Əlyazmalar yanmır (Manuscripts don't burn)
Permanent URI for this collectionhttps://hdl.handle.net/20.500.14684/134
Browse
Now showing 1 - 2 of 2
- Results Per Page
- Sort Options
Item type:Item, Sahib ibn Əbbad “Əl-İqna fil-arud va təxricil-qavafi” əsərində Müştəbihə dairəsi haqqında(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Cəfərli, XatınBu məqalə Sahib ibn Əbbadın “əl-İqna fil-Ərud va Təxricil-Qavafi” adlı əsərində Müştəbihə dairəsinə daxil olan bəhrlərə - səri, münsərih, xəfif, müzare, müqtəzəb və müctəs - verdiyi izahların sistemli araşdırmasına həsr olunmuşdur. Tədqiqatda hər bir bəhrin əsas qəlibi, əruz və zərb növləri, müxtəlif zihaflar nəticəsində yaranan törəmə təfilələr və onların poetik nümunələrdə tətbiqi geniş şəkildə təsvir edilir. Məqalədə ilk olaraq səri bəhrinin quruluşu, dörd əsas əruz-zərb modeli, mətviyy, məkşuf və mövquf kimi dəyişikliklərin funksiyası şərh olunur. Ardınca münsərih bəhrinin sərbəst və axıcı quruluşu, salim və mətviyy formaları müqayisə edilir. Xəfif bəhrində isə aralı vətədin yüngüllüyü, üç səbəbin ardıcıl gəlməsinin fonetik nəticələri, beş müxtəlif növ və onların poetik nümunələri araşdırılır. Məqalənin növbəti hissəsində ərəblərdə az işlənmiş müzare bəhri, daha sonra quruluşu münsərihdən “kəsilmə” yolu ilə formalaşmış müqtəzəb bəhri təhlil edilir. Son olaraq müctəs bəhrinin xəfif bəhrinə yaxınlığı, lakin tərtib baxımından fərqlənməsi izah olunur. Hər bir bəhr üzrə müəllif həm Sahib ibn Əbbadın, həm də Xətib Təbrizinin fikirlərini müqayisəli şəkildə təqdim edir. Araşdırma göstərir ki, Sahib ibn Əbbad Müştəbihə dairəsinin bəhrlərini sistemləşdirərək onların struktur xüsusiyyətlərini, zihaflarını və poetik istifadə qaydalarını ətraflı şəkildə izah etmiş, ərəb əruzu elminin klassik ənənəsinə mühüm töhfə vermişdir.Item type:Item, Sahib ibn Əbbadın “Əl-İqna fil arud va təxricil qavafi” əsərində qafiyəni təşkil edən hərf və hərəkələr barədə(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Cəfərli, XatınMəqalə Sahib ibn Əbbadın “əl-İqna fil arud va təxricil qavafi” əsəri haqqındadır. Bu əsər ərəb əruz və qafiyənin nəzəri əsasları haqqında olduqca qiymətli mənbələrdən biridir. “Əl-İqna” əsərinin ərəb qafiyəsinin nəzəri əsaslarından bəhs edən hissəsi həcm etibarilə kiçik olsa da, bu elmin bütün əsas tərkib hissələrini özündə ehtiva edir. Sahib bin Əbbad burada ərəb qafiyəsinin hərf və hərəkələr, qafiyənin eyibləri, qafiyənin hüdudları və s. məsələlər haqqında qısa da olsa məlumat verir. X əsrin görkəmli ictimai-siyasi xadimi, alimi, ədibi, şairi olan Sahib ibn Əbbadın “əl-İqna fil arud va təxricil qavafi” əsərinin öyrənilməsi ən azı iki cəhətdən aktualdır: birincisi biz bu əsəri araşdırmaqla əruz haqqında yazılmış və dövrümüzə qədər gəlib çatan ilk mənbələrdən birini öyrənmiş oluruq. Bu isə bizə ərəb əruz elminin ilk dövrləri, xüsusilə, Xəlil ibn Əhmədin kitabı haqqında müəyyən məlumatlar vermiş olur. İkincisi isə biz, əruz və qafiyənin nəzəri əsasları haqqında daha aydın elmi təsəvvürlərə yiyələnir, yüzlərlə Şərq şairinin bu janrlarda yazılmış əsərlərilə daha yaxından tanış olmaq və onların bədii-estetik mahiyyəti aydınlaşdırmaq imkanı əldə edirik.