Orta əsr əlyazmalarında yaradıcılıq paralelləri: Əbdürrəhman Cami və Şəms Qeys Razi
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
DOI
10.59849/2410-5600.2025.1.3
Abstract
Bu məqalə, Şərq ədəbiyyatında xüsusi mövqeyə malik olan Əbdürrəhman Caminin "Risaleyi-əruz" və Şəms Qeys Razinin "əl-Məcəm fil-maayir aşar əl-əcəm" adlı iki əsərin oxşar və fərqli cəhətlərini araşdırılmasına həsr olunmuşdur. Əruzşünaslıq tarixinə nəzər saldığımız zaman əruz haqqında yazılmış əsərlər sırasında və xüsusilə də fars əruz elmi tarixində Əbdürrəhman Caminin “Risaleyi-əruz” əsərinin mühüm yer tutduğunu aydın görürük. Əsər əruzşünaslığın və qafiyəşünaslığın öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əbdürrəhman Caminin XV əsrdə fars dilində yazdığı və fars əruzunun nəzəri əsaslarına həsr etdiyi “Risaleyi-əruz” əsərini XIX əsrdə Cəfər Təyyar, aydın bir şəkildə fars dilindən türk dilinə tərcümə etmiş və h.1308/m.1890-91-ci ildə İstanbulda, “Amirə” mətbəəsində Sədi Şirazinin “Gülüstan” əsərinin tərcüməsinin də yer aldığı “Zübdeyi-Gülüstan” adlı kitabının haşiyələrində yerləşdirmişdir. Həcm etibari ilə o qədər də böyük olmayan bu əsər, yazılış şəklinə görə Şəms Qeys Razinin “əl-Möcəm fil-məayir əşar əl-əcəm” əsəri ilə uyğunluq təşkil edir. Lakin, buna baxmayaraq, onlar arasında bir sıra fərqliliklər də mövcuddur.