<link rel="stylesheet" href="styles.f3b1fba60ec7970c.css">

İrəvanın ədəbi nəfəsi: “Lək-lək” jurnalında şeir və sənətkarlıq

dc.contributor.authorAbbasova, Ramidə
dc.date.accessioned2026-11-23T22:54:04Z
dc.date.issued2026
dc.description.abstractXIX əsrin sonu və XX əsrin əvvəlləri İrəvanın mədəni-ictimai həyatında Cabbar Əsgərzadə tərəfindən nəşr olunan “Lək-lək” jurnalı Azərbaycan satira tarixində maarifçilik hərəkatının ən parlaq səhifələrindən birini təşkil edir. 1914-cü ildə işıq üzü görən bu məcmuə, xalqın milli oyanışı, cəhalətdən qurtulması və qadın azadlığı ideyalarını özündə birləşdirən mənəvi bir manifestdir. “Molla Nəsrəddin” ədəbi məktəbinin ənənələrini İrəvan mühitinə daşıyan dərgidə, cəmiyyəti daxildən gəmirən sosial bəlalar, riyakarlıq və xurafat kəskin satira atəşinə tutulur. Cabbar Əsgərzadənin yaradıcılığında “Ləklək” obrazı sadəcə bir quş deyil, haqqı deyən, cəmiyyəti yuxudan oyadan bir ziyalı simvolu kimi çıxış edir. O, satiraya “acı dərman” kimi yanaşaraq, mənəvi xəstəlikləri sağaltmağın yeganə yolunun həqiqətləri açıq şəkildə söyləmək olduğunu vurğulayır. Jurnalın səhifələrində qadın təhsili və erkən nikah problemləri xüsusi yer tutur; Gülnaz obrazı vasitəsilə valideynlərin nadanlığı və gənclərin milli köklərdən uzaqlaşma təhlükəsi ifşa olunur. Məmməd Səid Ordubadinin “Hərdəmxəyal” imzası ilə yazdığı əsərlər feodal-patriarxal quruluşun süqutunu və elmi tərəqqinin qaçınılmazlığını müjdələyir. O, zahirən müasir görünən, lakin daxilən hələ də köhnə fikirli qalan “eynəkli-kraxmallı” tipləri tənqid edərək, əsl tərəqqinin mənəvi intibahda olduğunu göstərir. Eyni zamanda, Əliqulu Qəmküsarın “Naqqal” və Hacı Məhəmmədzadənin “Şeytan” imzaları ilə təqdim etdikləri nümunələr cəmiyyətdəki ailə dramlarını, övlad tərbiyəsindəki boşluqları və dini pərdə altındakı saxtakarlıqları ustadcasına canlandırır.
dc.format.extent9 səh.
dc.identifier.doi10.59849/2410-5600.2026.1.131
dc.identifier.issn2410-5600
dc.identifier.urihttps://hdl.handle.net/20.500.14684/151
dc.language.isoaz
dc.publisherAMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
dc.subjectQərbi Azərbaycanaz
dc.subjectmətbuataz
dc.subjectLək-lək jurnalıaz
dc.subjectpublisistik poeziyaaz
dc.subjectmaarifçilikaz
dc.titleİrəvanın ədəbi nəfəsi: “Lək-lək” jurnalında şeir və sənətkarlıq
dc.title.alternativeLiterary breath of Iravan: poetry and artistry in “Lak-lak” journalen
dc.typeArticle
oaire.citation.endPage139
oaire.citation.issue1
oaire.citation.startPage131
oaire.citation.titleƏlyazmalar yanmır

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
mdb2026_1_131.pdf
Size:
427.46 KB
Format:
Adobe Portable Document Format