<link rel="stylesheet" href="styles.f3b1fba60ec7970c.css">

Sahib ibn Əbbadın “Əl-İqna fil arud va təxricil qavafi” əsərində qafiyəni təşkil edən hərf və hərəkələr barədə

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

DOI

10.59849/2410-5600.2025.1.62

Abstract

Məqalə Sahib ibn Əbbadın “əl-İqna fil arud va təxricil qavafi” əsəri haqqındadır. Bu əsər ərəb əruz və qafiyənin nəzəri əsasları haqqında olduqca qiymətli mənbələrdən biridir. “Əl-İqna” əsərinin ərəb qafiyəsinin nəzəri əsaslarından bəhs edən hissəsi həcm etibarilə kiçik olsa da, bu elmin bütün əsas tərkib hissələrini özündə ehtiva edir. Sahib bin Əbbad burada ərəb qafiyəsinin hərf və hərəkələr, qafiyənin eyibləri, qafiyənin hüdudları və s. məsələlər haqqında qısa da olsa məlumat verir. X əsrin görkəmli ictimai-siyasi xadimi, alimi, ədibi, şairi olan Sahib ibn Əbbadın “əl-İqna fil arud va təxricil qavafi” əsərinin öyrənilməsi ən azı iki cəhətdən aktualdır: birincisi biz bu əsəri araşdırmaqla əruz haqqında yazılmış və dövrümüzə qədər gəlib çatan ilk mənbələrdən birini öyrənmiş oluruq. Bu isə bizə ərəb əruz elminin ilk dövrləri, xüsusilə, Xəlil ibn Əhmədin kitabı haqqında müəyyən məlumatlar vermiş olur. İkincisi isə biz, əruz və qafiyənin nəzəri əsasları haqqında daha aydın elmi təsəvvürlərə yiyələnir, yüzlərlə Şərq şairinin bu janrlarda yazılmış əsərlərilə daha yaxından tanış olmaq və onların bədii-estetik mahiyyəti aydınlaşdırmaq imkanı əldə edirik.

Description

Citation

Endorsement

Review

Supplemented By

Referenced By