ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA FARS DİLÇİLİYİ
Loading...
Date
2013
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu
Abstract
1958-ci ildə yaradılmış Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun fəaliyyəti respublikamızda bütövlükdə şərqşünaslıq elminin, o cümlədən iranşünaslığın inkişafında böyük rol oynayıb. İnstitut yaranan vaxtdan digər elm sahələri ilə yanaşı, fars dilçiliyinin tədqiqi sahəsinə də diqqət yetirilib. Fəaliyyətinin 55 illik dövründə institutun əməkdaşları tərəfindən fars dilinin qrammatikası, sintaksisi, leksikologiyası, leksikoqrafiyası və tarixinə dair dəyərli əsərlər yaradılıb. İnstitutun elmi işçiləri sırasında bu müəssisədə çalışdığı dövrdə Təyyibə Ələsgərova, Cəmilə Sadıqova, Elmira Əlibəyli, Şəfəq Əlibəyli, Vüqar Məmmədov və Günay Verdiyeva (Cəfərova) fars dilçiliyi sahəsində namizədlik dissertasiyası müdafiə ediblər. Bu alimlərdən Şəfəq Əlibəyli doktorluq dissertasiyasını da müdafiə edib. Həzən Zərinəzadə, Cəmilə Sadıqova, Təyyibə Ələsgərova, Şəfəq Əlibəyli və Vüqar Məmmədovun fars dilçiliyinə aid kitabları işıq üzü görüb. Təqdim edilən kitabda AMEA Şərqşünaslıq İnstitutunda fars dilçiliyi sahəsində müdafiə edilən dissertasiyalar, nəşr olunan monoqrafiya və lüğətlər haqqında ətraflı məlumat verilir.
Description
Keywords
Citation
Vüqar İnqilab oğlu Məmmədov. “Şərqşünaslıq İnstitutunda fars dilçiliyi”. Bakı, “Bakı Çap Evi”, 2013, 56 s.