Əlyazmalar yanmır (Manuscripts don't burn)
Permanent URI for this collectionhttps://hdl.handle.net/20.500.14684/134
Browse
Now showing 1 - 1 of 1
- Results Per Page
- Sort Options
Item type:Item, Azərbaycanın ilk Xalq rəssamı Əzim Əzimzadənin həyat və yaradıcılığı(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Salmanova, NuranəAzərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış Əzim Əzimzadə ölkənin ilk Xalq rəssamı, satirik qrafika və karikatura janrının banisi kimi tanınır. O, 1880-ci ildə Abşeronun Novxanı kəndində anadan olmuşdur. Əzimzadə yaradıcılığı boyu cəmiyyətin sosial problemlərini, savadsızlıq və ədalətsizlik kimi mənfi halları satirik prizmadan təqdim edərək, xalqın maariflənməsinə və ictimai düşüncənin formalaşmasına əhəmiyyətli töhfələr vermişdir. Onun sənət fəaliyyəti əsasən məşhur “Molla Nəsrəddin” jurnalı ilə bağlı olmuş, 1906–1931-ci illərdə jurnalın karikatura bölməsində çalışmış, 1922-ci ildən isə baş rəssam vəzifəsini icra etmişdir. Rəssamın əsərlərində milli mentalitet, sosial tənqid, modern düşüncə və maarifçilik ideyaları ustalıqla birləşmişdir. Əzimzadənin zəngin yaradıcılıq irsi, şəxsi məktubları, sənədləri və fotoşəkilləri 1951-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fonduna təhvil verilmişdir. Bu arxiv materialları tədqiqatçılar üçün həm rəssamın yaradıcılığını, həm də XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi mühitin və mədəni proseslərin öyrənilməsi baxımından dəyərli mənbə rolunu oynayır. Əzim Əzimzadənin sənət mirası bu gün də Azərbaycan təsviri sənətində satira və qrafika ənənələrinin inkişafında ilham mənbəyi olaraq qalmaqdadır.