AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu2024-12-192024-12-192023978-9952-556-94-0https://hdl.handle.net/20.500.14684/54səh.168“Əl-Tac fi əxlaq əl-müluk” (Şahların əxlaqı haqda Tac əsəri) Bəsrədə dünyaya gəlmiş və ömrünün çoxunu İraq və ətraf məmləkətlərdə keçirmiş ədib və tarixçi alim Əbu-Osman Əmr bin Bəhr əl-Cahiz (767- 868) tərəfindən qələmə alınıb. Cahiz bu əsərində çalışıb ki, Abbasi xilafətinin dövrü ilə yanaşı, Əməvi xilafətinin, İslam xilafətinin ilkin çağı və əcəm şahlarının dövründə olan qanun-qaydaları və adət-ənənələri toplasın. O bu işdə bacardığı qədər istinadlara riayət edib. Əsər, əsasən xəlifə və şahların məclislərində, rəsmi toplantılarda, dövlət protokollarında, səyahətlərdə, milli və dini bayramlarında həyata keçirilən qayda-qanunlar və adət-ənənələri ehtiva edir. Kitabın adından göründüyü kimi, şahların əxlaqı dedikdə, onların bütün xislətləri və adətləri nəzərdə tutulur. Müəllif burada oxucunu şahlar və xəlifələrin sarayda, xəlvətdə, nədimləri arasında, səfirləri yanında, digər şahlar və əmirlərin yanında olan əhvalı ilə rəftarı, göftarı və kirdarı ilə tanış edir. O hətta hökmdarların geyindiklərini, yeyib, içdiklərini və istifadə etdikləri ətriyyatı da yaddan çıxarmır.otherƏbu-Osman Əmr bin Bəhr əl-Cahiz (767-868) “Əl-Tac fi əxlaq əl-müluk” (Şahların əxlaqı haqda Tac əsəri)Book