Tariximizdə iz qoyanlardan – Məhəmməd Əmin Rəsulzadə
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
DOI
10.59849/2410-5600.2025.2.98
Abstract
Məhəmməd Əmin Rəsulzadə şəxsiyyəti Azərbaycanın müstəqillik tarixinin şanlı səhifələrində nə qədər aydın görünürsə, bu dahi insanın milli demokratik mətbuatımızın inkişafında xidmətləri bir o qədər əhəmiyyətli yer tutur. Görkəmli ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olan M.Ə.Rəsulzadə xalqımızın çoxəsrlik müstəqillik idealının gerçəkləşməsində, milli dövlətçiliyin dirçəldilməsində, istiqlal ideyalarının yayılmasında önəmli rol oynamışdır. Onun bütün fəaliyyəti doğma vətəninə, millətinə və xalqına təmənnasız xidmət timsalıdır. M.Ə.Rəsulzadə yalnız öz millətinin azadlığı və müstəqilliyi uğrunda çarpışmaları ilə deyil, həm də yaratdığı tarixi, fəlsəfi, elmi, ədəbi əsərləri, irəli sürdüyü orijinal ideyaları ilə tariximizin ən böyük şəxsiyyətlərindəndir. Tarix zaman-zaman şəxsiyyətlər yetişdirir. M.Ə.Rəsulzadə Azərbaycan xalqının son iki əsrdə yetişdirdiyi tarixi şəxsiyyətlərdəndir. O, Azərbaycan elmi, mədəniyyəti, siyasi və ictimai-pedaqoji fikri tarixində ən layiqli yerlərdən birini tutmuşdur. M.Ə.Rəsulzadə xalqımızın, vətənimizin yolunda çox işlər görmüş bir şəxsiyyətdir. Zaman-zaman torpağımız igidlərimizin qanı ilə suvarılsa da, ruhumuzda olan azadlıq eşqini düşmən məhv edə bilməyib. Bu gün Azərbaycan Demokratik Respublikasının əsl milli tarixi bayram kimi təntənəli şəkildə qeyd olunması da məhz bu əzmin və azadlıq idealından dönməzliyin nəticəsidir. İstiqlal günümüz 28 mayın birinci ildönümü 1919-cu ildə böyük təntənə və ruh yüksəkliyi ilə qeyd olunub. Elə şəxsiyyətlər var ki, illər, əsrlər keçsə də unuldulmur. Çünki onlar bu dünyada cismani olmasalar da, mənən həmişə yaşayırlar. Onları yaşadan yaşatdıqları ülvi dəyərlər, daim yardımsevər olmaları, təhsilə, mədəniyyətə, mənəviyyata göstərdikləri misilsiz xidmətəridir.