Əlyazmalar yanmır (Manuscripts don't burn)
Permanent URI for this collectionhttps://hdl.handle.net/20.500.14684/134
Browse
Now showing 1 - 1 of 1
- Results Per Page
- Sort Options
Item type:Item, Məhəmməd Əmin Rəsulzadə və milli mətbuat(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Hüseynova, LaləXX əsrin əvvəllərində yaşayıb-yaradan ziyalılarımızın əksəriyyəti həm siyasi, həm də ədəbi fəaliyyəti ilə xalqımızn mədəni sərvətlərini, mənəvi dəyərlərini qorumaq yolunda tarix yazmışdır. Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə də öz ədəbi-intellektual dünyagörüşü, mədəni-siyasi bilgiləri ilə bu vəzifəni layiqincə yerinə yetirmişdir. Məhəmməd Əmin Rəsulzadə şəxsiyyəti Azərbaycan istiqlal tarixinin şanlı səhifələrində nə qədər parlaq görünürsə, bu böyük insanın milli mətbuatımızın inkişafında göstərdiyi xidmətlər də o qədər önəmli yer tutur. M.Ə.Rəsulzadə təkcə siyasi xadim, ölkəsinin, millətinin tərəqqi yolunu göstərən, bu yolda yorulmadan addımlayan mücahid deyil, həm də ictimai-siyasi məqalələri ilə Azərbaycan cəmiyyətini doğru istiqamətə yönəldən bir ziyalı, ədib, sözün ən yaxşı mənasında jurnalist, redaktor olub. O öz siyasi fəaliyyəti dövründə həm də söz və mətbuat azadlığı uğrunda mübarizə aparıb. Daim təqiblərə məruz qalan M.Ə.Rəsulzadə Çar Rusiyası dövründə mətbuat üzərində senzuraya qarşı da ciddi etirazını bildirib. Məqalədə bu böyük tarixi şəxsiyyətin milli-demokratik mətbuatımızın inkişafında göstərdiyi xidmətlər, müxtəlif illərdə redaktoru olduğu qəzetlər və ədəbiyyatşünas-publisist kimi irəli sürdüyü ictimai siyasi fikirləri öz əksini tapmışdır.