Əlyazmalar yanmır (Manuscripts don't burn)
Permanent URI for this collectionhttps://hdl.handle.net/20.500.14684/134
Browse
Now showing 1 - 1 of 1
- Results Per Page
- Sort Options
Item type:Item, Səməd Vurğunun şəxsi arxivi (120 illik yubileyinə)(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Səmədova, NailəXIX-XX əsrlərdə yaşayıb-yaratmış ədəbiyyat və mədəniyyət xadimlərinin şəxsi arxivləri dövrün ədəbi-mədəni, ictimai-siyasi mənzərəsinin, tanınmış şəxsiyyətlərin yaradıcılığının araşdırılmasında dəyərli qaynaqlardır. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XX yüzil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun zəngin şəxsi arxivi qorunur. Arxivə Səməd Vurğunun əsərlərinin əlyazma nüsxələri, tərcümeyi-hal sənədləri, ailəvi sənədlər, məktublar, fotolar, çap kitabları və s. daxildir. Sənədlər əsasən, Azərbaycan və rus dillərindədir. Dörd material fars dilindədir. Səməd Vurğunun arxivi təsvir edilərək 2010-cu ildə nəşr olunmuşdur. Lakin arxivdə saxlanılan bəzi nümunələr təsvirdən kənarda qalmışdır. Məqalədə təsvir edilməyən arxiv sənədləri və kitabda olan bir çox çatışmazlıqlar qeyd edilmişdir. Həmçinin arxivdə saxlanılan sənədlər haqqında məlumat verilmişdir, şairin həyat və fəaliyyətinin hərtərəfli öyrənilməsində əhəmiyyəti nəzərə çatdırılmışdır.