İlkin Ənvər oğlu Əlimuradov2024-12-202024-12-202015-11-18978-9952-8285-2-8https://hdl.handle.net/20.500.14684/70184Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli) hədisşünas alim, öz dəsti-xətti, elmi üslubu və metodu ilə hədis tarixinin “Qızıl dövrü” adlandırılan hicri III (miladi IX) əsrə yenilik gətirməyə nail olmuş azərbaycanlı din alimlərindən biridir. Monoqrafiyada ümumiyyətlə İslam, Qurani-Kərim və hədis tarixindən, xüsusilə isə əl-Bərdicinin həyatından, təhsilindən, elmi fəaliyyətindən, nüfuzundan bəhs edilmiş, onun əsərləri geniş şəkildə təhlil edilmiş, müxtəlif əlyazma nümunələri monoqrafiyaya əlavə edilmişdir. İslam ilahiyyatının hədis sahəsində kifayət qədər aktual mövzuları əhatə edən altı əsərin müəllifi olan Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli) hicrətin 301 (m.914)-ci ilinin ramazan ayında, Bağdad şəhərində vəfat etmişdir.otherIX-X əsrlər azərbaycanlı hədisşünas alim Əhməd Harun oğlu Əl-Bərdici (Bərdəli)Book