<link rel="stylesheet" href="styles.f3b1fba60ec7970c.css">

Təbrizdə yaradılmış kitabxanalar və təbrizli alimlər

dc.contributor.authorŞirinova, Rübabə
dc.date.accessioned2026-11-23T23:29:27Z
dc.date.issued2025
dc.description.abstractXIII əsrin sonu – XIV əsrin əvvəllərində Qazan xanın (1295-1304) hakimiyyəti dövründə Təbriz Yaxın və Orta Şərqin ən böyük elm və mədəniyyət mərkəzlərindən biri idi. Qazan xan dövlət fərmanlarını və qanunvericilik sənədlərini qorumaq məqsədilə “Beyt əl-Qanun” (“Qanun Evi”) adlı ixtisaslaşmış bir kitabxana təsis etmişdi. Bu kitabxanada rəsmi sənədlərin əsli saxlanılır, vilayətlərə isə surətləri göndərilirdi. Bundan əlavə, Qazan xan artan əlyazma kitab fondunu yerləşdirmək üçün “Beyt əl-Kutub” (“Kitablar Evi”) adlı daha bir kitabxana da inşa etdirmişdir. Eyni dövrdə Qazan xanın vəziri Fəzlullah Rəşidəddinin (1247-1318) inşa etdirdiyi və 600.000 kitab fondu olan Rəşidiyyə (Rəb-i Rəşidi) şəhərciyi də Təbrizin elmi potensialını daha da artırmışdı. Bu mərkəzlər yalnız yerli alimlərin deyil, həm də digər ölkələrdən gələn mütəxəssislərin fəaliyyətinə şərait yaratmışdı. Məqalədə Təbrizin bu zəngin mədəni mühitindən bəhrələnərək yetişən görkəmli alimlərdən, o cümlədən filoloq, Azərbaycanın ilk mətnşünas alimi Xətib Təbrizi (1030-1109), Qarabağda anadan olmuş filosof və ilahiyyatçı alimi Mövlana Muhiyiddin Məhəmməd Qarabaği (vəfatı 535-ci il) və onların Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan əsərləri təhlil olunur.
dc.format.extent5 səh.
dc.identifier.doi10.59849/2410-5600.2025.2.3
dc.identifier.issn2410-5600
dc.identifier.urihttps://hdl.handle.net/20.500.14684/186
dc.language.isoaz
dc.publisherAMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
dc.subjectmanuscripten
dc.subjectlibraryen
dc.subjecttextual scholaren
dc.subjectscholaren
dc.subjectcountryen
dc.titleTəbrizdə yaradılmış kitabxanalar və təbrizli alimlər
dc.title.alternativeLibraries established in Tabriz and scientists from Tabrizen
dc.typeArticle
oaire.citation.endPage7
oaire.citation.issue2
oaire.citation.startPage3
oaire.citation.titleƏlyazmalar yanmır

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
mdb2025_2_3.pdf
Size:
329.03 KB
Format:
Adobe Portable Document Format