<link rel="stylesheet" href="styles.f3b1fba60ec7970c.css">

Füzuli yaradıcılığında “Vəhdəti-vücud” fəlsəfəsi

dc.contributor.authorƏhmədova, Səbinə
dc.date.accessioned2026-11-23T22:54:02Z
dc.date.issued2026
dc.description.abstractTəqdim edilən materialda Məhəmməd Füzuli yaradıcılığında təsəvvüf fəlsəfəsinin əsas istiqamətlərindən biri olan Vəhdəti-vücud ideyasının bədii-fəlsəfi təhlilinə həsr olunmuşdur. Tədqiqatın məqsədi Füzuli poeziyasında ilahi eşq konsepsiyasının mahiyyətini və onun insanın mənəvi kamilləşmə prosesində rolunu müəyyənləşdirməkdir. Məqalədə şairin qəzəl və qəsidələri əsasında eşq və elm münasibəti, “can və canan” anlayışları, eləcə də aşiqin mənəvi təkamül yolu – fəna və vüslət mərhələləri təhlil edilir. Araşdırma göstərir ki, Füzuli yaradıcılığında eşq yalnız poetik motiv deyil, kainatın ontoloji əsası və insanı Mütləq Həqiqətə aparan əsas idrak vasitəsi kimi təqdim olunur. Şairin poetik dünyagörüşündə kainatın hər bir zərrəsi ilahi varlığın təcəllisi kimi dərk edilir ki, bu da vəhdəti-vücud ideyasının bədii ifadəsini təşkil edir. Nəticə etibarilə müəyyən edilir ki, Füzuli poeziyası bəşəri sevgidən ilahi eşqə doğru yüksələn mənəvi təkamül yolunu əks etdirir və Şərq fəlsəfi-estetik düşüncəsində mühüm yer tutur. Bu baxımdan Füzulinin irfani irsi insanın mənəvi kamilləşməsi və ilahi həqiqətin dərk olunması baxımından əhəmiyyətli elmi-fəlsəfi mənbədir.
dc.format.extent7 səh.
dc.identifier.doi10.59849/2410-5600.2026.1.53
dc.identifier.issn2410-5600
dc.identifier.urihttps://hdl.handle.net/20.500.14684/141
dc.language.isoaz
dc.publisherAMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
dc.subjectloveen
dc.subjectphilosophyen
dc.subjectcognitionen
dc.subjectWahdat al-Wujuden
dc.subjectfanaen
dc.subjectwuslaten
dc.subjectirfan (gnosis)en
dc.subjectilm (knowledge)en
dc.titleFüzuli yaradıcılığında “Vəhdəti-vücud” fəlsəfəsi
dc.title.alternativeThe philosophy of “Wahdat al-Wujud” in the works of Fuzulien
dc.typeArticle
oaire.citation.endPage59
oaire.citation.issue1
oaire.citation.startPage53
oaire.citation.titleƏlyazmalar yanmır

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
mdb2026_1_53.pdf
Size:
375.94 KB
Format:
Adobe Portable Document Format