Dərsliklər (Textbooks)

Permanent URI for this collectionhttps://hdl.handle.net/20.500.14684/31

Browse

Recent Submissions

Now showing 1 - 2 of 2
  • Item
    ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA FARS DİLÇİLİYİ
    (AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, 2013) VÜQAR MƏMMƏDOV
    1958-ci ildə yaradılmış Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun fəaliyyəti respublikamızda bütövlükdə şərqşünaslıq elminin, o cümlədən iranşünaslığın inkişafında böyük rol oynayıb. İnstitut yaranan vaxtdan digər elm sahələri ilə yanaşı, fars dilçiliyinin tədqiqi sahəsinə də diqqət yetirilib. Fəaliyyətinin 55 illik dövründə institutun əməkdaşları tərəfindən fars dilinin qrammatikası, sintaksisi, leksikologiyası, leksikoqrafiyası və tarixinə dair dəyərli əsərlər yaradılıb. İnstitutun elmi işçiləri sırasında bu müəssisədə çalışdığı dövrdə Təyyibə Ələsgərova, Cəmilə Sadıqova, Elmira Əlibəyli, Şəfəq Əlibəyli, Vüqar Məmmədov və Günay Verdiyeva (Cəfərova) fars dilçiliyi sahəsində namizədlik dissertasiyası müdafiə ediblər. Bu alimlərdən Şəfəq Əlibəyli doktorluq dissertasiyasını da müdafiə edib. Həzən Zərinəzadə, Cəmilə Sadıqova, Təyyibə Ələsgərova, Şəfəq Əlibəyli və Vüqar Məmmədovun fars dilçiliyinə aid kitabları işıq üzü görüb. Təqdim edilən kitabda AMEA Şərqşünaslıq İnstitutunda fars dilçiliyi sahəsində müdafiə edilən dissertasiyalar, nəşr olunan monoqrafiya və lüğətlər haqqında ətraflı məlumat verilir.
  • Item
    Fars dilini tədqiq edən Azərbaycan alimləri (XX əsr)
    (Adiloğlu, 2024) Vüqar İnqilab oğlu Məmmədov
    Fars dilinin azərbaycanlı alimlər tərəfindən öyrənilməsinin on əsrlik bir tarixi var. «Fars dilini tədqiq edən Azərbaycan alimləri (XX əsr)» monoqrafiyasında bu tarixin sovet dövründə, eləcə də müstəqilliyimizin ilk on ilində Azərbaycan Dövlət Universitetində, respublikanın bir sıra digər ali məktəblərində və Elmlər Akademiyasında, əsasən Şərqşünaslıq İnstitutunda fars dili ilə bağlı nəşr olunan kitabların, dərsliklərin, dərs vəsaitlərinin, lüğətlərin, eləcə də dissertasiyaların təhlili aparılır.