Əlyazmalar yanmır (Manuscripts don't burn)
Permanent URI for this collectionhttps://hdl.handle.net/20.500.14684/134
Browse
Now showing 1 - 1 of 1
- Results Per Page
- Sort Options
Item type:Item, Aşıq poeziyasının dil xüsusiyyətləri(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Cəfərova, FəxriyyəBildiyimiz kimi, Aşıq poeziyasının dili özünə məxsus xüsusiyyətlərə malikdir. Bu dilin mayasında xalqın ruhu və deyim tərzi dayanır. Aşıq poeziyasının dili, ilk növbədə, sadəlik və düzgünlüyü ilə diqqəti çəkir. Bu poeziya dilin mürəkkəbliyindən uzaq olan bir üsluba malikdir. Aşıq üslubunun sadəliyi müxtəlıif yaş qrupuna daxil olan insanların asanlıqla qəbul edə biləcəyi axıcı bir dilin yaranmasına imkan verir. Diqqətədəyər faktlardandır ki, ən mürəkkəb və dərin düşüncələr belə, aşıqların dili ilə sadə və təsirli şəkildə bizlərə çatdırılır. Onu da qeyd edək ki, aşıqlar çox vaxt öz bölgələrinin xüsusiyyətlərini və dialektlərini poetik dilə daxil etməklə onu zənginləşdirirlər. Bu, bədii dilə xüsusi bir rəng qatır və xalqın özəl xüsusiyyətlərini ifadə etməyə imkan yaradır. Aşıq poeziyasının linqvistik xüsusiyyətlərindən olan adlardan istifadə məqamları da diqqəti cəlb edən cəhətlərdəndir. Bu poeziyanın mifik və tarixi xarakteri onun onomastikasının da araşdırılması üçün imkanlar açır. Bu cəhətdən, aşıq poeziyası vacib bir sahədir. Məqalədə də məhz aşıq poeziyasının linqvistik xüsusiyyətləri nümunələr əsasında təhlilə cəlb edilmişdir.