə də türk aləminə geniş yer ayırmışdır. Belə ki, coğrafiya və tarix məzmunlu bu lüğətin hər cildində türk xalqlarının mədəniyyətinə və tarixinə geniş yer ayrılmışdır. Belə məlumatlardan biri, bir çox türk mənşəli xalqların, o cümlədən Azərbaycan türklərinin etnoqenezində və Azərbaycan dilinin formalaşmasında böyük rolu olan xəzərlər haqqında olan mətndir. Tədqiqatçının bu qədim türk tayfası haqqında təqdim etdiyi məlumat olduqca maraqlı və aktual olduğu üçün mətn osmanlı türcəsindən dilimizə tərcümə edilərək məqalədə şərh edilmişdir.Item type:Item, Təbrizdə yaradılmış kitabxanalar və təbrizli alimlər(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Şirinova, RübabəXIII əsrin sonu – XIV əsrin əvvəllərində Qazan xanın (1295-1304) hakimiyyəti dövründə Təbriz Yaxın və Orta Şərqin ən böyük elm və mədəniyyət mərkəzlərindən biri idi. Qazan xan dövlət fərmanlarını və qanunvericilik sənədlərini qorumaq məqsədilə “Beyt əl-Qanun” (“Qanun Evi”) adlı ixtisaslaşmış bir kitabxana təsis etmişdi. Bu kitabxanada rəsmi sənədlərin əsli saxlanılır, vilayətlərə isə surətləri göndərilirdi. Bundan əlavə, Qazan xan artan əlyazma kitab fondunu yerləşdirmək üçün “Beyt əl-Kutub” (“Kitablar Evi”) adlı daha bir kitabxana da inşa etdirmişdir. Eyni dövrdə Qazan xanın vəziri Fəzlullah Rəşidəddinin (1247-1318) inşa etdirdiyi və 600.000 kitab fondu olan Rəşidiyyə (Rəb-i Rəşidi) şəhərciyi də Təbrizin elmi potensialını daha da artırmışdı. Bu mərkəzlər yalnız yerli alimlərin deyil, həm də digər ölkələrdən gələn mütəxəssislərin fəaliyyətinə şərait yaratmışdı. Məqalədə Təbrizin bu zəngin mədəni mühitindən bəhrələnərək yetişən görkəmli alimlərdən, o cümlədən filoloq, Azərbaycanın ilk mətnşünas alimi Xətib Təbrizi (1030-1109), Qarabağda anadan olmuş filosof və ilahiyyatçı alimi Mövlana Muhiyiddin Məhəmməd Qarabaği (vəfatı 535-ci il) və onların Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan əsərləri təhlil olunur.