<link rel="stylesheet" href="styles.f3b1fba60ec7970c.css">

Nizami Gəncəvi yaradıcılığında bəşəri mənəvi irsin poetik təcəssümü

dc.contributor.authorZamanzadə, Dilbər
dc.date.accessioned2026-11-23T22:54:02Z
dc.date.issued2026
dc.description.abstractMəqalədə Nizami Gəncəvinin yaradıcılığı əxlaqi və sosial məzmun daşıyan bədii-fəlsəfi sistem kimi təhlil olunur. Şairin “Xəmsə”si ideya baxımından insanın mənəvi kamilliyini, ədalət və mərhəmətə əsaslanan cəmiyyət modelini, eləcə də əxlaqi dəyərlərin vacibliyini ön plana çıxarır. Nizami insanı kainatın mənəvi mərkəzi kimi təqdim edir və əsərlərində universal idealları – dürüstlük, əməksevərlik, qarşılıqlı anlayış və humanizm prinsiplərini poetik və fəlsəfi dildə ifadə edir. Onun yaradıcılığı yalnız estetik zövqün təmin edilməsi ilə məhdudlaşmır, həm də oxucunu mənəvi və etik düşüncəyə sövq edən dərin mənəvi təlimləri özündə birləşdirir. Ədalət ideyası Nizaminin poetik irsində mərkəzi yer tutur. Hökmdarlar ədalətli və vicdanlı davranmağa çağırılır, cəmiyyətin əxlaqi bütövlüyünün qorunması üçün onların dürüst və məsuliyyətli olması vacib hesab olunur. Sadə əmək adamları isə yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı kimi nümunə göstərilir, onların həyat tərzi və davranışı ictimai və siyasi münasibətlər üçün model rolunu oynayır. “Leyli və Məcnun” əsərində isə insanın daxili aləmi, mənəvi bütövlüyü və cəmiyyətlə qarşıdurması fonunda ali eşq və mənəviyyat mövzusu poetik-fəlsəfi müstəvidə işlənmişdir. Bu əsər vasitəsilə Nizami insanın mənəvi dünyasının mürəkkəbliyini və əxlaqi seçimlərinin həyat və cəmiyyət üçün əhəmiyyətini vurğulayır. Nizaminin poetik irsi bəşəri dəyərlərin, tolerantlığın və ədalətin təbliği baxımından müasir dövr üçün də aktualdır. Məqalədə onun ədalət və əxlaq ideyaları əsas diqqət mərkəzində saxlanılmışdır. Ədalət anlayışı onun yaradıcılığında yalnız fərdi davranış prinsipi kimi deyil, həm də ictimai və siyasi münasibətlərin əsas meyarı kimi təqdim edilir. Hökmdar və rəhbərlərin ədalətli və vicdanlı olması cəmiyyətin əxlaqi bütövlüyü üçün vacibdir. Bu fikir “Sirlər xəzinəsi” və “İskəndərnamə” kimi əsərlərdə xüsusi vurğu ilə ifadə edilmişdir. Şair sadə, zəhmətkeş insanları yüksək mənəvi dəyərlərin daşıyıcısı kimi təqdim edərək, hökmdarlara onların əxlaqi keyfiyyətlərini nümunə göstərir.
dc.format.extent8 səh.
dc.identifier.doi10.59849/2410-5600.2026.1.60
dc.identifier.issn2410-5600
dc.identifier.urihttps://hdl.handle.net/20.500.14684/142
dc.language.isoaz
dc.publisherAMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
dc.subjectNizami Gəncəviaz
dc.subjectbəşəri dəyərləraz
dc.subjectədalət və zəhmətaz
dc.subjectəxlaqi kamillikaz
dc.subjecthumanizm vəaz
dc.titleNizami Gəncəvi yaradıcılığında bəşəri mənəvi irsin poetik təcəssümü
dc.title.alternativeThe poetic manifestation of universal moral heritage in the works of Nizami Ganjavien
dc.typeArticle
oaire.citation.endPage67
oaire.citation.issue1
oaire.citation.startPage60
oaire.citation.titleƏlyazmalar yanmır

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
mdb2026_1_60.pdf
Size:
397.36 KB
Format:
Adobe Portable Document Format