İstinad Kitabları (Reference Books)
Permanent URI for this collectionhttps://hdl.handle.net/20.500.14684/32
Browse
Browsing İstinad Kitabları (Reference Books) by Author "Vidadi Mustafayev"
Now showing 1 - 2 of 2
- Results Per Page
- Sort Options
Item 44 günlük Vətən müharibəsi İran mediasında(Elm, 2023) Vidadi MustafayevKitabda keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müna- qişəsinin qısa aktiv mərhələləri (aprel 2016, iyul 2020) və 44 günlük Vətən müharibəsinin gedişi, həmçinin 2020-ci ilin sonuna qədərki dövr- də cərəyan etmiş hadisələrin İranın əsasən dörd mərkəzi (“irna”, “tasnim”, “farsnews”, “isna”) və bir yerli (“anaj”, Təbriz, Şərqi Azərbaycan) xəbər agentliklərinin saytlarında işıqlandırılması xronoloji ardıcıl- lıqla öz əksini tapmışdır. Həmçinin həmin saytlarda keçmiş münaqişənin tarixi, mahiyyəti, ona İranın münasibəti, eyni zamanda qeyd edilən mərhələlərdə baş ve- rən mühüm hadisələrə dair müxtəlif xarakterli şərhlər, müsahibələr, publisistik və analitik yazıların qısa icmalı və onlara münasibət yer almışdır.Item Bir daha vahid bütöv Azərbaycan ərazisi haqqında (“Araz çayı Azərbaycanın ortasından axır!!!”)(Elm, 2023) Vidadi MustafayevKitabda İranda Cənubi azərbaycanlılara qarşı aparılan irqi ayrı-seçkilikdən, Cənubi azərbaycanlıların Şimali azərbaycanlılarla birlikdə türk xalqlarından biri olmasını, Azərbaycan toponiminin Şimali Azərbaycana şamil edilməsini inkar etmək siyasətindən bəhs edilir. Müəllif panfarsistlərin Azərbaycan xalqına qarşı mübarizənin tərkib hissəsi kimi “Azərbaycan” toponiminə qarşı 3 istiqamətdə mübarizə apardıqlarını qeyd edir: 1. Şimali Azərbaycanın Azərbaycan adlanmasına qarşı “elmi”- ideoloji mübarizə; 2. Azərbaycanın (Cənubi) vahid inzibati-ərazi vahidi kimi qalmasına qarşı hüquqi-inzibati mübarizə; 3. Azərbaycan sözünün (Cənubi Azərbaycan) bir toponim kimi işlənməsinə qarşı informativ mübarizə. Bütün bunlarla yanaşı, müəllif İranda Azərbaycan toponiminə az saylı müəlliflər tərəfindən olsa da, obyektiv elmi yanaşmanın olduğunu bildirir və bu mövqedən yazılmış bir neçə məqalə haqqında bəhs edir.