ABDULLAH HATİFİ HƏFT MƏNZƏR

dc.contributor.authorNəşrə hazırlayan: Aygün Əlizadə
dc.date.accessioned2024-12-20T11:09:56Z
dc.date.available2024-12-20T11:09:56Z
dc.date.issued2021
dc.description.abstractƏsəri dilimizə Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Əlizadə filoloji tərcümə edib, eyni zamanda əlyazmanı köçürərək, ön söz və izahlar yazıb. “Həft mənzər”in Azərbaycan dilində nəzmə çəkilməsi isə Aygün Əlizadə ilə birgə Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəşid Təhməzoğluna aiddir. Görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə onlarla nəzirələrdə hər bir şair Nizaminin qoyduğu ideyaları öz düşüncələrinə uyğun olaraq təqdim edib. Belə nəzirə müəlliflərindən biri olan Abdullah Hatifinin Nizami Gəncəvinin “Yeddi gözəl”indən təsirlənərək yazdığı “Həft mənzər” əsərində gözəllər üçün tikilmiş yeddi imarətdən bəhs edilir. Burada cərəyan edən hekayələrin hər biri ibrətamiz mövzuya həsr olunub. Əsərin fars dilindən Azərbaycan dilinə həm filoloji, həm də nəzmlə tərcüməsi Azərbaycan oxucusuna Nizami dühasının təkcə öz əsərlərində deyil, həm də yaratdığı məktəbdə də əks olunduğunu göstərmək məqsədi daşıyır. Abdullah Hatifinin “Həft mənzər” əsəri 2224 beytdən ibarətdir. Fars dilində olan orijinal mətnin qarşısında tərcümələri verilib. Kitabın çapı Nizami ənənələrinin digər şairlərin yaradıcılığına təsirini müşahidə etməkdə oxuculara kömək edəcək.
dc.description.sponsorshipAMEA
dc.identifier.urihttps://hdl.handle.net/20.500.14684/81
dc.language.isoother
dc.publisherElm
dc.titleABDULLAH HATİFİ HƏFT MƏNZƏR
dc.typeBook

Files

Original bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
А-6-Abdullah Hatifi_Ereb.pdf
Size:
5.5 MB
Format:
Adobe Portable Document Format

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed to upon submission
Description: